Mehriban Xanlarova: Mənim Etibar Süleymanov adında ərim yoxdur

Mehriban Xanlarova: Mənim Etibar Süleymanov adında ərim yoxdurƏməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarovanın Gün.Az-a müsahibəsi:
Son günlər haqqınızda xoşagəlməz xəbərlər yayılmaqdadır.

Etibar Süleymanov adlı şəxs sizinlə rəsmi nikahda olmasını iddia edib. Mətbuatda sizin ona 42 min manat borcunuz olması ilə bağlı açıqlama verib. Bütün bunlarla bağlı nə deyə bilərsiniz?

Məhkəmə, qayda-qanun var. Məni fırıldaqçı kimi qələmə verir, guya onun pulunu yemişəm. Vallah, yalan söhbətdir. Bu adamın cibində hətta 20 qəpiyi də yoxdur. Onun bu əməlləri ilə bağlı Daxili İşlər Nazirliyinin 102-i nömrəsinə zəng vurub, şikayət etmişəm. O gün müğənni Səidə Sultan efir vasitəsilə dedi ki, o adamın hətta özünə siqaret almağa cibində pulu yoxdu.

Bu adamla, sizə etdiyi əməllərlə bağlı aidiyyatı orqanlara müraciət etmisiniz?
Hə, şikayət etmişəm. Zəng elədim polisə dedim ki, bəsdi artıq. Bu adam orada-burada deyir ki, mənimlə bağlı yuxarılara şikayət edəcək. Adama deyərlər ki, ay qardaş get işinlə məşğul ol. Axı sən kimsən ki, gəlib ortalığa düşmüsən?

Utanmır ona zəng edir, buna zəng edir. Mənə keçən dəfə ismarış göndərib ki, sənin məndə gəlinlik şəkillərin var. Ona dedim ki, bəyəm, səninlə toyum olub? Gəlinlikdə sənin yanında dayanmışam? Aktrisayam, mənim gəlinlik paltarında şəklimin olması isə çox normal haldır. Allaha and içirəm ki, mənim belə adda ərim yoxdur.

Doğrudur ki, özünü sizin həyat yoldaşınız kimi təqdim edən adam tərəfindən döyülmüsünüz?
Bu məsələ ilə bağlı ATV-nin canlı efirinə çıxdım. Makiyajsız verilişdə oldum, hamı üzümü gördü. Döyülən adam xəsarət alar da. Camaat gördü ki, mənim heç yerimdə yara-filan yoxdu. Dedi-qodunu yayan adamlara sübut elədim ki, kiminsə tərəfindən döyülən adam efirdə yox, xəstəxanada olar. Yeri gəlmişkən, mən yeni seriala çəkilirəm, orada elə bir səhnə vardı ki, guya məni döyürlər.

Bəs yaxşı, bu adamın sizinlə nə problemi var?
Bu adam tanınmışların nömrələrini tapıb, onlara zəng edir, özünü nüfuzlu, imkanlı biri kimi təqdim edir. İnsanlara özünün imkanlı bir məmur oğlu kimi tanıdır, milyonçu olduğunu deyir. Tanış olur, bir müddət keçəndən sonra onlardan sui-istifadə edir.

Hərəsinə bir yalan satıb, onlardan pul alır. Məsələn, birinə deyib ki, atam burada yoxdu, mənə 2 min manat lazımdı. Digərinə isə başqa bir yalan uydurub... Kim ki, onu sevib, inanıb, həmin məbləği ona verib. Mənimlə də eyni şeyləri eləmək istəyirdi, gördü ki, alınmır.

Firəngiz Mütəllibovaya da ismarışlar yazırmış. Firəngiz xanım həmin ismarışları silməyib, saxlayır. Mənə hədə-qorxu zəminində SMS-lər yazıb. Həmin mesajları hüquq-mühafizə orqanlarına təqdim etmişəm artıq.
Qəribədir ki, həmin adama ərə getmənizlə bağlı xəbərlər də yayıldı...

Onun əməlləridir, haqqımda yalandan müxtəlif şayiələr yayıb. Belə şeylərə uymayın, inanmayın. Sən demə, bu adam gedib, Şüvəlanda - öz kəndlərində deyirmiş ki, Mehriban Xanlarova özünün sürdüyü "Jeep"ini mənə bağışlayıb. Öz maşınımı niyə o adama hədiyyə etməliyəm?!
Toyla bağlı dəvətnamələr də paylanmışdı axı...

sizə deyirəm ki, hamısı yalandı. Ona deyən gərək, niyə axı mən o dəvətnamələri heç görmədim? Yalandan yazıb, tarix də qoyar, ondan hər nə desən gözləmək olar. Başqa adla kəbin kağızının sürətini saytlara yayan adamdı bu, nə desən gözlənilər ondan. O, Etibar Süleymanov olduğu halda, başqa adlarla işlər çevirir.

Etibar Süleymanovla əlaqə saxlayıb, hərəkətlərindən dolayı izahat istəyib, xəbərdarlıq etmisiniz?

Mən heç o adamın səsini belə eşitmək istəmərəm. Axı o, kimdi ki?! O, mənə heç nə demir. Sadəcə, orada-burada danışır ki, Mehribanın mənə 42 min manat borcu var, qaytarsın. Mənə ismarış yazır ki, gör sənə hələ nələr edəcəyəm. Mənim Allahdan başqa heç kimdən qorxum yoxdur.
İnsanlar var ki, mənə dəstək olurlar. O gün bir toy məclisindəydim. Naxçıvanlı bir qadın mənə deyir ki, sən nə istəyirsən ona edək. Amma mən bu işi hüquq-mühafizə orqanlarının köməkliyi ilə yoluna qoyacağam.

Mənbə:Gün.Az


BiG.Az
Telegramda izləyin
Şou biznes   Baxılıb: 8461   Tarix: 09 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Uşaq Avroviziyası"nda Azərbaycan özünə səs verə biləcək

2025-ci il "Uşaq Avroviziyası" Mahnı Müsabiqəsinin onlayn səsverməsi dekabrın 13-də rəsmi olaraq start götürür. Qaynarinfo xəbər verir ki, bu müsabiqədə tamaşaçılar öz ölkəsinə də səs verə biləcək. Bununla yanaşı, bütün dünya ölkələrinin nümayəndələri heç bir məhdudiyyət olmadan səsverməy

12.12.2025 334
.

"Qurd"un xanımı ilə görüntüsü gündəm oldu - VİDEO

Reper "Qurd" yeni "Aləm qalxsa" adlı ifasını və ona çəkilən klipi təqdim edib. xəbər verir ki, meyxana tərzində qələmə alınan, sözləri Məşədi Babaya məxsus olan ifada rep elementlərinin yer aldığı hiss olunur. Sözügedən mahnıya çəkilən klipdə reper həyat yoldaşı Leyla Eminbəyli il

14.12.2025 850
.

Şeyma Subaşı və daha 3 nəfər axtarışa verildi

Xəbər verdiyimiz kimi, Türkiyədə bu gün səhər saatlarında aparılan narkotik əməliyyatları çərçivəsində bir neçə məşhur saxlanılıb. Axşam.az-ın məlumatına görə, istintaqa cəlb olunacaqlar arasında türkiyəli iş adamı Acun Ilıcalının eks-xanımı, sosial media fenomeni Şeyma Subaşı da yer alıb. Bundan başqa

12:09 319
.

Nadir xanımı və yeni doğulan nəvəsi ilə - Foto

Müğənni Nadir Qafarzadə həyat yoldaşı Sevinc və yeni doğulan nəvəsi ilə fotosunu paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi oğlu Loğmanın övladının şəklinə "Ailəmizin günəşi. Qafaq Qafarzadə, dünyamıza xoş gəlmisən" şərhini yazıb. Qeyd edək ki, Loğman Əntiqə adlı xanımla ailəlidir. Nadir

13.12.2025 539
.

Tərəf müqabili oldular

Türkiyəli aktrisa Nilsu Berfin Aktaş yeni layihədə rol alamağa hazırlaşır. Axşam.az xəbər verir ki, aktrisa "Liliyar" serialına çəkiləcək. O, ekran işində "Roza" adlı qadına həyat verəcək. Layihədən onun tərəf müqabili Burak Tozkoparan olacaq. O, "Ali" obrazılı ilə ekrand

13.12.2025 457
.

Türk serial tarixində bir ilk

Türkiyə serial tarixində birl ilkə imza atılacaq. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Gözleri Karadeniz" serialının finalına yayımı zamanı qərarı veriləcək. Məlumata görə, ekran işi efirdə olduğu müddətdə ani reytinq göstəriciləri izləniləcək. Əgər ciddi artım müşahidə olunmazsa

14.12.2025 881
.

Rəqsanənin qızı Yağmur niyə anasını hələ də görməyib? - CAVABI MÜZAKİRƏ YARATDI

Müğənni Rəqsanənin qızı, "Yana" ləqəbli qızı Yağmur həbsdən çıxan anasını hələ də görməməsi səbəbinə aydınlıq gətirib. xəbər verir ki, gənc ifaçı özü barədə yaranan suallalrı cavablayıb:. "İnşallah ayın 16-sı anamı görəcəyəm. Sonrası da mənim işimlə əlaqədar olaraq gəlməyim alınmır. Bun

13.12.2025 674
.

Sevgilisini tək buraxmadı

Türk aktrisa Hazal Subaşı sevgilisi Oğuzhan Koçu tək buraxmayıb. OLAY yazır ki, cütlük Oğuzhan Koçun baş rolunu canlandırdığı "Bugün güzel" filminin qala gecəsinə birgə qatılıb. Koçun Hazal Subaşını öpməsi kameralara yansıyıb. Pərəstişkarları onların sevgi dolu görüntülərini bəyənib

10.12.2025 556
.

Ögey qızının açıqlamaları "Nana"nın işinə son qoydu

"Kanal D" aparcısı Evrim Akın ilə yollarını ayırıb. Axşam.az xəbər verir ki, aparıcı son günlər keçmişinə dair iddialarla gündəmə gəlib. Bu səbəbdən kanal aparıcı ilə əməkdaşlığına son qoyub. Məlumata görə, proqram "Pazar Gezmesi" adı ilə yayımlanmağa davam edəcək və layihəni bunda

13.12.2025 544
.

TOP MP3