Reklamı 1.5 milyona başa gələn ilk Macintosh...

Reklamı 1.5 milyona başa gələn ilk Macintosh...128k modeli Macintosh ailəsinin ilk məhsuludur. Apple korporasiyası onu 1984-cü ilin yanvarında təqdim edib. Təqdimat intensiv marketinq reklamında da yeniliklə yadda qalıb. Reklamların birində deyilirdi: "Əgər, kompüterlər belə ağıllıdırlarsa, yaxşı olmazdımı ki, onlara insanlarla münasibət qurmağı öyrədək, nəinki insanlara onlardan istifadə etməyi?"

Rəsmi anonsla birlikdə televiziyada da 60 saniyəlik Macintosh reklamı getdi. Rolik "1984" adlanırdı və rejissoru məşhur Ridli Skott idi. Əfsanələrə görə, 60 saniyəlik bu reklam çarxı Apple-a düz 1.5 milyon dollara başa gəlibmiş. Bu çarx reklam tarixində ən qəribə videolardan biri olub. Belə ki, reklamdan qabaq reklamın özü təbliğ edilib. Tarix və saat qoyulub. Bütün mətbuat televiziyada qəribə bir reklamın gedəcəyindən yazıb. Və tarixi gün gələndə, 1.5 milyon dəyərində olan həmin bu reklam cəmisi bircə dəfə göstərilib.

"Macintosh 128K", 32 dərəcəli mikroprossessor Motorola 68000 üzərində qurulub. Onun çəkisi 8 kq idi. 1980-ci ilin əvvəllərində 15 mütəxəssis Xerox şirkətindən Apple şirkətinə işləməyə getmişdi. Məhz ona görə də, bu kompüterin bir çox xüsusiyyətləri PARC tədqiqat mərkəzinin laboratoriyasında hazırlanıb. Məhz PARC-ın işləri sayəsində, ilk dəfə olaraq kompüterlərin ekranlarında "pəncərə" anlayışı meydana gəldi.

İlk Macintosh, layihənin tələb etdiyindən beş dəfə baha qiymətə idi. Onun qiyməti 500 dollar əvəzinə, 2495 dollar olmuşdu. Lakin satış uğurlu alınmışdı. İlk 9 ayda artıq 275 min kompüter satılmışdı. Macintosh, Apple şirkətinə böyük uğur gətirdi. Onun meydana çıxması ilə bütün kompüter sənayesində inqilab oldu. Digər kompüterlərin sahibləri "Mak"ın qrafik xüsusiyyətlərini qısqanırdılar. "Mak"ın ən böyük özəlliyi odur ki, digər kompüterlərdən fərqli olaraq, bu cihazda "siçan" və "pəncərə"dən istifadə edilirdi.

Lakin tezliklə "Macintosh 128K"-nın istifadəçiləri operativ yaddaşın çox az olmasından şikayətlənməyə başladılar. Bu, Apple şirkətini məcbur etdi ki, kompüterləri təkmilləşdirsin. Və artıq 1984-cü ilin payızında dünyaya yeni "Mak" - "Macintosh 512K" modeli təqdim edildi. "Macintosh 128K" isə, 1985-ci ilin oktyabrında istehsaldan yığışdırıldı.

publika.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2282   Tarix: 09 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Əri tərəfindən boğularaq qətlə yetirilən Ayşənin qonşuları DANIŞDILAR - VİDEO

Sabunçu rayonunun Ramana qəsəbəsi, "3-cü Mədən" adlanan nömrəsiz fərdi yaşayış evlərinin birində 28 yaşlı Nurəddin Məmmədov aralarında yaranan mübahisə zamanı 22 yaşlı həyat yoldaşı Ayşən Məmmədovanı boğaraq qətlə yetirib. Hadisədən sonra cinayəti törətməkdə şübhəli bilinən Nurəddin Məmmədo

06.05.2024 621
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 19
.

Görüş üçün Almatı şəhəri məqsədli olaraq seçilib? - RƏY

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Qazaxıstanın Almatı şəhərində bu il may ayının 10-da görüşəcəklər. Beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev -a bildirib ki, görüş üçün Almatı şəhərinin seçilməsi maraqlıdır. Görüşdə delimitasiya v

06.05.2024 281
.

37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI - VİDEO

"Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə "hə"ni alıb, qızın barmağına üzük taxmışam". Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib. O, nikah olması barədə xəbərləri təkzib edib:. "Demişəm ki

06.05.2024 1039
.

Qəzzada ölənlərin sayı 34735 nəfərə çatıb

İsrail ordusunun 2023-cü il oktyabrın 7-dən Qəzza zolağına hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində ölənlərin sayı 34735 nəfərə çatıb. Bu barədə Fələstinin Səhiyyə Nazirliyi məlumat yayıb. Məlumata görə, İsrail 213 gündür hücumları davam edir

06.05.2024 242
.

Putin səlahiyyət müddəti başa çatan Nazirlər Kabineti ilə görüşəcək

Rusiya prezidenti Vladimir Putin Kremldə mayın 7-nə planlaşdırılan andiçmə mərasiminə hazırlaşır və günün ortasında konstitusiyaya uyğun olaraq istefaya gedən hökumətlə görüşəcək. Bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib. "Putin hökumət üzvləri ilə görüşməyi planlaşdırır

06.05.2024 203
.

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməyəcək

Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməyəcək. xəbər verir ki, jurnalistlərin Nikol Paşinyanın Vladimir Putinin andiçmə mərasimində iştirak etmək üçün Moskvaya gedəcəyi ilə bağlı sualına Ermənistan Milli Assambleyasının sədri Alen Simonya

06.05.2024 230
.

Rusiya: "Xarkov və Donetskdə iki yaşayış məntəqəsini nəzarətə götürdük"

Rusiya Müdafiə Nazirliyi Ukraynanın Xarkov vilayətində Kotlyarovka və Donetsk vilayətində Solovyevo yaşayış məntəqələrini nəzarətə götürdüklərini açıqlayıb. xəbər verir ki, nazirlikdən verilən açıqlamada son gündə Rusiya ordusunun Ukraynadakı hərəkətləri ilə bağlı məlumat verilib. Açıqlamada Rusiyanı

06.05.2024 220
.

İtaliyada tələbələr Fələstinə dəstək üçün çadır qurdular

İtaliyada tələbələr Fələstinə dəstək və həmrəylik məqsədi ilə Bolonya Universitetinin rektorluq binası qarşısında çadırlar qurublar. BİG.AZ xəbər verir ki, bu barədə İtaliya mediası məlumat yayıb. Məlumata görə, İsrailin Qəzzada, xüsusilə ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrinin kampuslarında mülk

06.05.2024 157