Telefon və internet sevgini necə öldürür?

Telefon və internet sevgini necə öldürür?Facebookun yaratdığı problemlər

Hər şey Qraham Bellin telefonu kəşf etməyi ilə başladı. Bell sevgisinin evinə telefon xətti çəkəndən sonra sevgilisini necə bezdirdisə, qadın ondan ayrıldı. Sonra vəziyyət getdikcə ağırlaşdı-əl telefonları çıxdı, sevgilimizin harda olduğunu bir zənglə öyrənə bilirik. Darıxanda durub evinə getmək əvəzinə zəng vurub bir "alo" deməyimiz bəs etdi. "50 pulsuz sms qazanın" kampaniyaları sayəsində də barmaqlarımız sms yazmaqdan uçuqladı.

Münasibətlər "Telefonun niyə bağlı idi?", "Zəng vurdum, məşğul idi, kimlə danışırdın?" dövrünə təzəcə başlamışdı ki, internet çıxdı. Mavi, balaca qutu milyonlarla insanı öz ətrafına yığdı. Səhərdən axşama qədər üzünü görmədiyimiz adamlarla danışmağa başladıq, görüşmək əvəzinə kameradan istifadə etdik.

Başladıq uşaqlıq dostlarımızı, sinif yoldaşlarımızı axtarmağa, guya çox lazımımız imiş. Yeni münasibətlər qurduq, ayrıldıq, barışdıq, şəkillərimizi qoyduq, köhnə sevgililərimizin toy şəkillərini görüb əhvalımız pozuldu, ilk sevgilimizin necə axmaq statuslar yazdığını oxuyub özümüzdən utandıq. "Facebookda təzə dost olduğun kimdir?", "O axmaq niyə hələ də dostluğundadır?", "Bu kimdir sənin şəkillərini bəyənir bütün günü?" davaları əksik olmadı.

Şübhə, inamsızlıq və ayrılıq dövrü…

Şübhələrimiz artdıqca artdı. Bu şübhə neçə-neçə ailələri dağıtdı, hətta cinayətlər baş verdi. Kimləsə görüşmək üçün artıq bəzənib-düzənməyimizə ehtiyac qalmadı. Gecə paltarlarımızla da ilk görüşə "getdik", kameralardan qüsurlarımızı gizlətdik.

Qarşımızdakını cəlb etmək üçün "Google"u yaxşı öyrəndik. Yaşadığımız həyat həqiqi və virtual olaraq iki yerə bölündü. Virtual aləmdə necə aktiv, pozitiviksə, məcburən real həyatda da elə olmağa çalışdıq. İnsanlardan uzaqlaşdıq, eyni zamanda da bir o qədər çox insanla danışmağa başladıq. Münasibətlər lap "yolunu azdı". Sevgilimizin necə insan olduğunu ayırd edə bilmədik-virtualda olduğu kimi şən, hazırcavab, aktivdirsə, adi həyat niyə belə qaraqabaqdır?

Sevgi əzabı çəkmək müşkül oldu, indi "sevgi əzabı" zarafat mövzusundan başqa bir şey deyil.

Şübhə, inamsızlıq və rahat ayrılıqlar...Mənim üçün problem yoxdur. Əksinə, mənə sərf edir, amma yenə də məktəbdən qaçıb gizli-gizli dostlarımızla, sevgilimizlə görüşdüyümüz günlər üçün də darıxıram.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3500   Tarix: 22 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 282
.

"Titanik" sərnişinlərindən birinin saatı rekord qiymətə satılıb

Okeanda 112 il əvvəl batan məşhur "Titanik" gəmisinin sərnişinlərindən birinin qızıl cib saatı Böyük Britaniyada hərracda rekord qiymətə satılıb. -ın xəbərinə görə, bu barədə "Henry Aldridge & Son" hərrac evi məlumat yayıb. Həmin aksessuar amerikalı milyoner Con Ceykob Astor

16:20 173
.

Zukerberq sərvətinə görə Maskı geridə qoydu

"Meta" şirkətinin təsisçisi Mark Zukerberq planetin ən varlı adamları siyahısında üçüncü yeri tutaraq "SpaceX" və "Tesla"nın baş direktoru İlon Maskı geridə qoyub. Bu barədə məlumat Blumberq Milyarderlər İndeksində (BBI) əks olunub. Son 24 saat ərzində Mark Zukerberqin sərvət

21.04.2024 252
.

Şəhid atası möcüzə kimi hadisə danışdı - oğlunu yuxuda... - VİDEO

Şəhid atası oğlu ilə bağlı təsirli hadisədən danışıb. xəbər verir ki, o, şəhidin anası və xalasının eyni cür yuxu görməsini dilə gətirib. Dəfələrlə təkrarlanan yuxudan sonra şəhidin nə demək istədiyini anlayıblar. Görüntülər sosial şəbəkələrdə yayılıb. Daha ətraflı videoda:

10:20 317
.

Nigeriyada tıxacda 300-dək avtomobil yandı

Nigeriyada magistral yolda yaranan tıxacda 100-dən 300-ə qədər avtomobil yanıb. Hələ ki, tələfat barədə məlumat yoxdur, lakin itkilər çox ola bilər. Çünki şahidlərin sözlərinə görə, insanlar çox vaxt qapıları açmağa vaxt tapmayıblar. İnsident Şərq-Qərb magistralının Rivers ştatı ərazisində baş verib

18:00 121
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 415
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 689
.

Ən bahalı boşanma arvadın qələbəsi ilə başa çatdı: 180 milyon dollar və...

İndi keçmiş arvad 180 milyon dollar və keçmiş ərinin əhəmiyyətli daşınmaz əmlak portfelinin bir hissəsinə üç illik gərgin boşanma mübarizəsindən sonra nail olub. xarici mediaya istinadən xəbər verir ki, hüquqi səbəblərə görə adları açıqlana bilməyən cütlük bir neçə il əvvəl ayrılana qədər 20 ildən ço

21.04.2024 541
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 264