"Sevdiyim kişi ancaq mənim olmalıdır!"

Qadın gözəlliyi sizin üçün nədir?
- Mənim üçün qadın gözəlliyi sağlamlıqdan başlayır. Fərqi yoxdur, bu kişidir ya qadın, hər bir insan düzgün qidalanmağına fikir verməlidir.
- Həmçinin düşünürəm ki, qadınlar özünə baxmalıdır. Çirkin qadın yoxdur, özünə baxmayan qadın var. Gözəlik də sağlam həyat tərzindən və özünə baxımlılıqdan başlayır.

- Gözəlliyinizin və gözəl görünməyinizin sirri nədir?
- Tərifə görə çox sağ olun. (Gülür) Müğənni olduğun üçün, səhnədə olduğum üçün özümə daha çox baxmalıyam. Səhnə gözəllik sevir. Mən də səhnədə gözəl görünməkdən ötrü çalışıram ki, hər zaman özümə çox qulluq edim.
- Həmçinin bacardığım qədər düzgün qidalanıram. Üzümün gözəl və təravətli görünməyi üçün isə müxtəlif maskalardan da istifadə edirəm.

- İdmanla məşğul olursunuz?
- Xeyr, idmanla məşğul olmuram lakin rəqslə məşğul oluram.

- Sizin ideal hesab qadınlar kimdir?
- Mən Monica Belluccini ideal qadın hesab edirəm. Çünki o yaşına görə çox cavan qalıb və gözəlliyini qoruyub saxlaya bilib. Jennifer Lopezi də bəyənirəm. onun da 43 yaşı olmasına baxmayaraq çox cazibədar qalıb.

- Bəs bizim tanınmışlardan kimləri bəyənirsiniz?
- Agyün Kazımovanı, Brilliant Dadaşovanı, Zülfiyyə Xanbabayevanı, Röyanı və İlhamə Quliyevanı çox bəyənirəm. Saydıqlarım xanımlar hamısı özünə baxımlı və gözəl xanımlardır. İlhamə Quliyevanın çox gözəl dərisi var. Ona xüsusi bir simpatiyam var.

- Özünüzdə olan kompleksləri yox etmək üçün nə edirsiniz?
- Əvvəllər mən çox kompleksli insan olmuşam. Bu insana çox əzab verir və çox pis təsir göstərir. Hər kəs kompleksləri özündən uzaqlaşdırmağa çalışmalıdır və bunu özündə tərbiyə etməlidir. Çalışmalıdır ki, komplekslərini gizlətsin. Kənar insanlara bunları bəlli etməməli və psixoloji olaraq özünü hazırlamalıdır.

- İnsanın ən böyük tənqidçisi özü olmalıdır. Komplekslərdən mən özüm də bu yolla azad olmuşam.

- Nə kimi kompleksləriniz olub?
- Çox böyük komplekslərim olmayıb. Sadəcə insanlar arasında olanda özümü çox narahat hiss edirdim və sıxılırdım. Bu da kənar insanlar tərəfindən özündən razılıq kimi qələmə verilirdi. Mən isə əslində belə insan deyiləm. Çox istiqanlı, mehriban, gülərüz və insanlarla ünsiyyətdə olmağı sevən biriyəm. mən gördüm ki, bu kompleks mənə ziyan vurur, ona görə də bundan uzaqlaşmağa çalışdım.

- Güzgüyə çox baxırsınız?
- Yox, çox baxmıram. Çünki özümü bəzən çirkin görürəm və məni razı salmır. Buna görə də ancaq lazım olanda baxıram.

- Sirrləriniz çoxdur?
- Yox, deməzdim. O qədər də çox sirrim yoxdur.

- Sizi nə narahat edir və bu günə qədər ən çox nə narahat edib?
- Şükür Allaha ki, hazırda məni narahat edən bir məsələ yoxdur. Həyatımda şey yaxşıdır. Fikirləşirəm ki, daim optimist olmaq lazımdır çünki bu zaman bütün işlər yaxşı olur. İnsan özünün problemlərinin həll olacağına inandırmalı və daim optimist düşünməlidir.

- Sizi ağlamağa nə vadar edə bilər?
- Çox həssas ürəyə malikəm və qəlbən də kövrək insanam. Məni hər xırda bir şey ağlada bilər. Baxmayaraq ki, çox sakit və şən görünürəm, əslində isə belə deyil. Təkcə özümə aid olan problemlərdən deyil, hətta tv-də sosial yönümlü proqramlara baxan zaman da çox kövrəlirəm və göz yaşlarıma hakim ola bilmirəm.

- İnsanlarda nəyi bağışlamırsnız?
- Hamı kimi yalanı mən də sevmirəm. düşünürəm ki, yalanın olmayan yerdə hər şey daha gözəl olar.

- Tək qalmaqdan qorxursunuz?
- Yox, qorxmuram.

- Kimdənsə xoşunuz gəlsə, münasibətlərdə ilk addımı atarsınız?
- Əslində, sevgidə qürur olmamalıdır. Deyirlər ki, sevgi qüruru sevmir. Ancaq mən düşünürəm ki, birinci addımı oğlan atmalıdır. Düşünürəm ki, qadın incə, zərif olduğu qədər də toxunulmaz məxluqdur. İlk addımın da xanım tərəfindən atılmasını yaraşdırmıram.

- Çox qürurlu xanımsınız ona görə belə düşünürsünüz?
- Sevgidə qürur olmamalıdır. (Gülür)

- Sevgilisi olan və yaxud da evli birindən xoşunuz gəlib?
- Mənim bəyəndiyim və sevdiyim kişi bütünlüklə mənə aid olmalıdır.

- Şöhrət siz də nəyi dəyişib?
- Şöhrət mənim bütün həyatımı, fikirlərimi dəyişdi lakin daxili aləmimi və xasiyyətimi heç vaxt dəyişə bilmədi. Şöhrət mənə çox gözəl həyat verdi. Bu görə də özümü çox xoşbəxt hiss edirəm.

- Özünüzü ailə həyatına hiss edirsiniz?
- Yox, özümü hələ ailə həyatın hazır hiss etmirəm. Çünki hazırda vacib işlərim və layihələrim var. Bütün fikrimi işimə yönəltmişəm. Qismət olar gələcəkdə nə vaxtsa ailə həyatı quraram.

- Uğurlu ailə həyatı üçün insanlarda hansı xüsusiyyət olmalıdır?
- İnsanlar bir-birini həqiqətən də sevirsə və ömrünün axırına qədər də özünün həmin insanla bir yerdə görürsə, mən bunu uğurlu nikah hesab edirəm. Düşünürəm ki, uğurlu nikahım ilk addımları da elə oradan başlayır. Sevgilərini qoruyub saxlamağı bacarmalıdır. Bunun nəticəsində isə xoşbəxt ailə düsturu yaranır.

- Sevdiyiniz ətir və rəng hansıdır?
- Yaşılı çox sevirəm. Qırmızı da bəyəndiyim rənglər sırasındadır. Ətirə gəldikdə isə bir ətirdən istifadə etmirəm, konkret olaraq sevdiyim və istifadə etdiyim ətir yoxdur.

- Özünüzü bir cümlə ilə ifadə edə bilərsiniz?
- Özümü bir cümlə ilə ifadə etmək çətindir. Amma lakonik olaraq deyə bilərəm ki, mən sadə, insanlara tez inan və hər kəsə hörmətlə yanaşan biriyəm.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 5364   Tarix: 04 noyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Beyonsun 500 milyonluq özəl günü - Fotolar

Amerikalı məşhur müğənni Beyons yeni yaşını lüks yaxtasında həyat yoldaşı Cey-Z və övladları ilə birlikdə qeyd edib. Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ifaçının 40 yaşı tamam olub. O, 500 milyon dollarlıq yaxta ilə səyahətə yollanaraq özəl gününü qeyd edib. Kirayəsi həftəlik 4 milyon dollar

16.09.2021 2230
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

Plastik əməliyyat elətdirən Xəyalədən YENİ FOTOLAR

Aktrisa Xəyalə Quliyeva sosial mediada paylaşım edib. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını izləyiciləri ilə bölüşüb. Onun paylaşımına çoxsaylı təriflər, bəyəni gəlib. Qeyd edək ki, aktrisa bədənşəkilləndirmə edib, artıq çəkidən xilas olub. O, eyni zamanda buxaq hissəsini də kəsdirib

18.09.2021 5899
.

AzTV-nin Ceyranı ad günü etdi - Fotolar

AzTV-nin aparıcısı, uzun illərdir efirdən uzaqlaşan Ceyran Rəhimovanın ad günü olub. Axşam.az-a istinadən xəbər verir ki, o, özəl gününü yaxınları ilə qeyd edib. Ad günündən şəkilləri Xalq artisti Nəzakət Teymurova sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, C.Rəhimova AzTV-dən uzaqlaşdıqdan sonra televiziy

18.09.2021 9970
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059
.

Mina Hüseynin arxiv fotosu ORTAYA ÇIXDI

Müğənni Mina Hüseyndən xəbər var. xəbər verir ki, Mina sosial media hesabında arxiv fotosunu paylaşıb. Uşaqlıq fotosu ilə izləyicilərin marağına səbəb olan müğənni paylaşımı ilə xoş rəylər alıb. Həmin fotonu təqdim edirik:

17.09.2021 6686
.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054