Vaxt çəkilməsi barədə kimlər nə deyir ?

Vaxt çəkilməsi barədə kimlər nə deyir ?Azərbaycan Nazirlər Kabinetinin 1997-ci ildə verdiyi qərara əsasən, hər il oktyabr ayının son bazar günü əqrəblərin bir saat geri çəkilməsi ilə yay vaxtı ləğv edilir, qış vaxtına keçirilir. Hər il mart ayının son bazar günü isə əqrəblər bir saat qabağa çəkilməklə yay vaxtı tətbiq olunur.
Qərarın həyata keçirilməsinə nəzarəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi həyata keçirir.
Beləliklə oktyabr ayının 28-də Azərbaycan ərazisində qış vaxtına keçiləcək. Həmin gün saat 05.00-da saatların əqrəbləri 1 saat geri çəkiləcək, bununla da, ölkə qış vaxtına keçəcək.
Bəzi mütəxəssislərin fikrincə, saat əqrəblərinin bir saat irəli, ya geri çəkilməsi əhalinin yalnız 10-15 faizində narahatlıq yarada bilər. 2-3 gündən sonra isə bu, vərdiş halına çevrilir...

Həkimlər
Həkimlər isə ildə iki dəfə vaxt dəyişikliyinin insan orqanizminə neqativ təsir göstərdiyini deyir. Lakin bu təsir bir o qədər də böyük deyil. İstirahət günündən başlayaraq insanlar öz gündəlik rejiminlərini korrektə etsə və saatların çəkildiyi gecə əvvəlki günlərə nisbətən yarım saat tez yatsa, bu təsiri minimuma endirə bilər. Ancaq bəzi ekspertlər deyir ki, vaxtın dəyişdirilməsi hər 5 insandan birinə mənfi təsir göstərir. Ancaq insanlar maksimum iki həftəyə yeni rejimə alışırlar. Bunu da onunla izah edirlər ki, ölkədə qış və yay vaxtlarına keçid bioritmlərdə müəyyən dəyişikliklərə səbəb olur. İnsanların əvvəlcədən öyrəşdiyi ritmlərdə dəyişikliklər əmələ gəlir. Saat və iqlim dəyişikliyinə meylli insanlarda saat qurşağının dəyişməsi ciddi problemlərə səbəb olmur. Çünki orqanizmin adaptogen reaksiyaları var və onlar xarici mühitə uyğunlaşmanı təmin edir. Bu baxımdan, daha çox xəstə adamlar ritm dəyişikliyinə mənfi reaksiya verir. Amma sağlam orqanizm üçün bunun ciddi təhlükəsi yoxdur.

Psixoloqlar
Psixoloqlar da hesab edirlər ki, saatların irəli-geri çəkilməsi insanların davranışında özünü büruzə verir. Belə ki, öz daxili saatlarına uyğunlaşdıqlarından saatların çəkilməsi onların psixologiyasına da mənfi təsir edir. Yuxusuzluq yaradır, davranışlarda gərginlik özünü büruzə verir. Adaptasiya prosesində insanların sinir sisteminə mənfi təsir edir. Amma bunlar qorxulu deyil. İnsanlar bir həftəyə bu rejimə uyğunlaşırlar.
Psixoloq Azad İsayev qəzetimizə açıqlamasında dedi ki, normal insanlarda bu sadəcə fizioloji dəyişikliklərə gətirib çıxarır ki, bu da maksimim 5- 7 gün davam edir. "Lakin bəzi insanlarda saatların dəyişməsi fizioloji narahatlıqlarla bərabər psixoloji problemlər də yaradır. Bəzi ölkələr, əsasən də cənub ölkələri saat çəkilməsindən istifadə etmir. Çünki bu, onlara iqtisadi cəhətdən sərfəli deyil. lazım gələrsə Azərbaycanda da bu sistemi ləğv etmək olar".

İqtisadçılar
İqtisadi ekspertlərin fikrincə isə yay vaxtına keçid elektrik enerjisinə və qaza qənaət imkanı verir.
Qış vaxtına keçid iqtisadi qənaəti qorumaq üçündür. Qanunun olunduğu 110 ölkənin hər birində, o cümlədən Azərbaycanda elektrik enerjisinə illik 2 faizədək qənaət olunur. Həm də ekologiyaya da müsbət təsir göstərir. Çünki elektrik enerjisinin istifadəsini azaltdıqca, ölkələr, atmosferə atılan tullantıların miqdarını da azaltmış olur.
İqtisadçı ekspert Məhəbbət Talıblı "deyerler.org"-a bildirdi ki, vaxt dəyişikliyi bizim kimi kasıb ölkələrə aid olmamalıdır. "Həqiqətən də qənaət rejiminə keçiddir. Amma bu o ölkələr üçündür ki, orada yaşayış normaları olsun. Ancaq Azərbaycan üçün pis haldır. Çünki, burada insanlar gecə-gündüz işləyir. Saatlar bir saat çəkildi ya çəkilmədi onsuzda iş rejimi dəyişmir. Əksinə insanların səhhəti korlanır. İnkişaf etmiş ölkələr də isə insanların istirahəti üçün belə hal normaldır.

Gənclər
Vaxt dəyişikliyi gənclərə elə də təsir etmir. Belə ki, xəstə adamların orqanizmində adaptasiya prosesləri zəif gedir. Həmin vaxtda keçməmişdən öncə istirahəti düzgün təşkil etmək lazımdır. Ümumiyyətlə yaxşı olardı ki, vaxtın irəli-geri çəkilməsinə görə bir saat əvvəl və ya gec yatmaq lazımdır. Bununla da insan yuxu rejimini tənzimləmiş olur. 23 yaşlı Tural Mürsəlovun fikrincə vaxt dəyişikliyi ona elə də təsiri yoxdur. "Hər il saatlar dəyişdiyi gün, vaxtında saatımı tənzimlədiyimə görə heç bir problem yaşamıram. Sağlamlığımla da bağlı problemlər olmur. Bəlkə də olur, cavan olduğuma görə mən hiss eləmirəm".

Saatı çəkməyənlər
Qeyd edək ki, saatların əqrəbləri ilk dəfə 1908-ci ildə İngiltərədə çəkilib. Rusiya isə ilk dəfə 1917-ci ildə yay vaxtına keçib. 1981-ci ildən isə bu proses hər il dünyanın 110 ölkəsində təkrar olunur. Avropa ölkələri və Amerikanın bəzi ştatları bu üsuldan faydalanır. Ancaq vaxt dəyişikliyin qəbul etməyən ölkələr də var. Çin, Yaponiya, Cənubi Koreya, Puerto-Riko, Virginiya adaları, Amerika Samoası, Sinqapur, Estoniya və bir sıra digər ölkələr daxildir. Səbəbləri isə məlum deyil. (arxiv)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 3830   Tarix: 28 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Bayden Trampı xatırlayan kimi xaç çəkdi - VİDEO

ABŞ prezidenti Co Bayden demokrat qubernaton Qevin Nyusoma dəstək mitinqində özünün Donald Trampla rəqabətini xatırlayıb. -ın -a istinadən məlumatına görə, o bildirib ki, Kaliforniya sakinlərinin qəbul edəcəyi qərar tək ABŞ-a yox, ümumilikdə bütün dünyaya təsir qoyacaq. "Bilirsiniz ki, ötən il seçkilərd

15.09.2021 660
.

Hamilə olduğunu bilmirdi, hamamdan çıxanda qəfil doğuş etdi - FOTO

Yeni Zelandiyanın 9 ay hamiləliyindən xəbərsiz olan 41 yaşlı sakini Karla Akuhata gözlənimədən yataq otağında uşaq dünyaya gətirib. BİG.AZ xəbər verir ki, bu barədə "The New Zealand Herald" yazır. Belə ki, bir həftə öncə anasının evində olan Akuhata qarın nahiyəsində kəskin ağrı hiss edib

14.09.2021 2001
.

Üz dərisini ağardan unikal vasitə

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv Biocosu ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıcı dərman və ya gözəllik salonlarında icra edilən bəzi müalicələr səbəbində

13.09.2021 741
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Əfqan ulduz ölkədən qaçmasından danışdı: başımdan vur, amma...

Əfqanıstanda qadın hüquqlarını müdafiə etdiyi üçün və geyimləri ilə bağlı radikal şəxslərin qəzəbinə tuş gələn 36 yaşlı pop ulduz Aryana Səid "Taliban" hakimiyyəti ələ keçirdikdən sonra paytaxt Kabildən İstanbula necə qaçdığını danışıb. Müğənninin avqustun 15-də "Taliban" Kabilə daxi

12.09.2021 1875