Müslüm Maqomayevin vəfatından 4 il ötür

Müslüm Maqomayevin vəfatından 4 il ötürMüslüm Maqomayev 1942-ci il avqustun 17-də Bakı şəhərində anadan olub. İlk dəfə 14 yaşında dənizçilər klubunda çıxış edib. 18 yaşında Helsinkidə gənclər festivalında, 1963-cü ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində uğurlu çıxışları ilə şöhrət qazanmağa başlayıb. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub, İtaliyanın Milan şəhərindəki "La Skala" teatrında stajirovka keçib. Enriko Pyatsa ilə "Sevilya bərbəri" operasından Fiqaronun, "Toska" operasından Skarpianın partiyalarını hazırlayıb.1966-cı ildə Parisin "Olimpiya" salonunda ilk konsertini verib. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını alıb.1975-ci ildə "Azərbaycan Dövlət Estrada-Simfonik Orkestri"nin bədii rəhbəri təyin edilib. Bu orkestrlə Sovet İttifaqının bir sıra şəhərləri ilə yanaşı Fransa, Bolqarıstan, Polşa, Finlandiya, Kanada və İranda konsertlər verib. 1970-ci illərdən həyatını estrada ilə bağlayıb və görünməmiş populyarlıq qazanıb. Keçmiş SSRİ-nin hər yerində çıxışlar edib, stadionlarda konsertlər verib, televiziya onun konsertlərinə geniş yer ayırıb, qramoffon valları böyük tirajla buraxılıb.Onun ən böyük arzularından biri İtaliyada təhsil almaq idi. Nəhayət, həmin gün də gəlib yetişir və gənc Müslüm Azərbaycan Opera və Balet Teatrı tərəfindən "La skala" teatrına təcrübə toplamağa göndərilir. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanır, onlardan qiyabi olaraq vokal dərsləri alırdı. İndisə gənclik xəyalları gerçəkləşmiş və ona Çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq nəsib olmuşdu.Beləliklə, Müslüm Bakıya əsl Fiqaro kimi qayıdır və "Seviliya bərbəri" tamaşasında səhnəyə çıxır. Azərbaycanın məşhur pianoçusu Rauf Atakişiyevlə dostluğu və əməkdaşlığı onun bu yolda daha böyük uğurlarına yol açır. "Seviliya bərbəri" operasının hər tamaşası anşlaqla keçir və Bakı tamaşaçıları Fiqaronu – Müslüm Maqomayevi görünməmiş coşqu ilə qarşılayırlar.O, Eldar Quliyevin filminə musiqi yazırdı. Daha sonra rejissor Qleb Drozdovun sifarişlərini yerinə yetirib. "İqor polku haqqında dastan" əsərinin motivləri əsasında hazırlanmış "Yaroslavna" tamaşasına musiqi bəstələyib. Özü həmin tamaşada knyaz İqor, həyat yoldaşı Tamara Sinyavskaya Yaroslavna rollarını ifa edib.1971-ci ildə haqqında "Oxuyur Müslüm Maqomayev" adlı film-konsert çəkilib. İllərlə dinləyicilərin sevgisini qorumağı bacarmış Müslüm Maqomayev SSRİ Qırmızı Əmək Bayrağı və Xalqlar Dostluğu ordenləri ilə təltif edilib, SSRİ-nin xalq artisti adını alıb.Müslüm Maqomayev 25 oktyabr 2008-ci ildə vəfat edib, Bakıdakı birinci Fəxri Xiyabanda dəfn olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1838   Tarix: 23 avqust 2010  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Türkiyə şəhid verdi

Türkiyə Ordusunun hərbçisi şəhid olub. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, ötən gün "Pençe" əməliyyatı bölgəsindəki posta ildırım düşməsi nəticəsində Türkiyə Silahlı Qüvvələrinın hərbi qulluqçusu Ata Göçmen yaralanara

12:00 181
.

Afaq Bəşirqızının məsləhəti qalmaqal yaratdı: Sevgi, yoxsa pul? - VİDEO

Xalq artisti Afaq Bəşirqızının bu yaxınlarda iştirak etdiyi verilişlərdən birində səsləndirdiyi fikirlər böyük müzakirələrə səbəb olub. O, xanımlara səslənərək işi, savadı və evi olmayan oğlanla ailə həyatı qurmamağı məsləhət görüb. Verilişdəki tamaşaçılar onun sözlərini alqışlarla qarşılasalar da, Xal

10:31 559
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

16:30 96
.

İtaliya Ukraynadakı münaqişədə birbaşa iştirak edəcək?

"İtaliya Uraynadakı münaqişədə öz hərbçilərinin birbaşa iştirakını hər zaman istisna edib". Bu barədə İtaliya Müdafiə Nazirliyinin rəhbəri Quido Krozetto "Corriere della Sera" nəşrinə müsahibəsində bildirib. "Bununla belə biz həmişə Ukraynaya hər cür köməklik göstərilməli olduğun

16:00 97
.

Adil Əliyevin ailəsinə ağır itki

Milli Məclis sədrinin müavini, Gənclər və İdman Komitəsinin sədri Adil Əliyevə ağır itki üz verib. "Qafqazinfo" xəbər verir ki, vitse-spikerin qayınatası Aydın Abdullayev dünyasını dəyişib. Allah rəhmət eləsin!

10:09 373
.

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı artıb

Braziliyanın cənubundakı Rio-Qrandi-du-Sul ştatında baş verən güclü daşqınlar nəticəsində 39 nəfər ölüb, 68 nəfər itkin düşüb. Rio-Qrandi-du-Sul həftənin əvvəlindən güclü yağışlar davam edir. Bu günə qədər 350 mindən çox insan təbii fəlakətdən zərər çəkib. Hazırda onminlərlə yerli sakin evlərini tər

19:00 0
.

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb

Ağcabədidə yük maşını və qoşqusundakı avtomobillər yanıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Ağcabədi rayonunun Qaradolaq kəndində "KamAZ" markalı yük avtomobilinin qoşqusunda olan istifadəyə yararsız 8 ədəd minik avtomobilinin yanar hissələr

18:50 0
.

Azərbaycanda zəlzələ olub

Tovuzda zəlzələ olub. Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib. Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub. Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb

14:42 227
.

Bakıda kişi sevdiyi qıza görə özünü yandırdı - TƏFƏRRÜAT + YENİLƏNİB/VİDEO

Bakıda kişinin özünü küçədə yandırmasının təfərrüatı məlum olub. Hadisə şahidlərinin sözlərinə görə, binanın qarşısında sevdiyi qadınla mübahisə edək şəxs daha sonra oradan uzaqlaşıb. Bir neçə dəqiqədən sonra yanacaqdoldurma məntəqəsindən benzin alaraq yenidən həmin binanın qarşısına qayıdıb. "Gördü

03.05.2024 1877