Azərbaycan telekanallarıyla bağlı biabırçı faktlar...

Azərbaycan telekanallarıyla bağlı biabırçı faktlar...Milli Televiziya və Radio Şurası və Azərbaycan Milli Elmlər Akademiyasının mütəxəssisləri tərəfindən teleradio yayımçılarıyla bağlı ədəbi dil normalarına riayət edilməsi sahəsində cari ilin avqust-sentyabr aylarında monitorinqlər aparılıb. Monitorinq Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə "Elektron Mediaya Yardım Fondu"nun "Azərbaycanın teleradio məkanında ədəbi dilin qorunması" layihəsi əsasında keçirilib.

Monitorinqləri AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun elmi işçiləri Natavan Abbasova və Aytən Hüseynova aparıb.

Monitorinq əsasən ANS, ATV, Lider TV, SPACE TV, Xəzər TV kanallarında aparılıb və bu müşahidələr 3 sahəni əhatə edib. Fonetik səhvlər-orfoqrafik, orfoepik qaydaların pozulması, vurğuların düzgün qoyulmaması və müxtəlif ləhcələrin istifadəsi əsas diqqət mərkəzində olub.

Müşahidələr nəticəsində müxtəlif qrammatik səhvlər - cümlələrdə söz sırasının, qrammatik qaydaların pozulması halları qeydə alınıb. Leksikoloji səhvlərə gəldikdəsə, daha çox xarici mənşəli sözlərin işlədilməsi halları qeydə alınıb. Xüsusilə qeyd edilib ki, aparılan monitorinq zamanı, informasiya verilişləri, musiqili-əyləncəli verilişlər, şou, tok-şou və dublyajlar izlənilib, səhvlər qeydə alınıb.

Beləliklə, "Xəzər" telekanalının "Xəbərlər" informasiya proqramının yayımı zamanı kifayət qədər orfoqrafik səhv aşkar edilib. Bunların bəziləri texniki səhvlərdir. Lakin bəzi səhvlər televiziyada Azərbaycan dilinin orfoqrafik qaydalarına riayət edilməməsi barədə təəssürat yaradıb. Ən çox durğu işarələrinin düzgün qoyulmaması, sözlərin düzgün yazılmaması hallarına rast gəlinib. Qeyd edilib ki, qüsurlardan biri də aparıcının ləhcə ilə danışmasıdır. Ona görə də, aparıcılar öz tələffüzlərini daha yaxşı, nitqlərini daha səlis və başa düşülən etmək üçün qrammatik və leksik normalara riayət etməlidirlər. Xüsusilə də, bəzi misallardan görmək olar ki, xəbər proqramlarında da bu səhvlər kifayət qədərdir və bu da yolverilməzdir.

Lider TV-nin xəbərlər-informasiya verilişlərinin dili demək olar ki, qənaətbəxş hesab edilə bilər. Amma şou verilişlərinin və əyləncə proqramlarının dili heç də ürəkaçan deyil. Aparıcılar öz russayağı tələffüz və çoxlu miqdarda xarici, xüsusilə də, rus mənşəli sözlərin istifadəsi ilə diqqəti çəkirlər. Aparılan müşahidələr onu göstərir ki, bu kanalın əyləncə proqramlarının aparıcıları bəzən efirdə olduqlarını unudaraq vulqar danışığa keçirlər. Bu cür misalları təəssüflər olsun ki, çox çəkmək olar. Belə hallar və belə danışıq efirdə yolverilməzdir. Efirdə əsasən xarici sözlərdən də istifadə edilir. Əslində, bütün bu xarici sözlərin Azərbaycan dilində tərcüməsi var. Bu telekanalda daha çox rus, bəzən ingilis və türk mənşəli sözlərdən istifadə olunur.

SPACE telekanalının aparıcıları dilimizin normalarına kifayət qədər riayət etsələr də, bəzi istisnalar olur. Bu istisnalar da əsasən fonetik, qrammatik və əlbəttə ki, leksik normaların pozulması ilə özünü göstərir. Qeyd edilib ki, burada sözlərin xüsusi ləhcə ilə deyilməsinə daha çox rast gəlinir. Bu zaman çox sayda burun səsləri ( Azərbaycan dilində bu yoxdur. Lakin ləhcələrdə var ), sözlərin başqa cür tələffüzü, səs düşümü və rus dilində işlənməsi halları baş verir.

ANS telekanalının aparıcıları fərqli danışıq tərzi ilə seçilir. Diqqət çəkən məqam daima rus ləhcəsi və müxtəlif bölgələrin ləhcələrindən istifadə edilməsidir. Düzdür, informasiya verilişlərinin dili qənaətbəxş olsa da, diqqət ediləsi məqamlar da var. Bundan başqa, ANS TV-də müxtəlif əyləncə verilişlərində xarici və loru sözlərin işlənməsi hallarına da rast gəlmək olar. Bunlar daha çox rus, türk sözləridir.

ATV-nin informasiya verilişlərinin aparıcılarının dili qənaətbəxşdir. Sözlər düzgün tələffüz olunur, xarici sözlər işlənmir, cümlələr aydın və səlisdir. Lakin əyləncə verilişlərinin aparıcıları öz rus və türk ləhcələri ilə, bol-bol xarici mənşəli sözlər işlətmələri ilə seçilirlər.

Telekanallarda dublyajlarla bağlı aparılan müşahidələr onu göstərib ki, dublyajlar qənaətbəxş hesab edilə bilər. Lakin bəzən hərfi tərcümə edilir. Halbuki Azərbaycan dilində elə ifadələr yoxdur. Bu zaman dilimizə yad və çətin başa düşülən sözlər ortaya çıxır.

Qeyd edək ki, telekanallarla bağlı vurğulanan qüsurların hansı proqramlarda və nə vaxt olduğu göstərilib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 8216   Tarix: 19 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İkinci evliliklərin daha xoşbəxt olmasının səbəbləri - Psixoloq izah edir

İlk nikahların yarıdan az hissəsi - 45%-i boşanma ilə nəticələnir, lakin təkrar nikahların yalnız 31%-i uğursuz olur. BİG.AZ -a istinadən xəbər verir ki, xəbər verir ki, bunu "The Marriage Foundation"ın məlumatları sübut edir. Psixoloq Ceymi Simkins Rocers "Your Tango"ya niyə ikinc

21.04.2024 488
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 156
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 175
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 411
.

"Milyonçular" görüşdülər: DJ Fateh və Kənan İmirzalıoğlu bir arada

Aparıcı və DJ Fateh Türkiyədə aparıcı və aktyor Kənan İmirzalıoğlu ilə görüşüb. xəbər verir ki, onlar K.İmirzalıoğlunun aparıcısı olduğu "Kim milyoner olmak ister?" televiziya şousunun studiyasında görüşüblər. DJ Fateh həmin anın görüntüsünü sosial şəbəkə hesabında paylaşıb. O, şəkilə "Milyonlu

21.04.2024 901
.

İstehsalın idxalı üstələdiyi sahə: Qiymətə təsir edən səbəblər - ARAŞDIRMA

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2024-cü il yanvar-fevral ayları ərzində Azərbaycana 19 milyon 266 min dollar dəyərində mebel və onun hissələri idxal edilib. 2023-cü ilin yanvar-fevral aylarında ölkədə 41.9 milyon manat dəyərində mebel istehsal edilib. Bu da o deməkdir ki, bu sahədə yerl

21.04.2024 305
.

13 il əvvəl yoxa çıxan 14 yaşlı qız gözlənilmədən evə qayıtdı

2010-cu il oktyabrın 20-də ABŞ-ın Texas ştatının Amarillo şəhərciyində itkin düşən 14 yaşlı Cessika Delqadillo qəflətən evə qayıdıb. -ın xarici mediaya istinadən verdiyi xəbərə görə, o, 13 il əvvəl məktəbə gedib və bir daha geri qayıtmayıb. Valideynlər dərhal polisə müraciət etsələr də, axtarışlar he

21.04.2024 767
.

Bakıda ailə ilə şam yeməyi 200 manata başa gəlir: Qiymətlər niyə yüksəkdir?

Türkiyədə kafe və restoranlarda menyu qiymətlərinin yüksək olması böyük etirazlara səbəb olub. Ötən həftədən etibarən bu ölkədə yeməyin təxminən 2-3 dəfə bahalaşmasına etiraz edən vətəndaşlar sosial şəbəkələrdə evdən kənarda yeməyi kütləvi şəkildə boykot edən çağırışlar edirlər. Etirazçılar bildirirlə

27.04.2024 211
.

Dünyanın ən böyük ağcaqanadı

Dünyanın ən böyük ağcaqanadının bir nümunəsi (bu böcək növləri arasında) Sıçuan əyalətinin Çendu şəhərindəki Qərbi Çin Həşərat Muzeyində saxlanılır. xarici mətbuata istinadən xəbər verir ki, 2018-ci ildə Ginnesin Rekordlar Kitabına düşüb. Ağcaqanad Holorusia Mikado növünə aiddir. Onun qanadlarının uzunluğ

20.04.2024 412