"Copy-Paste" Mədəniyyəti ?

Sosiologiyanın maraqlı bir düstur var, deyir, eyni qanun fərqli məkanlarda eyni nəticəni verməyəcək (istisnalar xaric). Təbii ki, söhbət insanlara aid qanun və qaydalardan gedir. Bitkilər aləminə aid ola bilməz?! Əlbəttə olar. Məsələn, hökumətimiz çox çalışır ki, ölkədə palma və banan ağaclarının sayı artsın, müxtəlif Avropa mənşəli güllər çoxalsın. Bundan ötrü kifayət qədər pul sərf olunur. Nə baş verir.

Digər ölkələrdən gətirilən bu bitkilərin ömrü onlara xərclənən pulların miqdarından asılı olmayaraq, cəmi 1 il çəkir. Və davamlı olaraq çalışırıq ki, bu ağaclar məhz Azərbaycan torpağında bitsin. Torpağa müxtəlif sort gübrələr də veririk. Nəticə isə bu qədər sərf olunan əməyin qarşılığında qaneedici deyil, heç olmayacaq da. Çünki bu torpağın öz xüsusiyyəti var. Ya gərək torpaq tamam dəyişsin - bunu etmək də mümkün deyil - ya da belə getsə, verilən gübrələr hesabına torpaq heç öz yerli məhsullarını da yetişdirə bilməyəcək.

Mədəniyyət də bu cürdür. Biz çox istəyirik ki, Avropa dəyərlərini, mədəniyyətini məniməsəyək, amma mümkün olmur. Niyə?! Çünki biz Avropa insanının keçdiyi alt əsrlik mübarizə tarixini keçməmişik. Biz nə qədər istəyib orda olanları "copy-paste" etməyə çalışsaq da, onun ömrü bir kvartal olacaq. Və görüntü də ürəkaçan olmayacaq. Qısa olaraq bunu demək istəyirəm ki, bizim hazırda mental və sosial şüurumuz imkan verməz ki, Avropa insanının qan bahasına qazandığı nəticələri özümüzdə tətbiq edək. Tətbiq edə bilərik, ancaq bu sırf maddi məsələlərə aid olacaq.

Məsələn, biz Avropa insanının qulaq asdığı mahnıya, baxdığı kinoya baxa bilərik. Və ya biz çox asanlıqla, onların geydiyi geyimi, yediyi yeməyi yeyə bilərik. Ancaq bütün bunlar hələ avropalı olmaq üçün kifayət etmir. Dünyada gedən qloballaşma prosesi nəticəsində Mozambikdə belə bu günləri İtaliya pizzası yeyilir, fransız ətri vurulur. Düşüncə isə yerində qalır. Kor-koranə təqlid nəticəsində biz öz dəyərlərimizi də itirmiş oluruq. Avropa insanın istehsal etdiyi maşını sürmək çox rahat bir işdir və bunu etmək üçün xüsusi inteqrasiyaya malik olmaq lazım deyil.

Biz Avropanın maddi istehsalını import etmək əvəzinə, o beyinlər ki, Avropada maşın istehsal edir, ona inteqrasiyaya can atmalıyıq. Düşünürəm ki, inteqrasiya məhz bu sahədə aparılmalıdır; elm , texnologiya və sosial rifaha can atmaq. Mənəviyyat və mədəniyyət import olunacaq dəyər deyil. Onu yaşaya-yaşaya qazanmaq lazımdır. Və həm də bu mədəniyyət və mənəviyyat insanlığa xidmət etməlidir
Cavid İmamoğlu

Bəs siz nə düşünürsüz ? Avropalaşmağa çalışdığımız bu dövrdə onları "copy" eləməklə düzgünmü edirik ?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1676   Tarix: 19 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Yatağına ilan girən kişinin qorxu dolu anları - VİDEO

Hindistanda az qala faciə ilə nəticələnəcək hadisənin görüntüləri yayılıb. Kadrlar Racastanda, Bansvar məbədində qeydə alınıb. -a istinadən xəbər verir ki, videodan göründüyü kimi, kobra ilanı yerdə yatan insana tərəf sürünür. Sonra o, odeyalın altına girir. Bu vaxt kişi qəfil ayılaraq yerindən sıçrayır

10.09.2021 1704
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Ayaq qoxusuna son

Havaların soyuması ilə örtülü ayaqqabılara keçid bəzi şəxslərin qoxu kimi problemlərlə qarşılasmasına səbəb olur. Ayaqların uzun müddət qapalı qalması, ayaqqabının materialı və ya corabdan qaynaqlanan bu problem narahatlıq yaradır. Axşam.az-a istinadən ayaq qoxusunun qarşısını almağa yardım edən 3 təbi

10.09.2021 1505
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Rusiyada məktəb dərsliyində porno sayta istinad tapılıb – FOTO

Rusiyada orta məktəb dərsliyində porno saytına aparan istinad tapılıb. -a istinadən xəbər verir ki, yayılan məlumatlara görə, neqativ hal altıncı sinif ingilis dili üzrə test tapşırıqları toplusunda üzə çıxarılıb. Həmçinin, eyni səhifədə porno aktrisasının vizit kartı da əks olunub. Müvafiq qurumları

14.09.2021 2022