İnsan səsini qısa vaxtda dəyişdirmək mümkündür !

İnsan səsini qısa vaxtda dəyişdirmək mümkündür !Rəqəmsal texnologiyalar sahəsində real vaxtda səsin dəyişdirilməsi üçün proqram hazırlanıb. Onun vasitəsilə səsi istənilən şəkilə salmaq mümkündür.

Bu proqram səs tonunu dəyişdirə, sürətini artıra və azalda, qarşı cinsin səsinə çevirə bilir. Bundan başqa, proqram lazım olduğu vaxt müxtəlif effektli unikal səs yaratmağa da yardım edir. Bütün bunlar Voice Changer Diamond Edition proqamı vasitəsilə mümkündür. O, daha real və dəqiq nəticələr verən tam yeni səs dəyişdirmək proqramıdır. Siz onunla özünüzün və ya başqasının yazılmış səsini dəyişdirə bilərsiniz. Proqram wave, mp3, wma və digər populyar səs formatlarını dəstəkləyir. Səs dəyişdirilməsi proqramı səsi qadın, kişi, uşaq səsinə çevirə bilər. Əgər köklü dəyişiklik lazım deyilsə, o zaman səs yazısına seksuallıq və ya başqa əhval tonları vermək mümkündür.

Voice Changer Diamond Edition proqramı başqalarının səsini imitasiya etməyə imkan verir. Bunun üçün proqramda modul ayarlamaları var. Onları işə salmaqla Cennifer Lopez, Britni Spirs, Silvestr Staloone, hətta, Terminatorun səsi ilə danışa və ya internetdən hazır səs dəyişikliklərini yükləyə bilərsiniz. Voice Changer Diamond Edition-dan Skype-da da istifadə etmək olar. Hazır səs yazılarını istənilən cihazla səsləndirmək və proqramı işə salmaq, lazım olan səs tipinə konvertasiya etmək kifayətdir. Proqram dərhal hazır nəticəni verəcək. Bu yolla səsin dəqiq oxşarını ayarlamaq mümkündür. Beləcə, səsinizdəki dəyişiklik dostlarınız və həmsöhbətlərinizi təəccübləndirə bilər.

Məşhurların səs modulları kolleksiyası proqram müəllifinin saytında hər zaman yenilənir. Amplituda dəyişikliyi və ton tezlikləri səsləndirmənin keyfiyyətini maksimal dərəcədə artırmağa imkan verir. Proqramdan müxtəliv videoçarxların səs müşayiəti üçün tez-tez istifadə edilir. Bunun üçün studiya keyfiyyətli mikrofona ehtiyac yoxdur.
Proqram kompüterin resurslarına çox tələbkar deyil. Amma iş zamanı müəyyən qədər yaddaş lazımdır. Ona görə də proqramdan istifadə edərkən digər əlavələri bağlamaq məsləhətdir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 4562   Tarix: 23 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"WhatsApp" yeni funksiya ilə HƏR KƏSİ HEYRƏTLƏNDİRƏCƏK

Populyar "WhatsApp" mesencerində xüsusi nişandan istifadə edərək vacib söhbətləri ayırmağa imkan verən yeni funksiya olacaq. Bildirilir ki, proqramda söhbətlər üçün "Sevimlilər" bölməsi yaradılacaq. Bu kateqoriya üçün lazımi dialoqları mesencer parametrlərində və ya pəncərənin özünd

28.04.2024 795
.

Bu ölkədə qumardan asılılığa qarşı mübarizə aparılır

Ukraynada 2,5 mindən çox qumar oyunları saytına giriş bloklanıb. -ın xəbərinə görə, bu barədə Ukrayna Baş Prokurorluğu məlumat yayıb. Aprel ayında qanunsuz qumar oyunlarının təşkilinə görə 450 cinayət işi açılıb, 21 nəfərə qarşı ittiham irəli sürülüb. Keçən il bununla əlaqədar 169 qanun pozuntusu aşkarlanıb

28.04.2024 214
.

Eynəyi cızıqlardan xilas edən təbii üsul

Eynək istifadə edən insanların ən böyük problemi şübhəsiz ki, şüşələrin cızılmasıdır. Bu səbəbdən sahibləri linzaları tez-tez dəyişdirmək məcburiyyətində qalırlar. Lakin türkiyəli mütəxəssislər bunun ev şəraitində təbii üsulla həllini göstəriblər. Onların sözlərinə görə, soda və duz eynəklərdəki cızıqlar

27.04.2024 530
.

II Ramzesin heykəlinin bir parçası İsveçrədən Misirə qaytarılıb

2023-cü ilin iyulunda Misirin Berndəki səfirliyinə təhvil verilən firon II Ramzesin heykəlinin bir parçası vətəninə qaytarılıb. "Report" xəbər verir ki, bu barədə Misir Xarici İşlər Nazirliyi məlumat yayıb. Misirin Berndəki səfirliyi azı 3,4 min il yaşı olan qədim artefaktı ölkəyə qaytarıb

21.04.2024 283
.

İrlandiya sahillərində naməlum heyvanın cəsədi tapılıb - FOTO

İrlandiyada çimərlikdə nəhəng naməlum heyvan cəsədi aşkar edilib. Adı floraya naməlum olan heyvan İrlandiyanın Ballibranaqan bölgəsinin çimərliyində tapılıb. Sahildə gəzişərkən naməlum dəniz canlısına rast gələn qadın onu heç nəyə bənzədə bilməyib. Həmin vaxt orada olan digər şahid isə qeyd edib ki

21.04.2024 704
.

ABŞ alimlərindən ŞOK: "İnsan öləndən sonra ruh yaşamağa davam edir"

ABŞ-nin Arizona Universitetindən bir qrup alim britaniyalı həmkarları ilə birlikdə insan ölümündən sonra "yaşamağa" davam edən ruhun mövcudluğunu eksperimental olaraq təsdiqləyiblər. Doktor Stüart Hameroff və fizik Rocer Penrouz şüurun insan beyninin hüceyrələrindəki "mikroborucuqlardan"

21.04.2024 422
.

15 il 6 ay həbs cəzası alan şəxs divarı dələrək qaçmağa çalışdı: Türkiyədə şok əməliyyat

Türkiyədə 15 il 6 ay həbs cəzası alan cinayətkar divarı dələrək qaçmağa çalışıb, amma istəyinə nail ola bilməyib. Bu barədə Türkiyə hüququ mühafizə orqanlarından məlumat verilib. Bildirilir ki, polis əməkdaşları qəsdən adam öldürmə, oğurluq, fırıldaq, qarət, qəsdən yaralama, qaçaqmalçılıq, kibercinayət

20.04.2024 482
.

Bakıda ilanların sayı artıb? - AÇIQLAMA

Son günlər sosial şəbəkələrdə ilanların çoxalması iddiası ilə bağlı videolara rast gəlinir. Sosial şəbəkədə paylaşılan və paytaxtda çəkilən videoların birində avtomobilin yan şüşəsindən ilanın sallandığı görünür. Videonu lentə alan şəxs avtomobillə Zirədən Yasamala gəldiyini və mənzil başına çatand

27.04.2024 326
.

Gündəlik 10 manata sığmayan tələbə həyatı: Gənclər hansı güzəştləri gözləyirlər?

Bu il ali təhsil müəssisələrinə sənəd qəbulu aprelin 15-dən başlayıb. İndiyə qədər 50 minə yaxın abituriyent qeydiyyatdan keçib. Bir sıra xarici ölkələrdə ali təhsilə dəstək məqsədilə dövlət tərəfindən tələbələrə müəyyən güzəştlər verilir. Məsələn, İtaliyada tələbələr kitab mağazalarında, gözəllik salonlarında

28.04.2024 246