Səadətin sirləri

Səadətin sirləri"Nikahda kəramət var", – deyirlər. Doğrudan da, yeni evlənən gənclər bir-birlərini elə sevirlər ki, xətalarını görmürlər. Hər iki tərəf də qarşısındakının xətrinə dəyməmək, xoşbəxt etmək üçün sanki çırpınır. Elə isə, səadətinizin təməli olan bu xoşbəxt günləri bacardığınız qədər qorumağa çalışın.

Yerli-yersiz göz yaşları, günlərlə davam edən küsülülüklər ilk vaxtlar həyat yoldaşınızın diqqətini cəlb etsə də, vaxt keçdikcə bütün bunlara alışacağı üçün silahınız əvvəlki kimi təsir göstərməyə bilər. Necə deyərlər: "Artıq naz aşiq usandırar". Evliliyinizin bu ilk və ən gözəl günlərində "yersiz nazla aşiqinizi usandırmaq" əvəzinə gözəl keyfiyyətləriniz, ağıllı davranışlarınızla onun qəlbini fəth etməlisiniz.

Evləndikdən sonra xoşbəxt olmaq üçün nişanlılıq dövründə bir-birinizlə necə davrandığınızı unutmamalısınız. Çünki evli insanlar xoşbəxt ola bilmək üçün özlərinə kimisə örnək qəbul etməlidirlər. Bu örnək isə elə siz özünüzsünüz. Necə? Evlənməzdən əvvəl nişanlınız üçün nələr etdiyinizi xatırlamağa calışın. O, sizi, iş görərkən geydiyiniz hisli-paslı, yemək iyi verən xalatda görmüşdümü? Saçınız-başınız daranmamış çıxmışdınızmı qarşısına?

"Allah qorusun, məni elə görsəydi, yəqin ki, evlənməkdən imtina edərdi" deyirsiniz, deyilmi? Tam əksinə, onun gözünə gözəl görünmək üçün həmişə baxımlı, səliqəli olmağa çalışırdınız. Onu düşünməkdən yorulmadığınız, görər-görməz qəlbinizin çırpıntılarına mane ola bilmədiyiniz o gözəl günlərinizdə tez‑tez görüşmək üçün bir fürsət axtarırdınız. Ailəliklə sizə qonaq gələndə onları daha təmtəraqla qarşılamaq üçün əlinizdən gələni əsirgəmirdiniz.

Qarşılıqlı hədiyyələşmələr, gözəl sözlər, aynaya hər baxanda onun gözunə necə göründüyünüzü düşünərək özünüzə səliqə-sahman vermək, sevincinizə sevinc qatırdı. Xatırladınız, deyilmi? Bəs indi? Həmişəkindən daha çox ehtiyacınız olduğu halda, bu gözəl davranışlarınıza niyə nöqtə qoydunuz? Yoxsa, tənbəllik edirsiniz? Yoxsa, xoşbəxtlikdən, səadətdən, sevincdən imtina edirsiniz? Bəlkə, nəyisə gözləyirsiniz?

Bəlkə "məni beləcə, olduğum kimi qəbul etsin", ‒ deyərək işin asanına qaçırsınız? Ancaq düşünün ki, o, sizi olduğunuz kimi deyil, göründüyünüz kimi sevmişdi. İndi bu xoşbəxtliyin davamı üçün siz də göründüyünüz kimi olmalısınız. Bəli, həyat yoldaşınızı həmişə gülər üzlə, şirin sözlə qarşılamağa tənbəllik etməyin. Eynilə nişanlı olduğunuz günlərdəki kimi çıxın qarşısına.

Onunla evinizin daimi qonağı kimi davranın. Elə olsun ki, bu xoşbəxt qonaq qapıdan içəri addım atar-atmaz bütün yorğunluğunu, problemlərini unudacağına, öz isti yuvasından başqa heç bir yerdə rahat ola bilməyəcəyinə inansın. Ona göndərmək istədiyiniz mesajı, söyləmək istədiyiniz gözəl bir sözü gecikdirməyin. "Əvvəlcə o başlasın" deyib gözləməyin. Onu nə qədər çox sevdiyinizi söyləməkdən cəkinməyin. Və xoşbəxt ola bilmək üçün xoşbəxt etməkdən usanmayın


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2841   Tarix: 23 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Hücumlardan yorulan türkiyəli fermer məktub yazdı: "Ayı qardaş, açar ayaqaltının altındadır"

Hücumlardan bezən fermerin qapıya ayı üçün qoyduğu məktub Türkiyənin gündəminə çevrilib. Hadisə Artvin şəhərində qeydə alınıb. Zərərçəkən Fikri Özkanın sözlərinə görə, ayı bu il artıq üçüncü dəfə onun müəssisəsinə soxulub. "Artıq bezmişik. Eyni ayı elə həmin qapını dəfələrlə qırıb. Mən də qapıd

28.04.2024 483
.

Xidmət sifarişi üçün Xidmet.az saytı

saytı Azərbaycanda müxtəlif xidmətləri təklif edən saytdır. Bakıda və və ölkənin digər regionlarında fəaliyyət göstərən xidmətləri saytında tapa bilərsiz. Sayt istifadəçilərə lazım olan bütün xidmətlər bir saytda toplayaraq, asan və rahat sifariş imkanı yaradır. ilə siz, peşəkar xidmətləri ən ucuz qiymətlərl

23.04.2024 240
.

Efirdə hamilə qadının ərindən ŞOK SÖZLƏR: "40 yaşı var, mən cavan ailə istəyirəm" - VİDEO

Arb-də yayımlanan "Səni axtarıram" verilişində yaşanan hadisə diqqət çəkib. xəbər verir ki, efirə üz tutan şikayətçi qadının ərinin söylədikləri hər kəsi təəccübləndirib. Özündən yaşca böyük qadınla ailə quran gənc oğlan buna məcbur edildiyini iddia edib. Həbsxanaya düşməkdən qorxduğunu deyə

28.04.2024 1089
.

Məşhur rejissor Baydenin seçki kampaniyasına qatılıb

Rejissor Stiven Spilberq ABŞ-nin hazırkı Prezidenti Co Baydenin seçki qərargahı ilə avqustda keçirilməsi planlaşdırılan Demokratik Milli Konvensiyanın strategiyasını hazırlamaq üçün əməkdaşlıq edir. Uzun müddət Bayden tərəfdarı olan Spilberq artıq konvensiyanın təşkilatçıları ilə görüşlərdə fəal iştira

28.04.2024 336
.

Britaniyada II Elizabetin heykəli açılacaq: Mərasimə 50 it gətiriləcək

Şərqi Midlend ştatının Rutland şəhərində açılacaq. Kraliçanın üç sevimli korgi cinsindən olan itinin obrazları da heykəl kompleksində yer alır. Bu, II Elizabetin 2022-ci ilin sentyabrında ölümündən sonra ucaldılan ilk heykəlidir. Əsərin müəllifi, heykəltaraş Hivel Pretli 1950-ci illərin sonu - 1960-c

21.04.2024 279
.

Nəhəng insanlar yer üzündən necə yox oldular? - ARAŞDIRMA + VİDEO

Baku TV-nin əməkdaşı Gülnar Muradovanın təqdimatında "Yer kürəsinin nəhəngləri" adlı araşdırma efirə gedib. Araşdırmada qədim yazılarda adı keçən nəhəng insanlar, div cüssəli varlıqlardan bəhs olunub. Qeyd olunub ki, İncildə Nuhun gəmisinə rişxənd edən qövm haqqında pritça var. Onlar elə zən

21.04.2024 455
.

36 tarakan yeyib rekord qırdı

İnsanlar sırf məşhur olmaq və tarixə düşmək üçün çox şey edəcəklər. İdmançılar, musiqiçilər və ya rəssamlar - burada hər şey sadədir və istedadın olması ilə tənzimlənir. Əgər istedad yoxdursa, o zaman sadəcə sərt reallıqlara uyğunlaşmalı və normal insanların heç vaxt cəsarət edə bilməyəcəyi şeyləri etməlisən

28.04.2024 394
.

Niyə toy üzüyü sağ ələ taxılır? - MARAQLI SƏBƏB

Evləndikdən sonra üzüklərin dəyişdirilməsi ənənəsi var. Yeni evlənən cütlüklər bir-birinin sağ əlinin 4-cü barmağına üzük taxırlar. xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın müxtəlif ölkələrində toy üzükləri fərqli barmaqlara taxılır. Dini baxımdan. Məlumdur ki, xristianlar sağ əllərinə üzük taxırlar

27.04.2024 788
.

14 yaşlı qızını 100 minə satan ailə canlı yayımda SAXLANILDI - FOTO

Türkiyənin ATV- kanalında yayımlanan "Esra Erol" verilişində azyaşlı gəlin qalmaqalı üzə çıxıb. Türkiyə mətbuatına istinadən xəbər verir ki, proqrama 14 yaşlı qızlarını axtarmağa çıxan ailə qızın əmisi oğlu Cuma tərəfindən qaçırıldığını iddia ediblər. Lakin itkin düşdüyü üçün axtarışda ola

27.04.2024 456