Rəqsanədən keçmiş sevgilisinə cavab !

Rəqsanədən keçmiş sevgilisinə cavab !"Bağışlanmasını istəyən adam heç məhkəməyə üz tutar?"

Şou-biznes
Rəqsanədən keçmiş sevgilisinə cavab!
"Bağışlanmasını istəyən adam heç məhkəməyə üz tutar?"
Şriftin ölçüsü: Şrifti böyüt Şrifti kiçilt
15.10.2012 13:22 | Oxunma sayı: 368

Adı müğənni Rəqsanə İsmayılova ilə məhkəmə qalmaqalında hallanan Faiq Azayev bu günlərdə mətbuata açıqlama verib. O, Rəqsanənin ünvanına "öz dələduzluğunu gizlətmək üçün bizi məhkəməyə verib, onun reklama ehtiyacı var, mən və qardaşım öz işimizdəyik, vəzifədən uzaqlaşdırılmamışıq. Ailəsi məhkəmədə ifadə verməkdən boyun qaçırdı, ona görə də, məhkəməyə polislər tərəfindən gətirilib. Vaxtilə onun maşınının, evinin xərclərini mən ödəmişəm. Bir neçə dəfə ağlayıb, səhvlərinin bağışlanmasını istəyib" - deyə fikirlər bildirib.

SİA-nın mlumatına görə, deyilənləri təkzib edən Rəqsanə öz mövqeyini açıqlayıb: "Bu cür insanlarla adımın bir mövzuda hallanmasını özümə ayıb bilirəm. Amma əsassız iddialar ictimaiyyətdə çaşqınlıq yaradır deyə, danışmağı üstün bildim. Vurğulayım ki, dələduzluq faktı ilə mən onları bir ilə yaxındır məhkəmə vermişəm. Mənim şikayətim əsasında Azayevlərə qarşı cinayət işi açılıb. İddiaçı tərəf özləri ilə birgə əlavə 4 nəfər tapıb məhkəməyə cəlb ediblər. Onlar yalançı şahiddirlər. Fakt olmayan yerdə, sübutdan söhbət belə gedə bilməz. Mənim reklama ehtiyacım yoxdur. Çünki sənətim var. Uzun həftələrdir Bakıda deyiləm. İnsanlar məni məhkəməyə görə axtarmırlar ki? Əksinə, adımın məhkəmədə, əsasən də bu cür insanlarla birgə hallanması məni narahat edir".

Xatırladaq ki, tərəflərin mübahisəsi zamanı qardaşların vəzifədən uzaqlaşdırıldığı kimi xəbərlər dolaşdı və Azayevlər bunu təkzib etdi. Rəqsanə xanım kiminsə işdən uzaqlaşdırılmasına deyil, vaxtilə vəzifəyə qayıtması üçün minnətçi düşdüyünü sözünə əlavə edib: "Guya anamın ifadə verməkdən boyun qaçırdığı üçün polislər tərəfindən məhkəməyə gətirildiyi iddia edilib. Kənardan görülən bir hadisəni öz xeyirlərinə yozmaq bəlkə də inandırıcı ola bilər. Ailəmin dəfələrlə həmin insanlar tərəfindən təzyiqlərə məruz qaldığını nəzərə alaraq anamın təhlükəsizliyini düşünmüşəm. Anam xəstədir və hər xırda problemə görə, səhhəti pisləşə bilər. Durumu nəzərə alıb, özüm xahiş etdim ki, polislərin nəzarəti altında olsun və bu səbəblə də məhkəməyə polislə birgə gedib. Onlar mənim borcum olduğundan danışırlar. Mən maddiyyat üzərində dostluq yaradan insan deyiləm. Ətrafımdakılar bunu gözəl bilirlər. Adi hesabları belə mən ödəyirdimsə, onlar hansı xərclədiyi pullardan danışırlar? Yalançı ifadələrdən biri mənim onlara zəng vuraraq bağışlanmağımı istəməyimdir. Bağışlanmasını istəyən adam heç məhkəməyə üz tutar? Bu qədər yalan danışdıqlarını görüb, özümü qınayıram ki, gör mən kimləri tanımışam? Əgər mən onların pulu ilə dolanırdımsa, onda bu gün acından ölürəm? Bu gün ətrafıma sağlam insanlar toplamışam və işim əvvəlkindən də yaxşıdır. Çoxdandır düşündüyüm layihələr hazırlanır. Bəziləri Moskva və Türkiyədə ərsəyə gəlir. Yaxşı dostlarım çoxdur. Hamının yanında da hörmətim var. Çörəyimi tapdayanlardan üz çevirirəm. Ailəmə zor tətbiq edənlərin isə hüquqi yolla cəzalandırılmalarını istəyirəm".

Türkan Məmmədli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 4645   Tarix: 15 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"20 il yataq xəstəsi olsan da..." - Hüseyn AĞIR İTKİSİNDƏN yazdı - FOTO

Məşhur klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu sosial media hesabındakı paylaşımı ilə diqqət çəkib. xəbər verir ki, Hüseyn "İnstagram" hesabında bir müddət öncə dünyasını dəyişən anası ilə fotosunu paylaşıb. O, paylaşımına:. 'Sən bizə həm ana həm də ata oldun. Allah səni cənnətlə müjdələsin

16.09.2021 5054
.

Türkiyədə yaşayan azərbaycanlı aktrisa AİLƏSİ İLƏ - FOTOLAR

Ailə qurandan sonra Türkiyədə yaşamağa başlayan aktrisa Cəmilə Tağızadədən xəbər var. xəbər verir ki, aktrisa instaqram hesabında yeni fotolarını paylaşıb. Fotolarda onun həyat yoldaşı Murad Təmiz və oğlu da yer alıb. Onun paylaşımı izləyicilərin marağına səbəb olub. Fotolara çoxsaylı bəyəni gəlib. Qey

18.09.2021 4262
.

Əməkdar artist vəfat etdi - FOTO

Əməkdar artist Çiçək Rzayeva vəfat edib. -ın məlumatına görə, Rzayeva Çiçək Məmmədhüseyn qızı ötən gün 77 yaşında dünyasını dəyişib. Qeyd edək ki, Çiçək Rzayeva 1944-cü ildə Bakıda anadan olub. Onun Azərbaycan arfa sənətində müəllimi Aida Abdullayevadan sonra böyük xidmətləri olub. Çiçək Rzayeva arf

16.09.2021 7387
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

Türkan Şoray son görünüşü ilə GÜNDƏM OLDU - FOTO

Türkiyə kinosunun ulduzu Türkan Şoray 76 yaşını tamamlayıb. Aktrisanın 20 kilo arıqlayaraq əvvəlki formasına qayıtması diqqətdən yayınmayıb. Onun fransız üsulu ilə (üzün saplarla dartılması) arıqlaması da bildirilir. Qatıldığı bir məclisdə cazibədar aktrisanı görənlər heyrətlərini gizlədə bilməyiblər

18.09.2021 4536
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Kərəm Bürsinə görə İtaliyada izdiham yaşandı - Video

Sonuncu dəfə "Sen çal kapımı" serialında rol alan aktyor Kərəm Bürsin İtaliyaya gedib. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor "Canale 5" telekanalında yayımlanan "Verissimo" proqramında qonaq olacaq. Kərəm Bürsinin İtaliyadakı pərəstişkarları onu coşğ

17.09.2021 1059