15.10.12 tarixi nəyi dəyişəcək?

15.10.12 tarixi nəyi dəyişəcək?Məlum olduğu kimi, son illər bir o qədər də yaxşı nəticələr göstərməyən Azərbaycan futbolunun inkişafında keyfiyyətli sıçrayış müşahidə olunur. Bu inkişaf futbolumuza qoyulan sərmayələrlə, keçmiş illərlə müqayisədə klublarımızın rəhbərliyinin daha savadlı işi, xarici mütəxəssislərin cəlb olunması, eləcə də uşaq-gənclər futboluna göstərilən diqqət və digər amillərlə bağlıdır. "Neftçi" klubunun Avropa arenasında uğurlarını və Azərbaycan milli futbol komandasının ümid doğuran oyun və göstərdiyi nəticələriməhz bu amillərin vəhdəti ilə izah etmək olar.
Şübhəsiz ki, bu uğurlar ölkə xaricində də müəyyən maraq doğurur. Xarici klublar, o cümlədən Avropa qrandları gənc futbolçularımıza daha çox maraq göstərir, öz ehtiyat və gənclərdən ibarət olan komandalarına dəvət edirlər.
Paytaxt küçələrində dünya futbolunun nəhəngi olan "Mançester Yunayted" klubu ilə bağlı çöl reklam vasitələrinin peyda olunması ilə əlaqədar bir çoxlarında sual yaranır ki, həmin reklam hansı hadisəyə həsr oluna bilər. Reklamın məzmununu xatırladaq: 15, 10 və 12 nömrələri vasitəsilə (hal-hazırda bu nömrələrin sahibləri müvafiq olaraq Vidiç, Runi və Smollinqdir) konkret tarixə və həmin tarixdə baş verəcək hadisəyə eyham edilir. Mətndə deyilir: "15.10.12 tarixinə hazırsan?". Bu reklam aksiyasına məxsusən həsr olunmuş vebsaytda xəbər verilir ki, bu tarixdən etibarən çox şey dəyişəcək. Həmin saytda həmçinin Azərbaycanı salamlayan və ölkəmizə yaxınlıqda gələcəkləri barədə söyləyən "MU" oyunçularının iştirakı ilə virus çarxları da izləmək mümkündür.
Zənnimcə, hər şey aydındır: əfsanəvi klubun nümayəndələri Bakıya konkret missiya ilə, yəni "Mançester Yunayted" futbol akademiyasının açılışı məqsədilə təşrif buyuracaqlar. Ölkəmizdə İngiltərə klubunun populyarlığını nəzərə alsaq, təxmin etmək olar ki, bu hadisə böyük ajiotaj doğuracaq, gələcəkdə isə akademiyaya daxil olmaq istəyənlərin sayı həddindən artıq çox olacaq. Hər halda, "Mançester Yunayted" futbol akademiyasının açılışıkimi əlamətdar hadisə və onunla bağlı tədbirlər dünya idman cəmiyyətinin Azərbaycan futboluna maraq göstərdiyini bir daha təsdiq edir və futbolumuzun inkişaf etdirilməsinə ümid verir.


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 3909   Tarix: 08 oktyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

"Los-Anceles və Brüssel təxribatlarının əmrləri İrəvandan verilib"

"Dağlıq Qarabağda erməni separatçılığı 1987-ci ildə baş qaldırdı, Xankəndidə və İrəvanda mitinqlər başlayaraq Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi şüarları səsləndirildi. Azərbaycan cəmiyyəti ermənilərin təxribatına hazır deyildi, keçmiş SSRİ rəhbərliyinin erməni təxribatına adekvat cava

24.07.2020 977
.

Yağışa görə sürət həddi azaldıldı

Yağışlı hava şəraiti ilə əlaqədar H.Əliyev prospekti-Hava limanı-Mərdəkan və Zığ-Beton yolu-Hava limanı yollarında sürət həddi bütün zolaqlar üzrə müvafiq olaraq endirilib. BNA-dan daxil olan məlumata görə, məqsəd yağışlı havada yol hərəkəti təhlükəsizliyinin təmin olunmasıdır:. "Bir daha bütü

17.08.2020 461
.

Həyat yoldaşı Samir Piriyevdən boşanır: "Səbəbkar özüdür"

Son günlər müğənni Samir Piriyevin ailəsində baş verənlər gündəmdən düşmür. Özünü onun sevgilisi kimi təqdim edən qadın evinə hücum edərək ifaçının xanımı Anaraya xəsarət yetirib. Anara Piriyeva məsələ ilə bağlı Axşam.az-a açıqlama verib. O bildirib ki, boşanmalarına səbəb həmin qadın deyil:. "Onu

23.07.2020 11000
.

11 ildən sonra ilk tənəzzül - Böyük Britaniya

Böyük Britaniya iqtisadiyyatı tarixinin ən böyük iqtisadi tənəzzülünü aprel-iyun aylarında yaşayıb. BBC xəbər verir ki, ölkədə koronavirusun yayılmasının qarşısını almaq üçün görülən tədbirlər rəsmi olaraq tənəzzülə yol açıb. Britaniya iqtisadiyyatı ilin ilk üç ayı ilə müqayisədə, 20,4 faiz kiçilib

12.08.2020 700
.

Bu universitet avaralıq üçün 1 600 avro qrant verir

Almaniyanın Hamburq şəhərindəki İncəsənət Universiteti özünü heç nə etməməyə həsr edənlərə 1 600 avro miqdarında 3 təqaüd təklif edir. "Report" "The Guardian"a istinadən xəbər verir ki, namizədlər (Almaniya vətəndaşları) sentyabrın 15-dək müsabiqədə iştirak etmək üçün müraciət etməl

27.08.2020 1111
.

Azərbaycan HİMNİ bu dəfə ERMƏNİ KAFESİNDƏ səsləndi-VİDEO

Erməni kafesində Azərbaycan himni səslənib. Video sosial şəbəkələrdə yayılıb. Himnin səsləndiyini görən erməni qadın videonu söndürməyə çalışıb. həmin videonu təqdim edir:. AYTƏN

09.10.2020 2864
.

Emin Ağalarov övladları ilə ƏYLƏNCƏLİ ANLARINI paylaşdı - FOTO

Xalq artisti Emin Ağalarov "İnstagram" hesabında yeni foto paylaşıb. xəbər verir ki, həmin foto da Eminin əkizləri və Əminə yer alıb. Əyləncəli anlarını çəkən Eminin bu fotosu olduqca maraqla qarşılanıb. Fidan Bayramova

09.09.2020 3394
.

Avropa Birliyi ölkələri plastik qablardan tamamilə imtina etdi

Avropa Birliyi qüvvəyə minən müvafiq qanundan sonra plastik qab-qacaqdan birdəfəlik imtina edib. "Report" xəbər verir ki, bu barədə birliyin ətraf mühit üzrə komissarı Virqiniyus Sinkyaviçyus bildirib. O, qeyd edib ki, qanun birdəfəlik qaşıqların, çəngəllərin, bıçaqların, boşqabların, pambı

04.07.2021 444