Prezident «Neftçi»ni niyə qəbul etmədi ?

 Prezident «Neftçi»ni niyə qəbul etmədi ?Azərbaycan futbolunda böyük uğurlardan danışmaq sadəlövhlük olardı. Ancaq zaman-zaman kiçik də olsa, bəzi nəticələr əldə edə bilmişik. Futbolumuzun inkişaf göstəriciləri o qədər zəif olub ki, belə kiçik uğurlar da Azərbaycan prezidentinin diqqətini cəlb edə bilib. Elə ona görə də belə uğurlara prezident də biganə qalmayıb. «Neftçi» və «Xəzər Lənkəran» «Birlik Kuboku»nu qazanarkən ölkə başçısı komanda üzvlərini qəbul edib. «Qarabağ» Avroliqanın pley-off mərhələsinə yüksələrkən Azərbaycan prezidenti şəxsən Qurban Qurbanova zəng edərək onu təbrik edib.

«Neftçi» müstəqil Azərbaycan futbolunun tarixində ən böyük uğura imza atıb. Tarixində ilk dəfə olaraq bir komandamız Avroliqanın qurp mərhələsinə vəsiqə qazanıb. Bunun səyəsində dünyanın adlı-sanlı futbolçuları yenicə təmirdən çıxmış Tofiq Bəhrəmov adına Respublika stadionda oynamalı olacaqlar.

Amma nədənsə bütün ictimaiyyəti sevincə qərq etmiş bu uğur Azərbaycan prezidentinin diqqətini cəlb etmədi. Hər kəs gözləyirdi ki, belə uğurdan sonra ölkə başçsı «Neftçi»ni qəbul edəcək, onlara ürək sözlərini bildirəcək, qrup oyunlarında uğurlar arzulayacaq. Ancaq gözləntilər doğrulmadı.

Bunun səbəbini arşdırmaq qərarına gəldik. Və məlum oldu ki, futbolumzda böyük intriqa gedir. İki qrup arasında. Bu qruplara isə Rövnəq Abdullayevlə Elşad Nəsirov rəhbərlik edir. Bəli, təəccüblənməyin. AFFA-nın prezidenti Rövnəq Abdullayevə qarşı oynayan şəxs elə AFFA-nın vitse-prezidenti Elşad Nəsirovdu.

Rövnəq Abdullayev Azərbaycan futbolunda yerli mütəxəssislərin ön plana çıxardılmasının, Elşad Nəsirov isə əcnəbilərə güvənməyin tərəfdarıdı.

Əldə etdiyimiz məlumata görə Rövnəq Abdullayev prezidentin «Neftçi»ini qəbul etməsi üçün bir neçə dəfə cəhd edib. Amma bu cəhdlərin qarşısını məhz Elşad Nəsirov alıb. Elşad Nəsirov gözəl anlayır ki, prezident «Neftçi»ni qəbul edərkən uğurun əsasən yerli məşqçilər və futbolçular sayəsində qazanıldığı vurğulanacaq və milli amili qabardılacaq. Həmin görüşdə prezidenti «millini yerli mütəxəssis çalışdırarsa, uğurlu nəticə əldə etmək mümkündü» fikirinə inadırmaq olar. Belə olan təqldirdə isə Berti Foqtsun Azərbaycandan gedişi reallaşacaq. Foqts gedəcəksə, Azərbaycan futbolunda almanlaşdrıma siyasti də başa çatacaq. Almanlaşdırma siyasəti başa çatacaqsa, Elşad Nəsirovun Azərbaycan futboluna nəzarət imkanları da aradan qalxacaq. Aradan qalxacaqsa, çirkli pulların yuluması imkanları da tükənəcək.

Elşad Nəsirovun Azərbaycan futboluna təsiri aradan qalxsa təbii ki, ilk növbədə AFFA-nın baş katibi Elxan Məmmədov vəzifəsini itirməli olacaq. Bununla Azərbaycan futbolunda yeni dönəm başlaya bilər. Elşad Nəsirovun zərərsizləşdirilməsi ilə «Neftçi» tərəfindən qazanılan uğurun milliyə də sirayət etməsi reallaşa bilər. Amma hələ ki, mübarizə gedir. Hələ ki, prezident «Neftçi»ni qəbul etməyib. Deməli, Elşad Nəsirov üstün durumdadı. Bu üstünlüyü ondan almaq üçün «Neftçi»nin qrup mərhələsində uğurla çıxış etməsi lazımdı. Belə uğura isə prezidentin biganə qalacağı ağlabatan deyil. Onda «Neftçi» ölkə başçısı tərəfindən mütləq qəbul ediləcək. Elə həmin görüşdə də futbolumuzda yeni və uğurlu dönəmin təməli qoyula bilər.

«Ağ-qaralar»ın Azərbaycan prezidenti tərəfindən niyə qəbul edilməməsi, ümumiyyətlə belə bir görüşün planlaşdırılb-planlaşdırılmadığını öyrənmək üçün AFFA və «Neftçi» rəsmilərinin mövqeyini öyrənmək qərarına gəldik.

"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov prezidentin iş qrafikinin sıx olduğunu bildirərək, belə bir görüşün yaxın günlərdə baş tutmasının mümkün olduğunu dedi: "Prezidentin idmana diqqəti və qayğası hər kəsə bəllidi. Dövlət başçısı bu məsələlərə həmişə həssaslıqla yanaşır, beynəlxalq yarışlarda uğur qazanan idmançıları qəbul edir, onların problemləri ilə yaxından maraqlanır. "Neftçi"nin Avropa Liqasının qrupuna düşməsi Azərbaycan futbolu üçün böyük hadisədi. Amma prezidentin iş qrafiki var. Ölkə xaricində, bölgələrdə səfərlərdə olur. İnanıram ki, "Neftçi"nin uğuru diqqətdən kənarda qalmayacaq. Amma dediyim kimi prezidentin iş qrafiki var. Yəqin ki, yaxın günlərdə belə bir qəbul baş tutar.

Tahir bəy dövlət başçısı ilə görüşün komandaya müsbət təsir göstərəcəyini düşünür: "Təbii ki, prezidentin komandamızı qəbul etməsi böyük hadisə olar. Belə bir görüş qrup mərhələsindən öncə futbolçularımızda ruh yüksəkliyi yaradar, komandaya əlavə güc verər".

AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu isə fərqli düşünür. Federasiya rəsmisinin sözlərindən belə aydın oldu ki, məhəllə kuboku səviyyəsində olan "Birlik Kuboku"nu qazanmaq Avropa Liqasının qrup mərhələsinə düşməkdən daha böyük "uğurdu": "Prezident "Neftçi" və "Xəzər Lənkəran"ı "Birlik Kuboku" qazanılanda qəbul etmişdi. İndi isə kubok qazanılmayıb".

Nərimanoğlu İlham Əliyevin "Neftçi" ilə görüşüb-görüşməyəcəyi barədə onlarda məlumat olmadığını bildirdi: "Dövlət başçısının "Neftçi"ni qəbul edib-etməyəcəyi ilə bağlı bizdə heç bir məlumat yoxdu. Bununla bağlı prezidentin mətbuat xidmətinə mürciət edin".

Source: Fanat.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 6181   Tarix: 16 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 380
.

Avropa Oyunları bu ölkədə keçiriləcək

2027-ci ildə Avropa Oyunları Türkiyənin İstanbul şəhərində keçiriləcək. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. İstanbul Böyükşəhər Bələdiyyə sədri Əkrəm İmamoğlu özü də bununla bağlı açıqlama verib. Ətraflı. Qeyd edək ki, 2027-ci ildə Avropa Oyunlarının İstanbuld

27.03.2024 470
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 283
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 940
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 333
.

"Real"ın əsas qapıçısının komanda ilə məşqlərə başlayacağı vaxt bəlli olub

İspaniyanın "Real" klubunun əsas qapıçısı Tibo Kurtua aprelin sonunda komanda ilə məşqlərə başlayacaq. "Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Belçika millisinin üzvü açıqlama verib. Qeyd edək ki, Tibo Kurtua zədə ucbatından 2023/2024 mövsümündə heç bir oyund

06.04.2024 282
.

"Beşiktaş" Fernando Santos ilə yollarını ayırdı

"Beşiktaş" baş məşqçi Fernando Santos ilə yollarını ayırıb. Bu barədə klubun rəhbərliyi sosial media hesabından açıqlama verib. Açıqlamada komanda təcrübəli məşqçiyə təşəkkürünü bildirib. "Biz baş məşqçi Fernando Santos ilə yollarımızı ayırdıq. Santosa xidmətlərinə görə təşəkkür edir v

14.04.2024 265
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 347
.

Kaxaber Tsxadadze: "Kimsə pis məşqçi olduğumu desə, əsəbiləşəcəyəm"

"Deyiləcək çox şey yoxdur. Oyunçular xarakter göstərməli idilər, amma göstərmədilər. Sonradan meydana daxil olanlar oyunu gücləndirə bilmədi. İkinci qol kuryoz oldu. Bir oyunçu 4 nəfəri aldadıb keçir. Gənc oyunçu Şahin Şahniyarov bu gün özünü yaxşı tərəfdən göstərdi. Ona uğurlar arzulayıram"

14.04.2024 259