Dünya şöhrətli pop ulduz Azərbaycana heyran olub

Dünya şöhrətli pop ulduz Azərbaycana heyran olubFIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-də Fan Zonanın açılışı ilə əlaqədar olaraq Bakıdakı konsert proqramında çıxış etmək üçün şəhərimizə təşrif buyuran dünya şöhrətli pop ulduz Okeana YTK-nın Media və Kommunikasiya departamentinə eksklüziv müsahibə verərək çempionat, konsert proqramı və ölkəmiz haqqında ümumi fikirlərini bölüşüb.

Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, dünya şöhrətli müğənni Bakıdakı çıxışını və insanların reaksiyasını səbirsizliklə gözlədiyini bildirib və Azərbaycana ilk səfəri barədə təəssüratlarını bölüşüb:

"Bu mənim Azərbaycana ilk səfərimdir və burada çıxış etməkdən çox məmnunam. Bakı heyrətamiz şəhərdir. İnsanlar çox mehriban, gülərüz və səmimi, şəhərin arxitekturası isə sadəcə möhtəşəmdir. Adımdan göründüyü kimi mən dəniz sahilini xoşlayıram, buna görə də dənizkənarı parkınızı çox sevdim".

Fan Zonada təşkil olunacaq konsertdəki çıxışı ilə bağlı sualı cavablandıran müğənni belə bir fikir söyləyib: "Mən bu konsertdə çıxış edəcəyimə görə qurur duyuram. Çünki futbol da musiqi kimi bütün dünyadakı insanları bir araya gətirmək, onlara sevinc dolu anlar bəxş etmək üçün ən gözəl vasitələrdən biridir. Məhz, buna görə futbolu və musiqini çox sevirəm, həm də onlar bir-birinə çox yaraşır. İdman, xüsusən də futbol insanın özünə hörmət və inam hissini artıran bir şeydir. Buna görə, düşünürəm ki, idman qadınlar üçün çox əhəmiyyətlidir".

Futbol aləminə yeni – yeni qədəm qoymağa başlayan və idmanı gələcək karyerasının əsas hissəsinə çevirmək istəyən gənc futbolçulara səslənən Okeana bildirib: "Bir müğənni kimi sənətim və ona olan sevgim barədə deyə bilərəm ki, mən hər bir çıxışımda ifama ürəyimi və ruhumu verirəm. İdman üçün də qərarlı və israrlı olmaq, ondan zövq almağa çalışmaq çox mühüm amildir. Fikrimcə, qadınlar idman aləmində çox uğurla çıxış edirlər. Olimpiya oyunlarını izləyərkən də onların möhtəşəm performansının şahidi oldum. Onlar yüksək istedada malik, güclü idmançılardır və qadın idmanının gələcəyinin çox parlaq olacağını düşünürəm. Biz qadınlar bu yolla arzularımızı reallaşdıra biləcəyimizi və həmçinin özümüzə inam hissimizi nümayiş etdiririk. Buna görə də ümumilikdə qadınların beynəlxalq idman aləmində gələcəyini çox uğurlu görürəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 3061   Tarix: 16 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ten Haq "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib

Niderlandlı baş məşqçi Erik Ten Haq İngiltərə təmsilçisi "Mançester Yunayted"dən mümkün gedişinə münasibət bildirib. "Report" xəbər verir ki, 54 yaşlı mütəxəssis "Sky Sports"a açıqlamasında belə xəbərlərə əhəmiyyət vermədiyini vurğulayıb. "Hazırda bu barədə düşünmürəm

30.03.2024 334
.

Messinin "İnter Mayami"yə transferinin sirri üzə çıxdı: müqavilənin yeni detalları

Lionel Messi çox tanış bir bənddən istifadə edərək David Bekhem ilə "İnter Mayami"nin ortaq sahibi ola bilər. xarici KİV-ə istinadən bildirir ki, Messi karyerasına 2023-cü ildə Fransa çempionu PSJ-dən ayrıldıqdan və Səudiyyə Ərəbistanına keçiddən imtina etdikdən sonra ABŞ-ın "İnter Mayami"

08.04.2024 942
.

Qurban Qurbanov: "Məşqçilik düşüncələrim Voronejdə yarandı" - VİDEO

Bu gün "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun 52 yaşı tamam olur. xəbər verir ki, Peşəkar Futbol Liqası bu münasibətlə Qurbanovla söhbətləşib. "Məşqçilik düşüncələrim Voronejdə yarandı. Bu istək mənə məşqçi olmaqda kömək etdi", - deyə Q.Qurbanov bildirib. O, futbolçu karyeras

13.04.2024 280
.

Azərbaycanda üç gün əvvəl baş məşqçi təyin edilən şəxs iki ay sonra yola salınacaq?

"Araz-Naxçıvan" klubunun yeni baş məşqçisi Elmar Baxşıyev iki ay sonra komandadan ayrıla bilər. Bu barədə -a açıqlamasında "Araz-Naxçıvan" klubunun icraçı direktoru Eldəniz Yusubov deyib. "Müqavilənin müddəti "iki ay + bir il" nəzərdə tutulub. Bilindiyi kimi, qarşıd

11.04.2024 462
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

16:00 147
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 341
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 334
.

Fransa klubu "Qarabağ"ın futbolçusunu transfer etmək istəyir

Fransa Liqa 1-də çıxış edən "Tuluza" kollektivi Azərbaycan çempionu "Qarabağ"ın futbolçusu Abdullah Zubiri transfer etmək istəyir. "Report" "lequotidiendusport.fr" saytına istinadən xəbər verir ki, cari mövsüm Avropa Liqasındakı çıxışı ilə diqqətləri üzərinə cəl

24.04.2024 354
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 343