Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)

Bu gün milli komandamız Dünya çempionatının çeçmə mərhələsində ikinci oyununu keçirib. Fanat.az xəbər verir ki, yığmamızın bu dəfəki rəqibi Portuqaliya millisi olub.

60-cı dəqiqəyə qədər müdafiədə inamlı çıxış edən millimizi bir neçə dəfə Kamran Ağayev real qoldan xilas etsə də, futbolçularımız 63-cü dəqiqəəd Silvestr Varelanın qoluna mane ola bilməyib. Bundan sonra daha inamlı təsir bağışlayan portuqaliyalılar 85-ci dəqiqədə Helder Poştiqa, 89-cu dəqiqədə isə Bruno Alveşlə darmadağını rəsmiləşdiriblər – 3:0.

Qeyd edək ki, bu Azərbaycan və Portuqaliya milliləri arasında 5-ci rəsmi oyun olub. Yığmamız ilk dəfə AVRO-2000-nin seçmə mərhələsində prineylilərə eyni qrupa düşüb. 26 mart 1999-cu ildə Gimaraynş şəhərində baş tutan ilk oyunda Portuqaliya millimizə divan tutub – 7:0. Həmin ilin 4 sentyabrında Bakıda baş tutan cavab qarşılaşması isə sürpriz hesabla başa çatıb. Belə ki, millimiz adlı-sanlı rəqibindən 1 xal almağı bacarıb – 1:1.

Həmin vaxt baş tutan oyunlarda forma geyinən futbolçularımızın hamısı artıq karyerasını bitirib və bəziləri məşqçi kimi fəaliyyət göstərir. Millimizin heyətində Portuqaliyanın qapısına yeganə qolu Zaur Tağızadə vurub. O, qarşılaşmanın 51-ci dəqiqəsində rəqib qapısına yol tapıb və 84-cü dəqiqədə qırmızı vərəqə alıb. Say üstünlüyündən yararlanan portuqaliyalılar 90-cı dəqiqədə Luiş Fiqonun qolu ilə bərabərliyi təmin edib.

İkinci dəfə yığmamız Portuqaliyalılarla AVRO-2008-in seçmə mərhələsində qarşılaşıb. 2006-cı ilin 7 oktyabrında Portuda baş tutan oyunda meydan sahibləri 3:0 hesablı qələbə qazanıb. Portuqaliyanın qollarına Rikardo Karvalyo və Kriştiano Ronaldo (2) imza atıb. 13 oktbyabr 2007-ci ildə Bakıda baş tutan oyunda isə millimiz 0:2 hesabı ilə yenilib. Bu dəfə Bruno Alves və Hüqo Almeyda yol tapıb.

Bakıdakı matçda Aslan Kərimov 29-cu dəqiqədə qırmızı vərəqə almışdı. Buna səbəb kapitanın Kriştiano Ronaldonu dirsəklə vurması olmuşdu. Həmin qarşılaşmaların işiirakçısı olan futbolçulardan Aleksandr Çertoqanov, Branimir Subaşiç, Vaqif Cavadov, Vüqar Nadirov və Mahir Şükürov (Vüqarla Mahir ehtiyatda qalıb) bu gün də millinin heyətindədi.

Millimizi Portuqaliya ilə oyunlara 3 baş məşqçi çıxarıb. AVRO-2000-nin seçmə mərhələsində yığmamıza Əhməd Ələsgərov, AVRO-2008-də Şahin Diniyev başçılıq edib. Foqts ilk dəfə millimizlə Portuqaliyaya qarşı oynayıb.

Milli komandamız DÇ-2014-ün seçmə mərhələsində ilk oyununu sentyabrın 7-də Bakıda İsrailə qarşı keçirib və 1 xal qazanıb – 1:1. Qrupumuzda Portuqaliya və İsraillə yanaşı, Rusiya, Şimali İrlandiya və Lüksemburq yığmaları yer alıb.

DÇ-2014
Seçmə mərhələ
11 avqust

Portuqaliya – Azərbaycan 3:0
Qollar: Silvestr Varela, 63. Helder Poştiqa, 85. Bruno Alveş, 89.

Portuqaliya: 12. Rui Patrisio, 2. Bruno Alveş, 3. Pepe, 4. Miguel Veloso (18. Silvestr Varela, 63), 5. Fabiano Koentrao, 7. Kriştiano Ronaldo (k), 8. Joao Moutinyo, 16. Raul Meyreleş, 17. Nani (10. Ruben Amorim, 76), 21. Joao Pereyra, 23. Helder Poştiqa (20. Eder, 88).
Ehtiyat oyunçular: 1. Eduardo, 22. Beto, 6. Kustodio, 9. Pizzi, 11. Nelson Oliveyra, 14. Nuno, 15. Ruben Mixael, 19. Migel Lopes.
Baş məşqçi: Paulo Bento.

Azərbaycan: 1. Kamran Ağayev, 2. Ali Gökdemir (8. Aleksandr Çertoqanov, 89), 4. Mahir Şükürov, 5. Elnur Allahverdiyev, 9. Cihan Özkara (10. Branimir Subaşiç, 72), 14. Rəşad Sadıqov (k), 15. Ruslan Abışov, 16. Cavid Hüseynov (22. Əfran İsmayılov, 59), 18. Maksim Medvedev, 19. Rahid Əmirquliyev, 21. Vladimir Levin.
Ehtiyat oyunçular: 23. Aqil Məmmədov, 12. Anar Nəzirov, 3. Aqil Nəbiyev, 6. Elvin Məmmədov, 7. Vaqif Cavadov, 11. Rauf Əliyev, 13. Bədavi Hüseynov, 17. Vüqar Nadirov, 20. Nizami Hacıyev.
Baş məşqçi: Berti Foqts.
Sarı vərəqələr: Kriştiano Ronaldo, 90+3 - Kamran Ağayev, 45+1.
Hakimlər: Şimon Marçinyak, Pavel Sokolniçki, Radoslav Sieyka, Robert Malek (Polşa).
Hakim-inspektor: Villiam Smit Geates (Şotlandiya).
Komissar: İsak Mikladal (Farer adaları).
Braqa. AXA stadionu. Saat 00.15.

Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)

Oyunsonrasi Mətbuat Konfransında Verilən Açıqlamalar:

Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)

Varela: "Komandam qələbəyə layiq oynadı"

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində öz meydanında millimizi 3:0 hesabı ilə məğlub edən Portuqaliya yığmasının futbolçusu Silvestr Varela oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, millimizlə oyunda ilk qolun müəllifi olan Varela komandasının qələbəyə layiq oynadığını bildirib:

"Komandamın "gizli silah"ı deyiləm. Sadəcə, top qarşıma düşdü və mən də bundan maksimum yararlandım. Təbii ki, bu qolda komanda yoldaşlarımın da böyük rolu oldu.

Ümumilikdə oyunu yüksək səviyyədə keçirdik. Komandam qələbəyə layiq oynadı. Artıq bir qədər istirahət edib, qarşıdakı Rusiya ilə oyuna hazırlaşmalıyıq. İnanıram ki, həmn oyunda qələbə qazanan tərəf biz olacağıq".

Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)

Maksim Medvedev: "Portuqaliya millisi qələbə qazanmalı idi"

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliyaya 0:3 hesabı ilə uduzan milimizin müdafiəçisi Maksim Medvedev oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın məlumatına görə, Medvedev bu görüşdə Portuqaliya millisinin qələbə qazanmalı olduğunu bildirib:

"Nə qədər calışsaq da, belə komandalarla sonadək mübarizə apara bilmirik. Ədalətli nəticə idi. Portuqaliya bu görüşdə qələbə qazanmalı idi ki, belə də oldu".

Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)

Rəşad Sadıqov: "Portuqaliyadan belə oyun gözləmirdik"

"Portuqaliyadan belə oyun gözləmirdik. Baş məşqçi Paulo Bentudan sonra Portuqaliyanın oyunu dəyişib. İndi onlar daha səviyyəli futbol nümayiş etdirirlər".

Qol.Az-ın Portuqaliyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri milli komandamızın kapitanı Rəşad Sadıqov Portuqaliya ilə oyundan sonra deyib.

Sadıqov komandanın heyətində ən yaxşı qapıçı Kamran Ağayevin çıxış etdiyini bildirib: "Kamran komandanı bir neçə real qoldan xilas etdi. Təəssüf ki, son dəqiqələrdə daha iki topu qapımızdan buraxdıq. Mən buna çox heyfslənirəm. 0:1 hesablı məğlubiyyət daha yaxşı olardı".

Kapitan millimizin Rusiyaya qarşı oyununa da toxunub: "Rusiya Portuqaliyadan güclü komandadır. Onların İsraili 4:0 udması da bunun sübutudur. Ruslara qarşı Portuqaliya ilə oyundakı kimi deyil, fərqli futbol oynayacağıq".

Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)

Paulo Bentu: "Bu, ədalətsiz nəticə idi"

"İlk hissədə saysız-hesabsız qol vəziyyətlərimiz oldu. Lakin fasiləyə qolsuz bərabərliklə yollandıq. Düşünürəm ki, bu, ədalətsiz nəticə idi".

Qol.Az-ın məlumatına görə, bu sözləri Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu millimizlə oyundan sonra (3:0) sonra keçirilən mətbuat konfransında deyib.

Portuqaliyalı mütəxəssis komandasının oyunundan razı qaldığını bildirib: "İkinci hissədə komandam təzyiqi artırdı və təşəbbüsü tamamilə ələ aldı. Daha sonra mən oyunu "oxudum" və Migel Velosonu Silvestr Varela ilə əvəzlədim ki, bu da öz bəhrəsini verdi.

Matçın sonlarına doğru rəqib artıq yorulmuşdu. Komandamın oyunundan razı qaldım və futbolçularımı qələbə münasibəti ilə təbrik edirəm. Azarkeşlərimizə də çox sağ ol deyirəm. Sonadək bizi dəstəklədilər. 30 min tamaşaçı önündə mütləq qələbə qazanmalı idik".

Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)

Nani: "Azərbaycanın bizimlə oyunda təcrübəsi çatmadı"

"DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində öz meydanında millimizi 3:0 hesabı ilə məğlub edən Portuqaliya yığmasının futbolçusu Luiş Nani oyunla bağlı fikirlərini bölüşüb.

Qol.Az-ın Portuqaliyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Nani Azərbaycanla oyunun çətin keçdiyini bildirib:

"Çətin oyun oldu. İlk hissədə qol vura bilmədik. İkinci yarıda baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirdik. Rəqib çox yaxşı komanda təsiri bağışlayır. Lakin onların bizimlə oyunda müəyyən qədər təcrübəsi çatmadı".

Dünya çempionatının seçmə mərhələsi: Portuqaliya 3:0 Azərbaycan (Foto, Video)

Foqts Portuqaliyaya məğlubiyyətdən danışdı

"Portuqaliyanı təbrik edirəm. Rəqib güclü oynadı. Biz istəmədən onlara qol vurmaları üçün şərait yaratdıq. Dörd gündə iki oyun oynamaq çətindir".

Qol.Az-ın məlumatına görə, bu sözləri "DÇ-2014"ün seçmə mərhələsi çərçivəsində səfərdə Portuqaliya ilə qarşılaşan millimizin baş məşqçisi Berti Foqts deyib.

Almaniyalı mütəxəssisin sözlərinə görə, rəqib ikinci hissədə təzyiqi artırıb:

"Biz çoxlu səhvlərə yol verdik. 70-75-ci dəqiqədən sonra komanda fiziki olaraq çatdıra bilmədi. Mənim komandam üçün asan deyildi.

Ümid edirəm ki, bizim futbolçular öz səhvlərindən nəticə çıxaracaq. Portuqaliya güclü rəqibdir. Belə komandalarla oyunda komandamız təcrübə yığır. Komandada hansısa oyunçunu xüsusi olaraq fərqləndirmək düzgün olmazdı. Udanda da, uduzanda da komanda şəklində çıxış edirik".


BiG.Az
Telegramda izləyin
İdman   Baxılıb: 8219   Tarix: 12 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Fransalı futbolçunun məşq zamanı ayağı sınıb

Fransanın "Lans" komandasının futbolçusu Conatan Qradinin məşq zamanı ayağı iki yerdən sınıb. "Report" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 33 yaşlı fransalı müdafiəçi əməliyyat olunduqdan sonra uzun müddət yaşıl meydanlardan kənarda qalacaq. Qeyd edək ki

30.11.2025 377
.

Yağışa baxmayaraq, stadionda anşlaq yaşanır - Video

Xəbər verdiyimiz kimi, bu gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda "Qarabağ" Niderlandın "Ayaks" komandasını qəbul edəcək. "Qafqazinfo" xəbər verir ki, paytaxtda soyuq və yağışlı hava şəraitinə baxmayaraq, azarkeşlər "köhlən atlar"a dəstə

10.12.2025 757
.

"Qarabağ" - "Ayaks" oyununun hakimləri açıqlandı

Çempionlar Liqasının Liqa mərhələsinin 6-cı turunda keçiriləcək "Qarabağ" - "Ayaks" (Niderland) oyununa haim təyinatları açıqlanıb. "Qafqazinfo" xəbər verir ki, görüşü Sloveniyadan olan hakimlər briqadası idarə edəcək. Baş hakim FİFA referisi Rade Obrenoviç olacaq Ona ya

08.12.2025 616
.

"Qarabağ" Azərbaycan Kubokunda 1/4 finala yüksəldi

Azərbaycan Kubokunun 1/4 finalında "Qarabağ" "Karvan-Yevlax"la qarşılaşıb. "Qafqazinfo" xəbər verir ki, "Azərsun Arena"da keçirilən görüşdə Qurban Qurbanovun komandası 3:0 hesablı qələbə qazanıb. "Qarabağ" – "Karvan-Yevlax" - 3:0. Qol: Nərima

03.12.2025 712
.

"Formula-1" pilotlarının reytinqi açıqlanıb

"Sky Sports" telekanalı 2025-ci il "Formula-1" mövsümündə ən yaxşı pilotların reytinqini təqdim edib. -ın məlumatına görə, səsvermənin nəticələrinə əsasən, ən yüksək balı "Red Bull"un pilotu, dördqat dünya çempionu Maks Ferstappen qazanıb. "McLaren"dən olan yen

13.12.2025 423
.

"Barselona"nın üzvü ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb

"Barselona"nın futbolçusu Robert Levandovski karyerasında ilk dəfə ardıcıl iki matçda ehtiyat oyunçular skamyasından meydana çıxmayıb. "Report" xarici KİV-ə istinadən xəbər verir ki, bu, La Liqanın XVI turunda "Osasuna"nı 2:0 hesabı ilə məğlub etdikləri matçda yaşanıb. 3

14.12.2025 432
.

"Keçmişə qayıtmağa ehtiyac yoxdur" - Qurban Qurbanov+Video

"Qarabağ" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Karvan-Yevlax"ı 3:0 hesabı ilə məğlub edərək növbəti raunda yüksəlib. "Qafqazinfo" xəbər verir ki, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin sualların

03.12.2025 742
.

MMA və Qrapplinq Federasiyasında dəyişiklik: Tofiq Musayev rəhbərliyə gətirildi

Azərbaycan MMA və Qrapplinq Federasiyasının İdarə Heyətində dəyişiklik edilib. Səsvermənin nəticələrinə əsasən, Tofiq Musayev federasiyanın vitse-prezidenti seçilib. Tofiq Musayev çıxış edərək göstərilən etimada görə təşəkkür edib və bu idman növünün inkişafı üçün əlindən gələni etməyə hazır olduğun

06.12.2025 573
.

Yuri Vernidub: "Yaxın vaxtlarda hər hansı transferin həyata keçirilməsi gündəmdə deyil"

"İndi turnir cədvəlində yerimiz yaxşı deyil, amma mövsümün sonunda mütləq ön pillələrdə olmalıyıq". xəbər verir ki, "Neftçi"nin yeni baş məşqçisi Yuri Vernidub bu barədə paytaxt təmsilçisinin rəsmi saytına müsahibəsində qeyd edib. O bildirib ki, heyət çox keyfiyyətli futbolçularda

13.12.2025 426
.

TOP MP3