Mobikoma – Planşet və ya Telefon?

Dizayner Kamil İzrailov Mobikoma adlı konseptual modul qurğusu işləyib hazırlayıb. Bu qeyri-adi qurğu sahibi özü ondan hansı qacet kimi istifadə edəcəyinə qərar verir.

Dizaynerin bu konseptində tamamilə eyni və bir-birilə dəyişdirilə bilən modulların eyni zamanda tətbiqi nəzərdə tutulur. Bu modulların hər birinin ölçüsü 22 x 22 mm, qalınlığı isə 6 mm-dir. Onlar bir-birlərinə mikrobəndlərlə birləşir.

Mobikoma Modul Qurğusunun Başlıca Özəllikləri

Mobikoma-nın hər bir modulu prosessor və elektrik enerjisi təchizatı blokuna malik olacaq, bu isə qurğunu ümumilikdə daha da gücləndirəcək.

Bu modul dəstinə hər biri SIM kart üçün slot və fləş-daşıyıcı yaddaşla təchiz olunmuş iki unikal element də daxil olacaq. Bundan əlavə, modullara Bluetooth, Wi-Fi, eləcə də fotokamera da daxil olacaq.

Mobikoma-nın ən kiçik qurğusu iki moduldan ibarət olacaq. Belə olduğu halda devaysın ölçüsü 22×44 mm təşkil edəcək. Normal smartfon üçün 18 element, planşet üçün daha artıq modul tələb olunur. Qurğunun yol verilən maksimal ölçüsü 1,5 x 2 m təşkil edəcək.

Enerji Təchizatı

Mobikoma-nı simsiz yolla enerji ilə təmin etmək mümkün olacaq. Bunun üçün qaceti elektrik dalğaları generasiya edən xüsusi panel üzərinə qoymaq kifayətdir.

Bir sözlə, dizayner Kamil İzrailovun işləyib hazırladığı bu məhsul olduqca unikaldır. Onun sayəsində istifadəçi qurğunu ona lazım olan şəkildə və tələblər daxilində özü istədiyi kimi quraşdıra və dəyişdirə bilər.

Mobikoma – Planşet və ya Telefon?Mobikoma – Planşet və ya Telefon?Mobikoma – Planşet və ya Telefon?Mobikoma – Planşet və ya Telefon?Mobikoma – Planşet və ya Telefon?Mobikoma – Planşet və ya Telefon?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 3003   Tarix: 12 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Tezbazar.az elanlar sayti