Bakıda beşulduzlu "Four Seasons" oteli açılıb

Bakıda beşulduzlu Sentyabrın 3-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Bakıda beşulduzlu "Four Seasons" otelinin açılışında iştirak ediblər.

Gün.Az xəbər verir ki, dövlətimizin başçısı otelin rəmzi açılışını bildirən lenti kəsdi.

Azərbaycan Prezidenti və xanımı oteldə yaradılmış şəraitlə tanış oldular.

Məlumat verildi ki, "Four Seasons Hotel Baku" məşhur "Four Seasons" otellər şəbəkəsinin dünyadakı 90-cı otelidir.

Xəzər dənizinin sahilində, İçərişəhərin və Dənizkənarı Milli Parkın bir neçə addımlığında yerləşən oteldə 27 lüks nömrə, iki prezident lüksü olmaqla, 171 geniş otaq, klassik interyer yaradılmışdır. Qonaqlar otaqların əksəriyyətindən Bakının və Xəzər dənizinin füsunkar mənzərəsini seyr edə biləcəklər.

Bildirildi ki, oteldə iki ziyafət, bir neçə kiçik banket zalları, işgüzar görüşlərin keçirilməsi üçün beş konfrans salonu fəaliyyət göstərir.

Burada şüşə tavanlı hovuz, müasir sağlamlıq və idman mərkəzi, 10 prosedur otağı, eləcə də qədim Azərbaycan, türk və fars ənənələri əsasında dəriyə qulluq göstərilən "Jaleh Spa" vardır.

Oteldə italyan mətbəxinin təamlarının təklif edildiyi "Zafferano" restoranı, çay və ləziz desertlər üçün "Piazza Launge", "Bentley" barı fəaliyyət göstərir. Dəniz məhsullarının təqdim edildiyi "Kaspia" restoranında özəl ziyafətlər üçün kiçik "Qarabağ" zalı da vardır.

Diqqətə çatdırıldı ki, 350 nəfər işçisi olan otelin çoxdilli konsyerj xidməti şəhərin əyləncə məkanlarını asanlıqla tapmaq, tarixi yerlərə, çimərliklərə, xizək mərkəzlərinə şəhərdən kənar turist səfərləri etmək imkanı yaradır.

Prezident İlham Əliyev otelin kollektivi ilə görüşdü, onları təbrik etdi.

Mənbə: gün.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 8027   Tarix: 05 sentyabr 2012  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Macarıstan XİN: NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi ilə üçüncü dünya müharibəsi başlayacaq

NATO qoşunlarının Ukraynaya yerləşdirilməsi üçüncü dünya müharibəsi demək olacaq. "Report" xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib. Nazirin sözlərinə görə, avropalı siyasətçilər müharibədə iştirak etmək yollarını axtarmaqdansa, sülhə nail olmaq üçün çalışmalıdırlar

04.05.2024 187
.

Rusiya Ukraynanın keçmiş prezidentini axtarışa verdi - FOTO

Rusiyanın Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Petro Poroşenkonu axtarışda olanlar siyahısına daxil edib. Belə bir sənəd nazirliyin məlumat bazasında peyda olub. "1965-ci il təvəllüdlü, Bolqrad şəhərində anadan olmuş Poroşenko Petro Alekseyeviç cinayət maddəsi ilə axtarışdadır"

04.05.2024 234
.

ABŞ dövlət katibi: Fələstin və İsrailin birgə yaşayışını mümkün hesab edirik

ABŞ HƏMAS-ın Qəzza zolağında atəşkəs və girovların mübadiləsi təklifinə müsbət cavab verəcəyinə ümid edir. "Report" xəbər verir ki, bunu ABŞ dövlət katibi Antoni Blinken Sedonada (Arizona) Makkeyn İnstitutunun keçirdiyi forumda çıxışı zamanı deyib: "Hazırda baş verə biləcək ən yaxşı şe

04.05.2024 170
.

Küçədə qadının boğazını kəsib öldürdü

Türkiyədə qadın küçədə öldürülüb. yerli mediaya istinadla bildirir ki, hadisə Ankara şəhəri Sincan qəsəbəsində baş verib. 34 yaşlı S.K. ilə 28 yaşlı Edanur K. arasında naməlum səbəbdən mübahisə yaranıb. Mübahisə zamanı oğlan bıçaqla qızın boğaz və bədəninin müxtəlif yerlərinə xəsarətlər yetirib. Həmçini

10:00 187
.

Assanjın həyat yoldaşı: "Onun ABŞ-də ədalətli mühakimə olunacağına inanmıram"

"Mən bu səhər Belmarşa getdim və Culianı gördüm. O, çox yorğun idi. Son bir neçə həftə və bir neçə ay onun üçün çox çətin oldu". Bu sözləri AZƏRTAC-a müsahibəsi zamanı "WikiLeaks" portalının təsisçisi Culian Assanjın Londonda yaşayan həyat yoldaşı Stella Assanj deyib. Stella Assan

04.05.2024 155
.

Stomatoloq seçərkən nələrə diqqət etməliyik? - VİDEO

"Tibbə əlaqəsi olmayan insanlar, stomatoloq kimi fəaliyyət göstərənlər, pasiyentlərin sağlamlığında ciddi tibbi problemlər yaradırlar". Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində stomatoloq Fərid Zeynalov deyib. O, vətəndaşların həkimə müraciət etməzdən əvvəl həkim haqqınd

04.05.2024 264
.

Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər - VİDEO

Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır. 25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib. Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü ik

04.05.2024 221
.

Erməni diasporu Paşinyanı hədələdi

Almaniyadakı Ermənilərin Mərkəzi Şurası Tavuşda (Tovuzqala) həyata keçirilən sərhədin "qanunsuz" demarkasiyası və delimitasiyası ilə bağlı narahatlığını bildirir. Bu barədə Ermənistan KİV məlumat yayıb. "Paşinyan hakimiyyəti bu dağıdıcı siyasəti davam etdirsə və narahatlığımıza məhəl qoymasa

04.05.2024 219
.

Vitse-prezident: "ADB-nin yeni əməliyyat modeli iqlim və özəl sektora diqqət yetirir"

Asiya İnkişaf Bankının (ADB) 2023-cü ildə hazırlanmış yeni əməliyyat modeli iqlim dəyişikliyi və özəl sektorun inkişafını əsas məsələlər kimi vurğulayır. "Report"un Tbilisiyə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, bunu ADB-nin sektorlar üzrə vitse-prezidenti Fatimə Yasmin Gürcüstanı

04.05.2024 160