"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ

"Qarabağda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur" - POLİTOLOQ"Son dövrdə ölkəmizdə qlobal iqlim dəyişmələri və suya tələbatın artması şəraitində su ehtiyatlarından səmərəli istifadə sahəsində bir sıra davamlı tədbirlər həyata keçirilir. Xüsusilə su nəqledici kanalların suvarma qabiliyyətinin artırılması, su anbarlarının istismar şəraitinin yaxşılaşdırılması, bir sıra ərazilərdə torpaqların yeni meliorativ sistemlərlə təchiz edilməsi, qənaətcil və mütərəqqi suvarma üsullarından istifadə ilə bağlı kompleks işlər icra edilir. Şübhəsiz ki, uzun illər ərzində bu istiqamətdə görülən işlər, o cümlədən iri su anbarlarının, hidroqovşaqların, suvarma və kollektor-drenaj sistemlərinin, nasos stansiyalarının və digər infrastrukturların qurulub istifadəyə verilməsi ölkədə su təminatının yaxşılaşdırılmasına, su itkilərinin qarşısının alınmasına, habelə aqrar sektorun dayanıqlı inkişafına mühüm töhfə vermişdir".

Bu sözləri BiG.AZ-a politoloq Yusif Bağırzadə deyib.

O bildirib, dövlət başçısı İlham Əliyev aprelin 16-da Hacıqabul rayonunda yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində iştirakı da bu sahədə görülən işlərin bariz göstəricisi hesab edilə bilər. Məlumdur ki, aprelin 8-də Prezident tərəfindən Yuxarı Şirvan suvarma kanalının adının dəyişdirilməsi və yenidən qurulması ilə bağlı sərəncam imzalanmışdı. Və üstündən bir neçə gün keçdikdən sonra artıq həmin kanalın təməlqoyma mərasimi keçirildi.

"Qeyd edim ki, ölkənin ikinci ən böyük kanalı olan torpaq məcralı Yuxarı Şirvan suvarma kanalı Şirvan düzündə yerləşən 8 rayonun 112 min hektardan artıq əkin sahəsini suvarma suyu ilə və yaşayış məntəqələrini məişət suyu ilə təmin edirdi. Fasiləsiz istismar olunduğu 65 ildən çox müddət ərzində sözügedən kanalın cari və əsaslı təmirinə baxmayaraq, onun torpaq məcrasında baş verən dəyişikliklər, eləcə də qurğuların öz funksiyasını itirməsi su itkisinin artmasına səbəb olmuşdu. Məhz bu səbəbdən də kanalın yenidən qurulması lazım idi ki, bu istiqamətdə də konkret adımlar atıldı.
Bu özü-özlüyündə olduqca əlamətdar hadisədir. Belə ki, son illər ərzində Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında bu layihənin xüsusi əhəmiyyəti vardır. İcra ediləcək yeni layihə 230 min hektar əkin sahəsini əhatə edəcək. Əgər əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək və kanalın son nöqtəsi Hacıqabul gölü olacaq. Bu layihə bir daha onu göstərir ki, Azərbaycanda həyata keçirilən infrastruktur layihələrinin əsas məqsədi ölkəmizin sürətli inkişafını təmin etmək, insanların rifah halını yaxşılaşdırmaq, xüsusilə bölgələrdə yaşayan insanların məşğulluğu üçün şərait yaratmaqdır.
Təməlqoyma mərasimindəki çıxışında dövlət başçısı bugünədək icrası başa çatdırılan, eyni zamanda, qarşıdakı dövrdə icrası nəzərdə tutulan layihələrdən də geniş bəhs etdi və bildirdi ki, Azərbaycan güclü, öz gücünə, imkanlarına arxalanan dövlətdir. Hazırda azad Qarabağda və Şərqi Zəngəzurda elə genişmiqyaslı işlər görülür ki, bunun dünyada misli-bərabəri yoxdur. Cəmi üç il ərzində görülmüş işlər dövlətimizin gücünü, iradəsini göstərir. Nəzərdə tutulan hər bir layihə icra ediləcək. Hər bir layihənin əhəmiyyəti var. Su ehtiyatları məhdud olan Azərbaycan bu sahədə də özünü tam təmin etmiş olacaq".
Həqiqətən də görülən işlərin həcminə baxdıqda qüruru duymamaq mümkün deyil. Füzuli rayonundakı Köndələnçay su anbarının yaxın gələcəkdə açılışının gözlənilməsi, Zabuxçay su anbarının tikntisi, Suqovuşan su anbarının demək olar ki, yenidən qurulması, gələn ildən etibarən Qarabağ kanalının inşasına başlanılması, artıq qəbul edilmiş proqram əsasında Azərbaycanda 10-dan çox yeni su anbarının inşa ediləcəyi, Həkəriçay və Bərgüşadçay su anbarlarının və kanalların inşa edilməsi ilə bağlı planlaşdırılan işlər dövlətimiz tərəfindən su probleminin aradan qaldırılması üçün atılan addımların bariz nümunəsidir.
Eyni şəkildə cənab Prezidentin də dediyi kimi Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi də hökumətin önəmli təşəbbüsüdür ki, bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan da həm suvarma üçün, həm də içməli su kimi istifadə etmək mümkün olacaq. Həyata keçirilən və icrası planlaşdırılan layihələrin ölkəmizin su tsərrüfatını tamamilə yeni bir səviyyəyə qaldıracağı şübhəsizdir".
AYSEL ƏKBƏR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 402   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Reymen evlənir

Türkiyəli məşhur fenomen müğənni Reymen evlənir. BİG.az xəbər verir ki, o, sevgilisi Emire Cansu Kurtarana evlilik təklifi edib. Müğənni bununla bağlı İnstaqram sosial şəbəkəsində paylaşıb

30.04.2024 219
.

Xırdalanda evlər ucuzlaşdı: Mənzillər kütləvi şəkildə satışa çıxarılır - VİDEO

Abşeron rayonu, Xırdalan şəhərində satışa çıxarılan evlərin sayı kəskin artıb. -ın məlumatına görə, elan saytlarında da müxtəlif qiymətlərə Abşeron rayonunun mərkəzi sayılan Xırdalan şəhərində mənzillərin kütləvi şəkildə satışa çıxarıldığını görmək mümkündür. Şəhər sakinləri bildiriblər ki, son illə

30.04.2024 222
.

İsrail Qəzzada daha 13 fələstinlini qətlə yetirib

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Hücumlar zamanı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail ordusunun Bureij Qaçqın Düşərgəsind

30.04.2024 168
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

30.04.2024 126
.

"Yaprak dökümü"nün Oğuzu oğulları ilə - FOTO

"Yaprak dökümü" serialının Oğuzu Tolga Karelin oğulları ilə şəkli yayılıb. xəbər verir ki, aktyor görüntünü sosial şəbəkədə paylaşıb. Qeyd edək ki, o, uzun müddətdir Amerikada yaşayır

30.04.2024 494
.

Azərbaycanda minimum əməkhaqqı 500 manata qaldırılır? - AÇIQLAMA

Bu gün vətəndaşların ən çox narazılıq etdiyi məsələ Azərbaycanda minimum əməkhaqqının 345 manat dəyərində az olmasıdır. İlk olaraq, bu məbləğ bir ailənin ehtiyaclarını qarşılamır. Bununla yanaşı vətəndaşlar bu məbləğ ipotekadan yararlanmaq istəyən ailələrə problem yaradır. Çünki minimum əməkhaqqı il

30.04.2024 911
.

Qayda pozdu - 1678 manat cəriməsi olduğu üzə çıxdı

Avtomobili qeydiyyat nişansız idarə etməklə yanaşı, 1678 manat cərimə borcu olan şəxs saxlanılıb. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) məlumat yayıb. Bildirilib ki, "Khazar" markalı, 99-GJ-880 dövlət qeydiyyat nişanlı avtomobil

30.04.2024 346
.

"Necə olur ki, Fransada, İtaliyada dizel mühərrikli avtobuslar istifadə olunur, Azərbaycanda pis baxılır?" - Elməddin Muradlı

Azərbaycanda 3 min avtobusu elektrikli avtobuslarla əvəz etmək hədəflənir. Nəqliyyat eksperti Elməddin Muradlı -a bildirib ki, 300 avtobusun hamısını elektrikli mühərrikə çevirmək risklidir. Çünki gələcəkdə elektrikli avtomobillərin batareyalarının utilizasiyası ətraf mühitə zərər verəcək. Bir elektrikl

30.04.2024 316
.

Avtobus uçuruma yuvarlandı: 23 ölü

Peruda sərnişin avtobusunun uçuruma yuvarlanıb. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 23 nəfər ölüb, 15 nəfər yaralanıb. Peru Televiziyasının məlumatına görə, Soroçuko rayonundan Kajamarca şəhərinə gedən avtobus Celendin şəhərinin magistral yolunda 200 metr uçuruma yuvarlanıb. Məlumata əsasən, yaralana

30.04.2024 157