KİV: ABŞ-nin 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcəyi tarix bəlli olub

KİV: ABŞ-nin 400 milyon dollarlıq yeni hərbi yardım paketini elan edəcəyi tarix bəlli olubABŞ iyulun 25-də Ukraynaya artilleriya, zenit raketləri və yerüstü nəqliyyat vasitələrini ehtiva edən 400 milyon dollar dəyərində yeni hərbi yardım paketini elan etməyi planlaşdırır.

"Report" xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Bildirilib ki, ABŞ-nin yeni hərbi yardım paketinə bir neçə "Stryker" zirehli transportyor, minatəmizləmə avadanlığı, NASAMS zenit-raket sistemləri üçün döyüş sursatları, HIMARS (ing. "High Mobility Artillery Rocket System" – Yüksək Mobilli Raket-Artilleriya Sistemi) sistemləri üçün döyüş sursatları daxil olacağı gözlənilir.

Bundan başqa, planlaşdırılır ki, Ukraynanın təhlükəsizlik dəstəyinin yeni tranşına tank əleyhinə silahlar, xüsusilə TOW və "Javelin", həmçinin "Patriot" və "Stinger" zenit-raket kompleksləri üçün döyüş sursatları daxil olacaq.

Kasset sursatları, çox güman ki, yeni paketdə olmayacaq, lakin onun məzmunu üzərində hələ iş gedir.

Ukraynaya yeni yardım tranşı birbaşa ABŞ ordusunun anbarlarından silah və texnikanın ötürülməsinə imkan verən "Presidential Drawdown Authority" mexanizmi vasitəsilə təmin ediləcək. Bu, 2022-ci ilin fevralından bəri 43-cü belə tranş olacaq.

Rusiyanın Ukraynaya hərbi müdaxiləsi başlayandan bəri Amerikanın Ukraynaya hərbi yardımının ümumi məbləği 41 milyard dollardan çox olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 342   Tarix: 23 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

"Paşinyanın sülh danışıqlarına gedəcəyi birmənalıdır" - Politoloq

Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanın noyabra qədər Azərbaycanla sülh sazişi imzalamağa hazır olduğunu deyib. Politoloq Elşən Manafov -a bildirib ki, bölgənin geosiyasi konfiqurasiyasının Qərbin xeyrinə olaraq dəyişdirilməsi məqsədilə Ermənistanda hakimiyyətə gətirilmiş Paşinyan iqtidarını

07.05.2024 248
.

Vəzifəsindən azad edilən keçmiş baş nazir: "Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər"

Azərbaycan Dillər Universitetinin (ADU) Elm və innovasiya məsələləri üzrə prorektoru, professor Novruz Məmmədov vəzifəsindən azad edilməsi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Məsələ ilə bağlı -a danışan Novruz Məmmədov bildirib ki, öz istəyi ilə ərizə yazaraq tutduğu vəzifədən azad edilməsin

07.05.2024 290
.

Şəhid ailəsi üzvlərinə təhsillə bağlı yeni imtiyaz VERİLDİ

Parlament şəhid ailəsinin üzvlərinin özəl universitetlərdə pulsuz təhsil almasına dair layihəni təsdiqləyib. "Report"un xəbərinə görə, bununla bağlı Milli Məclisin bugünkü iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılan "Təhsil haqqında" qanuna dəyişiklik layihəsində qeyd edilib. Layih

07.05.2024 347
.

Rusiyada zəlzələ olub

Rusiyanın Kamçatka sahillərində zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 4,6 bal gücündə baş verib. Bu barədə Rusiya Geofizika Xidməti məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri Sakit okeanın Nikolskoye kəndindən 68 km aralıda, 61 km dərinlikdə yerləşib

07.05.2024 159
.

DİQQƏT: Azərbaycanda dönərdən zəhərlənənlərin sayı KƏSKİN ARTDI - YENİLƏNİB

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 30-a çatıb. APA-nın məlumatına görə, axşam saatlarından başlayaraq toyuq dönərindən zəhərlənərək Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə müraciət edənlərin sayı 30-a çatıb. Zəhərlənmə əlamətləri ilə müraciətlər davam edir. Qeyd edək ki, məsəl

07.05.2024 427
.

Yusuf Güney Baləli ilə duet oxuyacaq? - VİDEO

Türkiyəli məşhur müğənni Yusuf Güney Bakıdadır. BİG.AZ xəbər verir ki, o, işgüzar səfərlə bağlı gəldiyini bildirib. Müğənni konsert və yeni mahnılarla bağlı suallara cavablandırıb. İfaçı yerli müğənnilərlə duet oxumağa hazır olduğunu da qeyd edib. Baləlini tanımadığını bildirən müğənni təklif gəlsə

07.05.2024 389
.

İtaliyada çirkab su təmizləmə zavodunda qəza: 5 ölü, 1 yaralı

İtaliyanın Siciliya adasındakı Kasteldaccia qəsəbəsində çirkab su təmizləmə zavodunda qəza olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 5 işçi qazdan zəhərlənərək ölüb. İtaliya mediasının yaydığı məlumata görə, Palermo şəhəri yaxınlığındakı Kasteldaccia şəhərində 1 işçi isə terapiyaya aparılıb. Polisi

07.05.2024 98
.

Putinin andiçmə mərasimi keçirilir - Canlı

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimi keçirilir. "Qafqazinfo" xəbər verir ki, tədbir Kremldə təşkil olunub. Rusiya liderinin andiçmə mərasimində minlərlə qonaq iştirak edir. Xatırladaq ki, martın 15, 16 və 17-də Rusiyada prezident seçkiləri keçirilib. V.Putin seçkilərdə 87,28

07.05.2024 291
.

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusun

07.05.2024 108