Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı
Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb.
BiG.AZ İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb.
A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib. O, tibb müəssisəsinə qarşı qaldırdığı iddiada işə bərpa olunması və əməkhaqqı tələbini irəli sürüb. Nərimanov Rayon Məhkəməsi həkimin xeyrinə qərar çıxarıb.
Həkim A.Mehdiyev sayta açıqlamasında işdən çıxarılmasının səbəblərindən danışıb. Onun sözlərinə görə, buna Anım Günü Şəhidlər xiyabanını ziyarət etdiyi üçün işə bir saat gecikməyi səbəb olub:
"Baxmayaraq ki, bu tarixdə biz işləmirdik. Çünki Nərimanov Tibb Mərkəzi təmirə bağlanmışdı. Dövlətimiz və məhkəmə var olsun ki, mənim xeyrimə qərar verdilər. Məhkəmədə direktorun Əmək Məcəlləsini kobud şəkildə pozduğu sübuta yetirilib. Çünki direktor Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə mənim müqaviləmə xitam verib".
Həkimin əsassız yerə işdən çıxarıldığına görə Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən direktora cərimə protokolu tərtib olunub. Məhkəmənin qərarına əsasən, F.Alməmmədov 1500 manat məbləğində cərimələnib.
Amma Nərimanov Rayon Məhkəməsinin qərarından narazı qalan direktor Bakı Apellyasiya Məhkəməsinə müraciət edib. İş hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Fuad Talışınskinin sədrliyi ilə araşdırılır.
Qeyd edək ki, tibb elmləri namizədi alimlik dərəcəsini alan A.Mehdiyev Almaniyada və Türkiyədə təkmilləşmə kursu keçib.
BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər Baxılıb: 721 Tarix: 07 may 2024
Şikayətiniz varsa Whatsapp: 051 7028255
Facebookda PaylaşEvakuator sürücüsü 9 yaşlı qızı qaçırıb öldürdü
Rusiyanın Rostov vilayətində 25 yaşlı evakuator operatoru Olqinskaya kəndində doqquz yaşlı qızı qaçıraraq öldürüb. yerli mediaya istinadla bildirir ki, sürücü küçələrdən biri ilə hərəkətdə olarkən mağazaya gedən məktəbli qız diqqətini çəkib. Həmin şəxs qızı maşına mindirərək kəndin yaxınlığındakı tarlay
18.05.2024 413 Qətlə yetirilən tələbənin cinayət işində müəmma daha da böyüyür: Ailəsi DANIŞDI
Lənkəranda öldürülən 22 yaşlı Könül Ağayevanın ailəsi qətlin səbəbləri barədə danışıb. Tələbə qızın anası Rəqsanə Ağayeva bildirib ki, qızını oğlan kimi böyüdüb:. "Uşağım 100 manatın qurbanı olub. Onu qətlə yetirən oğlanla söhbətim zamanı pul üstündə mübahisə etdiyini dedi". K.Ağayevanın nənəs
18.05.2024 868 Saxta pullarla insanları aldatma halları artır - VİDEO
Son dövrlər etibarsız pullarla insanları aldatma halları artır. -ın məlumatına görə, belə bir hal Oğuzda baş verib. Xeyriyyəçilik adı ilə insanlara saxta 100 manatlıqlar paylayan şəxs, onlardan qalıq məbləğ kimi 50 manatlıqları yığaraq aradan çıxıb. Ekspertlər isə bildiriblər ki, son vaxtlar bu cür saxt
13:40 49 Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyub
Gürcüstan Prezidenti Salome Zurabişvili xarici agentlər haqqında qanuna veto qoyduğunu açıqlayıb. "Report"un yerli bürosu xəbər verir ki, o, bununla bağlı keçirdiyi brifinqdə deyib. Qeyd edək ki, mayın 14-də Gürcüstan parlamenti "Xarici təsirin şəffaflığı haqqında" qanunu üçüncü oxunuşd
18.05.2024 207 Papadan sülh çağırışı: Müharibəyə son qoyaq!
Sülh heç vaxt inamsızlığın, divarların, bir-birinə tuşlanmış silahların nəticəsi olmayacaq. Biz ölüm, məhv, qorxu əkmirik. Ümid səpək!. BİG.AZ -a istinadən xəbər verir ki, bunu Roma Papası Fransisk deyib. "Qaçılmaz" müharibənin tamaşaçısına çevrilməyin. Sülhdən danışmaq hər şeydən vacibdir
10:40 112 Tərtərdə 19 yaşlı qız öz evindən oğurluq edib
Tərtərdə öz evindən oğurluq edən qız saxlanılıb. APA xəbər verir ki, rayon polis şöbəsinə fərdi yaşayış evlərinin birindən 2 650 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat daxil olub. Məlumatla əlaqədar polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkd
18.05.2024 316 Prezident: "Qız Qalası" hidroqovşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi tarixi hadisədir
"Qız Qalası" hidroqovşağının açılışı və "Xudafərin" hidroqovşağının istismara verilməsi, hesab edirəm ki, tarixi hadisədir. "Report" xəbər verir ki, bu sözləri Araz çayı üzərində inşa edilmiş "Xudafərin" hidroqovşağının istismara verilməsi və "Qız Qalası"
14:00 0 Fransa ordusu Ukrayna üçün "supergizli" kəşfiyyatçılar hazırlayır
Fransa ordusu Ukraynada faydalı ola biləcək yeni kəşfiyyat bölməsi hazırlayır. Təlimlərin Estoniya ərazisində keçirildiyi məlum olub. "Biz irəliləməyə, düşmən mövqelərinə yaxınlaşmağa və hətta yan keçməyə çalışacağıq. Daha sonra kəşfiyyatla bağlı iki qərar verəcəyik: pilotsuz təyyarə yerləşdirmə
18.05.2024 164 Pensiya və müavinətlər nə qədər artacaq? - Deputat açıqladı
Minimum əməkhaqqının, maaş və məvaciblərin artırılması ilə bağlı məsələlər gündəmdədir. Hazırda bu məsələlərlə bağlı müzakirələr gedir. Artımlar hər zaman dövlət büdcəsi zərfinə baxıldıqda əsas müzakirə obyekti olur. 2024-cü ilin dövlət büdcəsi təsdiq olunsa da may-iyun ayında əlavə dəyişikliklərin edilməs
18.05.2024 2054