"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu"

"Ali Baş Komandan ərazi bütövlüyümüzü tam bərpa etməklə xalqı Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu""Azərbaycan Respublikası Qafqaz bölgəsinin yeni və dayanıqlı təhlükəsizlik sistemini yaratmaqla bərabər, Avrasiya məkanında etibarlı təhlükəsizlik mühitinin formalaşmasına əməli töhfələr verir, qlobal miqyasda təhlükəsizliklə bağlı təhdidlərin aradan qaldırılmasında öncül mövqe tutur və bu statusunu son dövrlərdə daha da möhkəmləndirir. Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan quruculuq strategiyasının bu sahədə də uğurla reallaşması respublikamızı regionun lider dövlətinə, qlobal miqyaslı nüfuz sahibinə çevirmişdir. Bu gün Azərbaycan dövlətçiliyi dedikdə ilk ağıla gələn sima Ulu Öndər Heydər Əliyevdir. Onun zəngin siyasi irsi, müasir dövlətçiliyin banisi kimi adı Azərbaycan üçün olduğu qədər siyasətdən tamamilə kənar ən sadə azərbaycanlı üçün də önəmli və əzizdir. Bu gün milli təfəkkürə və sağlam düşüncəyə malik elə bir azərbaycanlı yoxdur ki, Heydər Əliyevi özününkü, doğması hesab etməsin və əslində Heydər Əliyev fenomenini xalqın Öndərinə çevirən, yaddaşlarda yaşadan amillərdən biri də məhz budur".

Bu sözləri BiG.AZ-A deputat Aydın Hüseynov deyib.

O bildirib ki, Heydər Əliyevin adı artıq ötən əsrin 60-cı illərinin ortalarından sadə azərbaycanlı üçün önəm kəsb etməyə başlayıb.

"Təsadüfi deyildi ki, O, SSRİ miqyasında və milli subyektlərdə ən nüfuzlu qurum - təhlükəsizlik sistemində, daha dəqiq desək, Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsinin sədri vəzifəsinə yüksəlmiş ilk azərbaycanlı idi. Məhz Heydər Əliyevin hakimiyyəti illərində Azərbaycan DTK yalnız SSRİ maraqlarının yox, həm də Azərbaycanın milli maraqlarının keşikçisi və müdafiəçisinə çevrildi. Yüzlərlə ziyalı məhv edilməkdən qurtuldu, milli təfəkkürlü minlərlə məfkurə daşıyıcısı yetişdi. Milli kimlik, din, dil, mədəniyyət sahəsində tarixi dönüş məhz Heydər Əliyevin rəhbərlik etdiyi DTK-nın himayəsində təşəkkül tapmağa başladı. Heydər Əliyev hələ Təhlükəsizlik Komitəsinin rəhbəri olarkən bütün varlığı ilə güc və imkanlarını milli kimliyin qorunması, milli-mənəvi dəyərlərin yaşadılmasına sərf etmişdi. Məsələn, bu gün bəzən həmin tarixi-siyasi prosesləri ayrı-ayrı şəxslərin adı ilə bağlamaq cəhdləri var, amma unutmaq olmaz ki, uzun illərdən sonra Novruz bayramı dövlət səviyyəsində 1967-ci ildə, Respublikaya yox, birbaşa Moskvaya tabe olan Azərbaycan DTK-nın sədri, general Heydər Əliyevin razılığı olmadan ölkə səviyyəsində təntənəli şəkildə qeyd edilə bilməzdi. Bu baxımdan Ulu Öndər hələ ölkəyə rəhbərlik etməyə başlamadan artıq xalqın ümid yerinə çevrilmişdi.
Heydər Əliyev SSRİ-nin ən güclü vaxtında Konstitusiyada SSRİ-dən çıxmaq hüququmuzu təsbit etdiyi halda, 1991-ci ildə hətta SSRİ dağılandan sonra belə o dövrün hakimiyyəti SSRİ-dən çıxmağa qorxurdu. Nəticədə, öncə Bakıda qaldırılmalı olan 3 rəngli bayrağı yalnız Heydər Əliyev cəsarət edib Naxçıvanda qaldırdı. Ümumiyyətlə, tarix özü ən azı iki dəfə göstərib ki, Azərbaycan dövləti yalnız Heydər Əliyev yolunda yürüdükcə var olur, güclənir. 1993-cü ildə Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən bir il keçməmiş artıq ordu quruldu, əks-hücumla Cəbrayılın, Füzulinin kəndləri, Horadiz qəsəbəsi düşməndən azad olundu, Ermənistan o zaman bizim çox ehtiyacımız olan atəşkəsə məcbur edildi. Sonrakı illərdə bizi inkişafa, tərəqqiyə aparan yol məhz Ulu Öndərin sayəsində başlandı. Lakin Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidməti, heç şübhəsiz ki, xalqın taleyini öz siyasətinin layiqli davamçısı cənab İlham Əliyevə etibar etməsi oldu. Əslində cənab İlham Əliyev proseslərdə yeni deyildi, Ulu Öndər Bakıya qayıtdıqdan sonra Bakıda təhlükələrlə üz-üzə qalanda, o cümlədən fəaliyyətinin ağır Naxçıvan dövründə böyük Öndərin əsas silahdaşı olmuş, 1993-cü ildən etibarən isə Ümummilli Liderin neft strategiyası və Avropa hüquq məkanına inteqrasiya kursunun realizəsində ağırlığı öz üzərinə götürmüşdü. Cənab İlham Əliyev böyük Öndərin siyasi kursuna sadiq qalaraq həm tariximizin, həm də regionun ən güclü ordusunu və ən nəhəng müdafiə sənayesini qurdu, vətənpərvər gənclik yetişdirdi. 200 ildir zəbt edilmiş təfəkkürləri, 30 ildir işğalda qalan Qarabağ və Şərqi Zəngəzuru azad etməklə, Xankəndidə Azərbaycanın bayrağını ucaltmaqla, ərazi bütövlüyü və suverenliyimizi tam bərpa etməklə cənab İlham Əliyev Müzəffər Ali Baş Komandan kimi xalqı məhz Ulu Öndər Heydər Əliyevin görmək istədiyi mənzərəyə qovuşdurdu. Bu mənada, 101-ci yaş günündə, heç şübhəsiz ki, dahi Liderin ruhu şaddır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 163   Tarix: 07 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Gəncədə avtomobillər toqquşdu: Ölən və yaralananlar var - FOTO

Gəncə şəhərində yol-nəqliyyat hadisəsi baş verib. Hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb. Belə ki, hərəkətdə olan VAZ-21 015 markalı minik avtomobili ilə KİA markalı avtomobil toqquşub. Daha sonra avtomobillərdən biri yoldan keçən iki piyadanı vurub. Onlardan biri ölüb, digəri is

18.09.2021 789
.

Telefonu niyə yastığın altına qoyub yatmaq olmaz?

"Yaşayış sahəsinin ekologiyası" laboratoriyasının müdiri Anton Yastrebçevin sözlərinə görə, smartfonları yastığın altına qoyub yatmaq olmaz. -a istinadən xəbər verir ki, ekspert səbəb kimi telefonlardan gələn radiasiyanın bəzən artdığını bildirib. "Nəzərə almaq lazımdır ki, telefonları

18.09.2021 862
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949