"2-3 gündən sonra özüm də Azərbaycan dilində danışmağa başlayıram" - Video

"2-3 gündən sonra özüm də Azərbaycan dilində danışmağa başlayıram" - VideoMəşhur rusiyalı stilist, bakılı Vadim Qalaqanov jurnalist Madonna Mura müsahibə verib.

"Qafqazinfo" xəbər verir ki, o, müsahibəsində Bakı və Azərbaycan haqda danışıb.

"Vətən ana kimidir, o, çox ola bilməz. Ana bir dənədir, hansı ki dünyaya gətirib, Vətən də bir dənədir - doğulduğun yer. Bakı mənim üçün ikinci anadır. İndi Moskvanı da vətənim hesab edirəm. Bakı məni tərbiyə edib, Moskva isə məni mən edib", - Qalaqanov deyib.

"Bacım azərbaycanlıda ərdədir. Mən gələndə onlar Azərbaycan dilində danışırlar. 2-3 gündən sonra özüm də Azərbaycan dilində danışmağa başlayıram. Çox narahatam ki, bacım nəvəsi Azərbaycan dilində pis danışır. Soyadı Məmmədov, adı Əmirxandır və Azərbaycan dilində danışmır. Gələndə buna görə qalmaqal yaradıram. Deyirəm ki, siz bu torpaqda yaşayırsınız və Azərbaycan dilində yaşamırsınız. Siz başa düşməlisiniz ki, bu, vətəndir, bunlar çox sadə şeylərdir", - deyə o əlavə edib.
Bakı haqda xatirələrini bölüşən Qalaqanov qeyd edib ki, rus sektorunda təhsil alıb: "Azərbaycan dili müəllimim İradə İbrahimsultanovanı indiyədək xatırlayıram. O məni şeirləri Azərbaycan dilində oxuduğuma görə sevirdi".

O deyib ki, həm Azərbaycan, həm də İtaliyada tez-tez olur və ölkələrin ümumi cəhədləri çoxdur.
Məşhur bakılının sözlərinə görə, hər dəfə Bakıya gələndə özünü bacısı və bacısı qızının diqqəti ilə əhatə olunmuş xan kimi hiss edir: "Mən onlara maddi yardım edirəm. Bacımın həyat yoldaşı beş il əvvəl vəfat edib. Başa düşürəm, mən onun üçün nə ata, nə ana, nə də ərəm. Biz hamımız dadlı yemək və gözəl geyinməyə öyrəşmişik".

Xatırladaq ki, V. Qalaqanov 2019-cu ildə Mərdakan qəsəbəsində yerləşən dəbdəbəli bağ evi ilə gündəmə gəlmişdi.

"2-3 gündən sonra özüm də Azərbaycan dilində danışmağa başlayıram" - Video"2-3 gündən sonra özüm də Azərbaycan dilində danışmağa başlayıram" - Video


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 951   Tarix: 03 iyul 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Həmin Xalq artistlərinə pullar vermişəm"

Əməkdar artist Qorxmaz Əlili bir çox Xalq artistinə maddi yardım etdiyini deyib. Axşam.az xəbər verir ki, aktyor "Onun sirri" verilişində maraqlı açıqlama verib. O bildirib ki, bir çox sənət adamının hesabına pullar köçürüb:. "Artistlərin ağır vəziyyəti idi. Xeyriyyə konsertinə başladım

16.09.2021 1964
.

Sənubər İsgəndərlidən XOŞ XƏBƏR

Əməkdar artist Sənubər İsgəndərli bu mövsüm tamaşaçıların qarşısına aparıcı kimi çıxacaq. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa "Xəzər TV" ilə anlaşıb. Onun proqramının adı "Sənətdən kənar" adlanır. Bu haqda S.isgəndərli özü məlumat yayıb. Verilişin çəkilişləri bir neçə gündü

17.09.2021 4207
.

Tünzalə Ağayevanın formada qalma sirri - Fotolar

Xalq artisti Tünzalə Ağayeva son günlər görünüşündəki dəyişikliklərlə gündəmə gəlir. Axşam.az xəbər verir ki, müğənni əvvəlcə sarı saçlarını tünd rəngə boyadı. Daha sonra isə onların düz görünüşünü buruqlu düzümlə əvəzləyib. T.Ağayeva eyni zamanda cəsarətli geyimləri ilə də gündəmdən düşmür. İfaçı İnstaqramı

17.09.2021 2993
.

Xəyanət iddialarını yalanladı

Türkiyəli aktrisa Bensu Soral həyat yoldaşı Hakan Başla münasibətlərinin soyuq olması ilə bağlı xəbərlərə münasibət bildirib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa xəyanət iddialarını yalanlayıb:. "Çətin bir dönəmdən keçirik, küsülü deyilik. Bu məsələnin 3-cü şəxslə heç bir əlaqəsi yoxdur"

17.09.2021 2431
.

"Bu missiyam da tamamlandı" - Afaq Gəncəli

"16 il. Əlvida, Azad Azərbaycan. Hər kəsin yolu açıq olsun. Mənim də rolum bu kanalda bura qədər idi". Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri aparıcı Afaq Gəncəli bildirib. Artıq "Xəzər TV"də yeni işə bağlayan Afaq xatirələrini bölüşüb:. "Kitab kimi yaşayıram, hər səhifəmd

16.09.2021 1999
.

"Bütün dünya bizim toyumuzdan danışacaq"

Sosial şəbəkə fenomeni Şeyma Subaşının misirli sevgilisi Mohammed Alsaloussi ilə evlilik planlarından danışıb. Axşam.az-a istinadən xəbər verir ki, Şeyma hazırda hər hansı tarix müəyyən etmədiklərini açıqlayıb: . "Bir gün mənə dedi ki, elə bir toy edəcəyəm ki, bütün dünya bir il boyunca bizim haqqımızd

16.09.2021 2225
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

"Ata tərəfim Azərbaycandandır" - Acun Ilıcalı

"TV 8"in rəhbəri, aparıcı Acun Ilıcalı "Müge ve Gülşen’le 2.Sayfa" proqramının qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, aparıcılar Acuna gənc qalmasının sirrini soruşublar. O, isə söhbət zamanı ata tərəfinin Azərbaycan köklü olduğunu deyib. Acun bildirib ki, gənc qalmasını

16.09.2021 2120