Vaşinqton, Brüssel və Moskva: Azərbaycan və Ermənistan arasında bütün platformalarda sülh danışıqları intensivləşir

Vaşinqton, Brüssel və Moskva: Azərbaycan və Ermənistan arasında bütün platformalarda sülh danışıqları intensivləşirAzərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Almaniya kansleri Olaf Şolts və Fransa dövlət başçısı Emmanuel Makronun Kişineuda keçirilmiş "Avropa siyasi birliyinin" 2-ci Zirvə toplantısı çərçivəsində qeyri-rəsmi görüşdə gözlənilənlərin əksinə olaraq hər hansı bir sənəd imzalanmayıb. Lakin bütün tərəflər görüşün müsbət keçdiyini və gələcək irəliləyişlərə ümid verdiyini qeyd ediblər.

Görüşdən sonra Aİ Şurasının Prezidenti Şarl Mişel azərbaycanlı jurnalistlərə bildirib ki, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması üzrə danışıqlarda müəyyən irəliləyiş var.

Bu, həm də ondan xəbər verir ki, növbəti görüşlərin və danışıqların qrafiki artıq müəyyən edilib. Belə ki, iyunun 12-də ABŞ-ın paytaxtı Vaşinqtondan çox da uzaqda yerləşməyən Arlinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri may görüşünün davamı olaraq ABŞ dövlət katibinin iştirakı ilə yenidən müzakirələr aparacaqlar. İyulun 21-də isə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan yenidən Brüsseldə görüşəcəklər. Bundan başqa, oktyabrda İspaniyanın Qranada şəhərində keçiriləcək "Avropa siyasi birliyinin" 3-cü Zirvə toplantısında Kişineu formatında görüş yenidən planlaşdırılır.

Danışıqların intensivləşməsi belə qənaətə gəlməyə imkan verir ki, tərəflər dialoqu davam etdirmək əzmindədirlər. Üstəlik, onlara yardım göstərənlər isə prosesin dalana dirənməməsi üçün əllərindən gələni etməyə çalışırlar. Doğrudur, Ermənistan bəzən bəzi məsələlərdə qeyri-konstruktiv yanaşma ilə bu prosesə mane olmağa çalışır. Amma o, yenə də sülhə alternativ olmadığından danışıqlar masası arxasına əyləşmək məcburiyyətində qalır.

Hətta yardım göstərmək istəyən bir çox tərəfin olması da mənfi amil kimi qiymətləndirilməməlidir. Vasitəçilərin hər biri, istər rəsmi Vaşinqton, istər Brüssel, istərsə də Moskva münasibətlərin normallaşması prosesinə xüsusi töhfə vermək istəyir.

Ukraynadakı müharibə fonunda Avropanın xüsusilə təhlükəsizlik məsələlərindən narahat olduğu mürəkkəb geosiyasi vəziyyət onun təkcə hüdudlarından kənarda deyil, həm də daha geniş məkanda sülh və sabitlik məsələlərini yenidən nəzərdən keçirməsinə səbəb olub. Mühüm tərəfdaşların (təbii ki, Azərbaycan da bu siyahıya daxildir) çiçəklənməsi və onların yerləşdiyi regionda sülhün əhəmiyyəti də başqa cür qəbul olunmağa başlayıb.

Buna görə də Aİ, ABŞ və Rusiya danışıqları davam etdirmək və bunun üçün yeni platformalar təqdim etmək üçün hər cür səy göstərəcək. Ümid var ki, Azərbaycan və Ermənistan liderləri arasında tez-tez görüşlər tərəfləri sülh sazişinin imzalanmasına yaxınlaşdıracaq.(report)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 498   Tarix: 04 iyun 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Pişikdən qorxubsa, "bismillah" desin" deyən tibb işçisi cəzalandırıldı - RƏSMİ

Sosial şəbəkələrdə səs yazısında vətəndaş pişikdən qorxduğu üçün ürəyi tutan qayınanasına təcili yardım əməkdaşının laqeyd yanaşdığı və ona "bismillah" deyərək yatmasını məsləhət görən şəxs cəzalandırılıb. " "a istinadən xəbər verir ki, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyində

17.09.2021 2788
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Bu qidalar vitaminlə zəngindir - MÜTLƏQ YEYİN

Vitamin, mineral və antioksidantlarla zəngin qidalar az kalori ilə maksimum qida dəyərinə malik məhsullardır. Bu tip qida məhsullarına, həmçinin super qidalar da deyilir. -ın məlumatına görə, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutundan bildirilib ki, gündəlik qida rasionunda super qidaların istehlakın

18.09.2021 930
.

Bakıda intiharın qarşısı alındı

Bakı şəhərinin Sabunçu rayonunda 1 nəfər tikilməkdə olan binanın 3-cü mərtəbəsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib. xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəl

17.09.2021 1997
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Köçəryan Moskvaya gedə bilməyəcək - QADAĞAN EDİLDİ

Məhkəmə Ermənistanın keçmiş prezidenti, "Hayastan" blokunun rəhbəri Robert Köçəryanı ölkədən çıxmasını qadağan edib. APA-nın məlumatına görə, bu barədə "Hayastan" blokunun mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, təxminən bir həftə əvvəl Rusiyanın hakim "Vahid Rusiya"

17.09.2021 999
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

"Su çənimizi yığışdırdılar ki, şəhərin gözəlliyini pozur..." - Daha bir SU PROBLEMİ - ŞİKAYƏT - AÇIQLAMA

ın redaksiyasına su ilə bağlı növbəti şikayət daxil olub. Belə ki, Təhminə Babayeva adlı şikayətçinin sözlərinə görə, Nizami rayonu "Naxçıvanski" 94B ünvanında gündüz saat 11-də suyu azalda-azalda tam kəsirlər, axşamüstü 6, 7-də yenidən açırlar:. "Gecə 12-yə işləmiş isə yenə kəsirlər

18.09.2021 880
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831