Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edir

Türkmənistan Türkmənbaşı limanı vasitəsilə Orta Dəhliz üzrə tranzitin stimullaşdırılmasını təklif edirOrta Dəhlizin (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) inkişafı və Türkmənbaşı limanı vasitəsilə tranzitin stimullaşdırılması Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarının böyüməsində və dünya bazarında mövqelərinin möhkəmlənməsinə töhfə verəcək.

"Report" xəbər verir ki, bunu Budapeştdə Türk Dövlətləri Təşkilatının Nəqliyyatı Əlaqələndirmə Komitəsinin ikinci iclası zamanı Türkmənistan Dəniz və Çay Marşrutları Agentliyinin sədri Batır Annayev deyib.

İclas iştirakçıları Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə nəqliyyat və tranzit əməliyyatlarının sadələşdirilməsi, daşıma prosedurlarının rəqəmsallaşdırılması və multimodal əlaqənin təkmilləşdirilməsi üzrə tədbirlərə diqqət yetiriblər.

B.Annayev vurğulayıb ki, Türkmənistan Türkmənbaşı dəniz limanı vasitəsilə yüklərin daşınmasını artırmaq üçün fəal addımlar atır: "Tranzitin stimullaşdırılması üçün dəniz limanı rüsumları üzrə imtiyazların və daşımalarda güzəştlərin verilməsi daxil olmaqla, müxtəlif tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. Türkmənbaşı ilə Bakı arasında müntəzəm bərələr hərəkət edir və quru yük gəmiləri fider daşınmasını təmin edir. Türkmənbaşı limanında "gömrük anbarı" rejimi malları gömrük rüsumu ödəmədən 3 ilə qədər saxlamağa imkan verir".

Agentliyin rəhbəri bildirib ki, bu imkanlar bütün iştirakçı ölkələr üçün açıqdır.

Onun sözlərinə görə, Türkmənbaşı Beynəlxalq Dəniz Limanı bütün Mərkəzi Asiya regionunun əsas logistik mərkəzlərindən birinə çevrilmək imkanına malikdir:

"Bu liman Şərq-Qərb dəhlizinin halqası olmaqla Mərkəzi Asiyanın tranzit sistemində mühüm rol oynayır. İldə 17 milyon ton yükdaşıma qabiliyyətinə malik olan bu liman regionda tələbatın olduğu bütün növ malları qəbul etmək iqtidarındadır. Müntəzəm yük daşımaları Türkmənbaşı ilə Xəzəryanı dövlətlərin limanları üzrə həyata keçirilir".

O vurğulayıb ki, dünyada baş verən geosiyasi hadisələr və Mərkəzi Asiyadan ənənəvi ixrac malları (gübrələr, kimya və neft məhsulları) bazarında qeyri-sabitlik fonunda yükdaşıma marşrutları dəyişir:

"Asiya və Çindən malların daşınması üçün ən populyar marşrutlar Şimal (Rusiya vasitəsilə), Orta (Türkmənistan-Azərbaycan-Gürcüstan-Avropa) və Cənub (Qırmızı dəniz vasitəsilə) marşrutlarıdır. 2024-cü ilin əvvəlində Qırmızı dənizdə və digər bölgələrdə baş verən siyasi hadisələr Avropaya yüklərin daşınması qiymətlərinin kəskin artmasına səbəb olub. Bu baxımdan Xəzər və Qara dənizlər arasında Orta Dəhlizinin əhəmiyyəti artır. Layihədə iştirak edən ölkələrin onun inkişaf etdirilməsi üçün səylərinin birləşdirilməsi isə geniş perspektivlər açır".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 209   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Sülh müqaviləsi Xankəndidə imzalana bilər" - Açıqlama

Xəbər verdiyimiz kimi, Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüş keçirilir. Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıdakı danışıqları iki gün davam edəcək. İki ölkə arasında növbəti görüş Xankəndidə baç tuta bilərmi. Məsəl

17:50 200
.

Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar. Bununla bağlı AZƏRTAC məlumat yayıb

15:41 206
.

"Bahar" serialının sezon finalı tarixi açıqlanıb

"Bahar" serialı 11 iyunda sezon finalı edəcək. xəbər verir ki, bu barədə Birsen Altuntaş türk mətbuatına bildirib. Qeyd edək ki, serialın ilk bölümü 13 fevralda yayımlanıb

21:45 0
.

Sabah 24° isti olacaq - PROQNOZ

Mayın 11-nə gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BİG.AZ-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər arabir duman olacaq. Mülayim şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq. Havanı

12:43 214
.

Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş başlayıb - VİDEO

Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb. APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, "Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş" layihəsi üzrə danışıqların növbəti raund

14:41 200
.

İranda parlament seçkilərinin ikinci turu keçirilir

İranda parlament seçkilərinin ikinci turu başlayıb. xəbər verir ki, İran parlamentində qalan 45 yer üçün ümumilikdə 90 namizəd mübarizə aparır. Martın 1-də keçirilən birinci turda namizədlərin mütləq səs çoxluğunu (50%-dən çox) ala bilməyən 22 seçki dairəsində təkrar seçkilər keçirilir. İslam İnqilabını

20:30 71
.

Çilidə qar yağdı - VİDEO

Cənubi Amerika ölkəsi Çilidəqar yağıb. BİG.AZ xəbər verir ki, may ayında havaların belə keçməsi insanlar arasında təəccüblə qarşılanıb. Hadisə zamanı gündəlik həyat iflic olub. Sözügedən görüntüləri təqdim edirik:

12:46 125
.

Bakıda təhlükə saçan hotel - ANBAAN VİDEO

Bakıda iaşə obyektlərindəki təhlükəsizlik boşluğu ifşa edilib. Belə ki, Baku TV-nin əməkdaşı paytaxtda yerləşən hotellərdən birinə heç bir yoxlama olmadan soyuq silahla (balta ilə) daxil olub. Hotel işçisi "Mühafizəni necə təşkil edirsiniz?" sualına, insanların xarici görünüşündən psixologiyasın

20:24 166
.

Prezident: "Qazaxın işğal edilmiş torpaqlarının qaytarılması növbəti zəfərimizdir"

"Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır. Delimitasiya, demarkasiya bizim şərtlərimiz əsasında həyata keçirilir və bu, bizim növbəti zəfərimizdir". AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Şuşaya qayıdan ilk sakinlər

20:55 35