İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək

İbrahimoviç "Milan"da dəyişikliklərə səbəb olacaq mühüm qərarlar verəcək"Milan"ın keçmiş hücumçusu, hazırkı baş məsləhətçisi Zlatan İbrahimoviç komandanın yeni baş məşqçisinin seçilməsində, eləcə də yay transfer pəncərəsində futbolçuların alınmasında əsas rol oynayacaq.

Bundan əvvəl mətbuatda isveçlinin Antonio Konteni baş məşqçi postuna dəvət etməkdə maraqlı olduğu barədə məlumatlar yayılmışdı. Milan rəhbərliyi isə "Bolonya"nın baş məşqçisi Tyaqo Mottanı ən yaxşı namizəd hesab edir.

Qeyd edək ki, "Milan" 33 oyundan sonra 69 xalla "A" Seriyasında ikincidir. Cədvəldə lider "İnter"dir (86).
Xatırladaq ki, 42 yaşlı İbrahimoviç bu yay karyerasını başa vuracağını açıqlayıb. 1999-cu ildə başlayan peşəkar karyerası ərzində futbolçu "Malmö", "Ayaks", "Yuventus", "İnter", "Barselona", "PSJ", "Mançester Yunayted", "Los Anceles Qalaksi" və "Milan"da çıxış edib. Bu müddət ərzində Zlatan 819 oyun keçirib, 493 qol vurub və 201 məhsuldar ötürmə edib.(oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 331   Tarix: 27 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İspaniya klubu ukraynalı futbolçuya görə cəzalana bilər

İspaniyanın "Jirona" klubu ukraynalı futbolçu Artyom Dobvikin transferinə görə cəzalandırıla bilər. "Report" "Mundo Deportivo"ya istinadən xəbər verir ki, hüquqşünas Yevgeni Kuzmin futbolçunun transferinin Ukraynada vergidən yayınacaq şəkildə rəsmiləşdirildiyini bildirib

04.05.2024 238
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 397
.

Luka Modriç "Real Madrid"in tarixinə düşdü

Luka Modriç adını "Real Madrid" klubunun tarixinə yazdırıb. Bu barədə jurnalist Fabrizio Romano məlumat yayıb. Onun sözlərinə görə, xorvatiyalı yarımmüdafiəçi "Real Madrd" klubunun forması ilə yaşıl meydanlara çıxan ən yaşlı futbolçu adına yiyələnib - 38 il 238 gün. Beləliklə, Luk

05.05.2024 330
.

"Formula 1": Ferstappen Çin Qran-prisinin sıralama turunda birinci olub

"Formula 1" üzrə Çin Qran-prisində sıralama turu başa çatıb. "Report"un məlumatına görə, "Red Bull"un niderlandlı pilotu Maks Ferstappen birinci olub. Onun komanda yoldaşı Serxio Peres ikinci, "Aston Martin"dən Fernando Alonso üçüncü pillədə qərarlaşıb. Qeyd edə

20.04.2024 389
.

"Fənərbağça"nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

"Fənərbağça" klubunun yaşayan əfsanəsi Türkiyə klubunu çalışdırmaq barədə düşünür. Məlumata görə, Aleks De Souza "Antalyaspor" klubunun baş məşqçisi vəzifəsinə gətirilə bilər. Sergen Yalçının "Beşiktaş"a keçmə ehtimalını düşünən "Antalyaspor" rəsmiləri Aleks D

04.05.2024 287
.

"Transfermarkt" 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların adını açıqlayıb

Nüfuzlu "Transfermarkt" internet portalı 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçuların reytinqini dərc edib. Bu siyahıya "Bavariya"nın ingilis hücumçusu Harri Keyn başçılıq edir. "Transfermarkt"a görə 30 və daha yuxarı yaşda olan ən bahalı futbolçular:. 1. Harri Key

13.04.2024 367
.

Qurban Qurbanov: "Neftçi"yə qarşı oyunçularımı o qədər də çox motivasiya etmirəm

Oyunçulardan razı qaldım. Onları "Neftçi"yə qarşı o qədər də çox motivasiya etmirəm. "Report" xəbər verir ki, bunu "Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının XXII turunda "Neftçi" ilə qarşılaşmadan sonra keçirilən mətbuat konfransınd

05.05.2024 329
.

Azərbaycanda cüdo ilə məşğul olanların sayı 18 min nəfəri ötüb

Azərbaycan Cüdo Federasiyasının (ACF) növbəti konfransı keçirilib. "Report" ACF-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, iclasda gənclər və idman naziri Fərid Qayıbov, ACF-nin prezidenti Rəşad Nəbiyev, konfrans üzvləri və digər rəsmilər iştirak ediblər. Tədbir Azərbaycanın dövlət himnini

21.04.2024 317
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 524