Zodda nə baş verir? – Qasparyandan ŞOK ETİRAF

Zodda nə baş verir? – Qasparyandan ŞOK ETİRAFErmənistanda fəaliyyət göstərən "Qara Pantera" adlı qruplaşmanın rəhbəri Serob Qasparyan "Hraparak" qəzetinə müsahibəsində sərhəddəki gəlişmələrlə bağlı diqqətçəkən açıqlama verib.

O, Kəlbəcər istiqamətindəki (Zodda) təxribatların Ermənistan hərbçiləri tərəfindən törədildiyini iddia edib.

Qasparyan Ermənistan Baş naziri Nikol Paşinyanın Azərbaycanla döyüşmək yox, sülh müqaviləsi imzalamaq istədiyini deyib:

"Hərbçilərə və könüllülərə müraciət edirəm, səngər qazmalı, özlərinə şərait yaratmalıdırlar ki, düşmənin zərbələrindən müdafiə oluna bilsinlər.

Cəbhə bölgəsində baş verənlərlə əlaqəli çox şey bilirəm, sadəcə bu haqda danışmaq istəmirəm, ona görə də bütün könüllüləri, əsgərləri özlərinə şərait yaratmağa, zəhmət çəkməyə, kürək götürüb səngər qazmağa çağırıram".

Onun sözlərinə görə, Paşinyanın "fəaliyyətsizliyinə" cavab olaraq erməni hərbçiləri Zodda düşmənə (Azərbaycanı nəzərdə tutur – red.) cavab verib.

Jurnalistin "Yəni bu, sırf bizim hərbçilərimizin şəxsi qərarları idi" sualına Qasparyan etirafedici cavab verib: "Bəli, əsgərimizin öz şərəfi üçün".(teleqraf.com)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 749   Tarix: 14 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

İsrail Qəzzada daha 13 fələstinlini qətlə yetirib

İsrailin Qəzza zolağının müxtəlif bölgələrinə hücumları davam edir. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 13 nəfər ölüb, 32 nəfər yaralanıb. Bu barədə Fələstinin rəsmi xəbər agentliyi WAFA məlumat yayıb. Hücumlar zamanı 4 nəfər ölüb, 15 nəfər yaralanıb. İsrail ordusunun Bureij Qaçqın Düşərgəsind

30.04.2024 116
.

"Selfie" çəkərkən ən çox qəzaların baş verdiyi ölkələrin adları açıqlandı

"Selfie" çəkərkən qəzaların baş verdiyi ölkələrin siyahısı yayımlanıb. Məlum olub ki, ölənlərin əksəriyyəti Hindistandadır. Məlumata görə 2014-cü ildən bəri 49 ölkədə 399 nəfər "selfie" çəkməyə çalışarkən həyatını itirib. Onlardan 199 nəfəri hindistanlı, daha 29 nəfər isə amerikalıdır

30.04.2024 198
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 722
.

"Formula-1" yarışları yenidən İstanbulda keçiriləcək

"Formula-1" yarışları 2026-cı ildə yenidən İstanbulda olacaq. Bu barədə Türkiyənin Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy bildirib. Onun sözlərinə görə, tender prosesi ilə bağlı birinci mərhələ bitib və ərazi təslimi ilə bağlı ikinci mərhələ başlayıb. "Daha sonra 2026-cı ildən etibarə

30.04.2024 192
.

"Bu səfər ikili münasibətlərin daha da yüksək səviyyəyə qaldırılmasına kömək edəcək"-DEPUTAT

"26 aprel tarixində Prezident İlham Əliyevin Almaniyaya işgüzar səfəri oldu. Almaniyanın paytaxtı Berlində keçirilən "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində iştirak etdi.Prezident İlham Əliyevin Almaniyaya səfəri mühüm xarakter daşıyır. Ölkə prezidentinin Almaniyay

30.04.2024 113
.

Pakistanda güclü yağışlar nəticəsində 17 nəfər öldü

Pakistanın şimal-qərbində yerləşən Xyber-Paxtunkhva əyalətində güclü yağışlar yağıb. BİG.AZ xəbər verir ki, güclü yağışlar nəticəsində 17 nəfər həlak olub, 23 nəfər xəsarət alıb. Bu barədə Pakistanın "Associated Press of Pakistan" (APP) rəsmi xəbər agentliyi məlumat yayıb. Yağışlar səbəbində

30.04.2024 111
.

Korrupsiya əməliyyatı aparılan qurumdan GÖRÜNTÜLƏR - YENİLƏNİB + VİDEO

"Hazırda yoxlama var, hamı gedib, mənə deyiblər qapını heç kimə açma. Mən kiməm ki qapını açım". Bu fikirlər Baku TV-yə Səhiyyə Nazirliyinin tabeliyində fəaliyyət göstərən Respublika Sanitariya-Karantin Mərkəzində deyilib. Qeyd edək ki, bu gün Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübariz

30.04.2024 657
.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

30.04.2024 501
.

Naxçıvanda qadın intihar etdi

Naxçıvanda intihar hadisəsi olub. xəbər verir ki, hadisə şəhərin Əcəmi seyrangahı adlanan parkda qeydə alınıb. 52 yaşlı S.Tağıyeva burada çoxlu sayda dərman içərək özünü öldürmək istəyib. Qadın xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır

30.04.2024 211