Prezident İlham Əliyev – "Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq"

Prezident İlham Əliyev – "Əgər Ermənistan sülh istəmirsə sülh olmayacaq"Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda keçirilən dördüncü beynəlxalq konfransda çıxış edən Prezident İlham Əliyev regionda təhlükəsizlik məsələləri, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması, dünyada cərəyan edən qlobal proseslər, eləcə də enerji siyasətindən ətraflı danışdı.
Dövlətimizin başçısı konfransda iştirak edən nüfuzlu beynəlxalq ekspertlərin müxtəlif mövzularla bağlı suallarını da əhatəli şəkildə cavablandırdı. Azərbaycan Prezidentinin söylədiyi fikirlər və verdiyi cavablar bir sıra qaranlıq məsələlərə işıq saldı, regionun gələcəyi ilə bağlı aydın baxışlar formalaşdırdı.
Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində dünyada böyük nüfuz qazanan Azərbaycan artıq ən mühüm mövzuların müzakirə olunduğu mötəbər beynəlxalq tədbirlərin təşəbbüskarı və təşkilatçısı kimi tanınır. Xüsusilə Vətən müharibəsindən sonrakı dövrdə keçirilən beynəlxalq tədbirlərdə işğaldan azad olunan ərazilərimizin dirçəldilməsi, regionda sabitliyin təmin olunması və beynəlxalq nəqliyyat dəhlizlərinin mühüm komponentinə çevrilməsi istiqamətində görülən işlərin təbliğinə geniş yer verilir. Ən diqqətçəkən məqamlardan biri də odur ki, bu konfrans və forumların əhatə dairəsinin genişlənməsi və iştirakçılarının sayının çoxalması həmin tədbirlərə beynəlxalq səviyyədə marağın artdığını göstərir. Bu, həm də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın Vətən müharibəsində qazandığı Qələbədən dərhal sonra dövlətimizin başçısının Cənubi Qafqazın sülh və əməkdaşlıq regionuna çevrilməsi istiqamətində həyata keçirdiyi ardıcıl və mütərəqqi siyasətə beynəlxalq ictimaiyyətin yüksək diqqətinin və artan marağının əyani ifadəsidir.
Prezident İlham Əliyev konfransda bildirdi ki, əgər Ermənistan sülh istəmirsə, sülhün olmayacaqdır. Sülh sazişinin daha çox Ermənistanın marağına xidmət etdiyini diqqətə çatdıran Azərbaycan Prezidenti vurğuladı ki, tarix onlara dərs verməlidir. Azərbaycan lideri regionda yeni reallıqların müəllifidir və postmünaqişə mərhələsinin ümumi geosiyasi ab-havasının yenilənməsində əsas söz sahibidir. Həmçinin Azərbaycan diplomatiyası hər bir görüşdə müsbət məzmunlu sənədlərin qəbul edilməsində fəallıq göstərir.
Azərbaycan mövcud regional geosiyasi vəziyyəti obyektiv qiymətləndirir. O cümlədən regional əməkdaşlıq, sabitlik və inkişaf üçün təşəbbüslər irəli sürür. Azərbaycan regionda kommunikasiya xətlərinin, həmçinin Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Vətən müharibəsində əldə etdiyi möhtəşəm Zəfərlə Azərbaycan münaqişənin bitdiyini elan edib. Dövlətimizin başçısı İlham Əliyev hərbi əməliyyatlar bitdikdən sonra çıxışlarında qeyd edir ki, artıq münaqişə öz həllini tapıb, ölkəmiz sülh və təhlükəsizlik fonunda yeni səhifə açmağa hazırdır. Bu mənada Ermənistanın gələcəyi irəli sürülən təşəbbüslərə konstruktiv adekvat cavab verməsindən asılıdır. Bu nə qədər tez baş verərsə, bütün region üçün faydalı olacaq .

İlqar Əliyev - Dövlət İdarəçilik Akademiyası


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 406   Tarix: 05 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

İsrail əsgərləri İordan çayının qərb sahilində 15 fələstinlini həbs edib

İsrail əsgərləri İordan çayının qərb sahilində fələstinliləri həbs etməyə davam edir. BİG.AZ xəbər verir ki, hücum zamanı 15 fələstinlini həbs edilib. Bu barədə Fələstin Əsirlər Dərnəyi ilə Fələstin Azadlıq Təşkilatına bağlı Əsir və Azad Heyəti birgə bəyanat yayıb. Açıqlamada, İsrail ordusunun müxtəli

29.04.2024 199
.

Bu həftə 6 gün işləyəcəyik?

Bu il 9 May Qələbə Günü (bayram günü) həftənin 4-cü günə təsadüf edir, mayın 11-i və 12-si isə istirahət günləridir. xəbər verir ki, Bakıvaxtı.az-ın məlumatına görə, adətən iş və istirahət günlərinin ardıcıl olmasını təmin etmək məqsədilə "Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməs

11:00 920
.

Hava XƏBƏRDARLIĞI: Güclü külək əsəcək, temperatur 4-8 dərəcə enəcək

Qarşıdakı 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-1

14:03 355
.

Blinken və Paşinyan arasında telefon danışığl olub

ABŞ dövlət katibi Antoni Blinken Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb. xəbər verir ki, Blinken ABŞ-nin Ermənistan və Azərbaycan arasında davamlı sülh sazişi üzrə irəliləyişə dəstəyini təsdiqləyib. "Dövlət katibi Blinken bir daha bildirib ki, Birləşmiş Ştatlar Ermənistan v

29.04.2024 197
.

Nigeriyada qızılcadan 19 uşaq ölüb

Nigeriyanın şimal-şərqindəki Adamava əyalətində qızılcadan 19 uşaq ölüb. xəbər verir ki, Adamava əyalətinin səhiyyə komissarı Feliks Tanqvami açıqlamasında bildirib. Tanqvami ağır infeksiyaları olan uşaqların xəstəxanalara göndəriləcəyinə inandırıb

29.04.2024 366
.

Hakan Fidan Ər-Riyadda Blinkenlə görüşdü

Türkiyə xarici işlər naziri Hakan Fidan ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb. BİG.AZ xəbər verir ki, bu haqda türk mediası məlumat yayıb. Görüşün Ər-Riyadda olduğu bildirilib

29.04.2024 294
.

Əli Mirəliyev efirə parikdə gəldi

Müğənni Əli Mirəliyev "El canlı" verilişində qonaq olub. Axşam.az xəbəbr verir ki, ifaçı proqrama parikdə qatılıb. "Hər zaman başına parik qoyan və saç əkdirən həmkarlarımı ələ salmışam. İndi deyəcəklər ki, "Sən xeyir ola, başına protez saç qoydun?" Cavab verirəm ki, bunu mə

10:17 562
.

Şotlandiyanın ilk müsəlman Baş naziri istefa verib

Şotlandiyanın ilk müsəlman Baş naziri Həmzə Yusif tutduğu istefa verib. xəbər verir ki, Yusif Şotlandiyanın paytaxtı Edinburqda baş nazirin rəsmi iqamətgahı Bute House-da təşkil edilən mətbuat konfransında baş nazir və partiya lideri vəzifəsindən istefa verəcəyini açıqlayıb. Yusuf sırf hakimiyyəti saxlama

29.04.2024 297
.

Masallıda qıza görə dava: Təhqir olunan gənc özünü asdı

Aprelin 24-də Masallının Boradigah qəsəbəsində özünü asaraq intihar edən 15 yaşlı Şahin Quliyev barədə bəzi detallar üzə çıxıb. Yeniyetmənin atası Sahib Quliyev -a bildirib ki, oğlu bir ay ərzində mütəmadi olaraq həmyaşıdları tərəfindən təhqir olunub:. "Mən Rusiyada yaşayırdım, hadisəni eşidən kim

12:02 439