Dünyada bir İLK: Ana bətnindəki körpə beyin əməliyyatı olundu

Dünyada bir İLK: Ana bətnindəki körpə beyin əməliyyatı olunduABŞ-də alimlər xüsusi genetik xəstəliyə malik 34 həftəlik körpənin insultla doğulma riskinin qarşısını almaq üçün ana bətnində olarkən körpə üzərində beyin əməliyyatı keçiriblər.

BAKU.WS "Posta"ya istinadən xəbər verir ki, ABŞ-də hamilə qadının 30 həftəlik körpəsində "Galen damarının qüsuru" adlı genetik xəstəlik olduğu müəyyən edilib.

Hər 60 min körpədən birində görülən bu xəstəlik, insanın ömür boyu sağlamlıq problemləri ilə yaşamasına səbəb olur. Bu beyindəki arteriyalar qanı kapilyarların yerinə birbaşa venalara axıdarkən baş verir. Beləliklə, ürək qanla dolur və təhlükəli dərəcədə yüksək qan təzyiqi yaradır. Eyni zamanda, onların 11 yaşından əvvəl ölüm riski 30 faizdir.

Boston Uşaq Xəstəxanası və Massaçusets Xəstəxanasından 10 nəfərlik həkim qrupu bu körpəni ana bətnində əməliyyat etmək qərarına gəlib.O, hamiləliyin 34-cü həftəsində əməliyyat olunub. Körpənin ana bətnində olarkən beynində bu xəstəliklə bağlı ilk əməliyyat kimi ədəbiyyata daxil olan cərrahi prosedur müvəffəqiyyətlə nəticələnib.

Əməliyyatdan iki gün sonra körpə heç bir problem olmadan dünyaya gəlib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 744   Tarix: 05 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Birinci vitse-prezident Mehriban Əliyeva azərbaycanlı şahmatçı Ülviyyə Fətəliyevanı təbrik edib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycanın qadın şahmatçısı Ülviyyə Fətəliyevanı Yunanıstanın Rodos şəhərində keçirilən Avropa çempionatında qalib olması münasibəti ilə təbrik edib. xəbər verir ki, təbrikdə deyilir:. "Əziz Ülviyyə! Parlaq qələbə münasibətilə səni ürəkdən təbrik edirəm

29.04.2024 368
.

Azərbaycanda azyaşlıya qarşı seksual zorakılıq edən manyak ƏLƏ KEÇDİ

Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda azyaşlıya qarşı bir neçə dəfə seksual xarakterli zorakılıq hərəkətləri etmiş şəxs tutulub. -ın məlumatına görə, rayonun Xələc kənd sakini olan 1993-cü il təvəllüdlü Turan Yusifovun (şərti soyadlı) həmkəndlisinin oğluna qarşı seksual xarakterli hərəkətlə

21:13 0
.

ABŞ-də axtarışa getdikləri evdə silahlı hücum nəticəsində 4 polis ölüb

ABŞ-nin Şimali Karolina ştatında axtarış aparmaq üçün getdikləri evdə silahlı hücuma məruz qalan polislərdən 4-ü ölüb, 4-ü isə yaralanıb. xəbər verir ki, Şimali Karolina ştatının Şarlotta şəhərində axşam saatlarında məhkəmə qərarı ilə evdə axtarış aparmağa gedən polis əməkdaşlarına silahla hücum edilib

21:00 0
.

May ayından Ankarada çörək bahalaşacaq

May ayından Türkiyənin paytaxtı Ankarada çörək bahalaşacaq. xəbər verir ki, bu barədə türk mətbuatı bildirib. 200 qram çörək 10 TL(0,52 AZN) satılacaq

21:30 0
.

Baboşa pərəstiş edən iş adamı tənqid edildi - VİDEO

Aparıcı Sevinc Telmanqızının təqdimatında TV Müsavat-ın canlı efirində "Canlı debat" verilişi təqdim olunub. Sevinc Telmanqızı verilişdə tiktokerlərdən və onlara pərəstikarlıq edənlərdən danışıb. Ətraflı videoda:

10:51 972
.

"Yaş ötdükcə dodaqlar nazikləşir"

"Bu yaşıma qədər heç bir estetik əməliyyat etdirməmişəm". bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Sevda Yahyayeva "Xəbərin var?" verilişinə müsahibəsində deyib. O, yaşı artıqca müəyyən estetik toxunuşlar etdirəcəyini bildirib:. "Son fotosesiyam üçün dodağım

18:19 290
.

Dünyanın ən ucaboylu qadını vəfat etdi

Dünyanın ən uzun boylu qadınlarından biri sətəlcəm nəticəsində yaranan ağırlaşmalardan dünyasını dəyişib. xarici KİV-ə istinadən xəbər verir ki, iyirmi yaşlarının əvvəllərində olan Maria Feliciana 2 metr 25 santimetrlik boyu ilə məşhurlaşıb. Uzun illər o, dünyanın ən uzun qadını sayılırdı, lakin sonrada

29.04.2024 722
.

Meksikada 5,1 bal gücündə zəlzələ baş verib

Meksikada zəlzələ olub. BİG.AZ xəbər verir ki, zəlzələ 5,1 bal gücündə qeydə alınıb. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Zəlzələ yerin 143 km dərinliyində baş verib. Sunami təhlükəsi elan olunmayıb

16:09 120
.

Kolumbiyada hərbi helikopterin qəzaya uğraması nəticəsində 9 əsgər öldü

Kolumbiyada hərbi helikopter qəza edib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 9 əsgər ölüb. Bolivar inzibati ərazi dairəsinin Quaraperiya kəndi ərazisində qəzaya uğramış Mİ-17 HK3395 tipli hərbi helikopterdə olub. Ölənlər arasında 1 general və 8 hərbçi həlak olub. Kolumbiya prezidenti Qustavo Petr

15:38 104