Azərbaycanda insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?

Azərbaycanda insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?Hər bir ölkədə olduğu kimi, Azərbaycanda da bahalı mobil telefona və bahalı nömrəyə böyük məbləğdə pul verən, bunu prestij hesab edən insanlar var və onların sayı az deyil.
Maraqlısı isə odur ki, bəzən bu addımı atanlar arasında maddi vəziyyəti yaxşı olmayanlara, prestij üçün kredit yükünün altına girənlərə də rast gəlinir.
Məsələn, aylıq gəliri 500-1 000 manat civarında olanlar dəyəri təxminən beş min manat olan "İphone 14 Pro Max" markalı mobil telefon işlətməkdən çəkinmirlər. Bəziləri isə hətta bir qədər də irəli gedərək telefondan da baha olan mobil nömrələr alırlar. Məsələn, ölkədə, əsasən, yüksəkvəzifəli şəxslərin işlətdikləri, dəyəri 10 min manatdan az olmayan, 211-lə başlayan mobil nömrələrin müştərisi olan sadə vətəndaşlar var. Eyni sözü avtomobil nömrələri haqqında da demək olar. Bəs insanlar bahalı mobil telefonu və bahalı nömrəni niyə alırlar?

"Report" bu mövzu ilə bağlı ekspertlərin rəyini öyrənib.

"Bu, psixoloji xəstəlikdir"

Sosioloq Elçin Bayramlı hesab edir ki, Azərbaycanda bahalı mobil telefonlara və nömrələrə meyillilik psixoloji amillərlə bağlıdır:
"Azərbaycanda insanların bahalı mobil telefon və nömrə ilə özünü təsdiq etmək, başqalarından üstün görünmək kimi bir həvəsi var və bu, artıq xəstəlik həddinə çatıb. Yəni mən bunu psixoloji xəstəlik hesab edirəm. Təəssüf ki, bu cür xərcləmələr bir çox hallarda borclanmalara, müflis olmalara, ailədaxili münaqişələrə, hətta boşanmalara gətirib çıxarır.
Məsələnin digər narahatlıq doğuran tərəfi isə odur ki, maddi vəziyyəti yaxşı olmayanlar da belə dəbdəbəyə maraq göstərirlər. Halbuki, insanın dəyəri hansısa cihaz və yaxud nömrə ilə deyil, onun şəxsiyyəti, əxlaqı, biliyi, savadı ilə ölçülməlidir. Məsələn, Qərb ölkələrində - Avropada bahalı mobil telefonlardan və nömrələrdən yalnız kiçik qrup istifadə edir. Onlarda belə hallar heç də düzgün qəbul olunmur".
"İnsanlar fərqlənmək istəyirlər"

Psixoloq Könül Babayeva da hesab edir ki, insanların bahalı telefon və nömrəyə meyilli olmaları onların başqalarından fərqlənmək istəyindən irəli gəlir:
"Dəbdəbəli əşya status göstəricisidir, bunları alan şəxs "mən sizdən fərqlənirəm, mənim bu cür bahalı telefon almağa pulum var və demək ki, sizdən daha güclüyəm" mesajı verir. Bahalı əşya aldığı zaman insanların beynində endorfin, el dilində desək, "xoşbəxtlik" hormonu ifraz olunur, alış-veriş edənin emosional vəziyyəti yüksəlir. İnsanda qısa müddətli olaraq seçilmişlik və elitlik illüziyası yaranır, bu da onu müəyyən müddətdə xoşbəxt edir. Əlbəttə ki, fərqlənmək üçün intellektual inkişaf, erudisiya, nizam-intizam və əməklə əldə olunan uğur da istifadə oluna bilər".. Onun fikrincə, azərbaycanlıların dəbdəbəyə meyilliliyinin tarixi amilləri də var:
"Bu, bütün postsovet məkanında geniş yayılıb. Çünki insanlar bir əsrə yaxın müddət ərzində defisit içində yaşayıblar. Bərabərlik ideologiyası insanların beyninə yeridilirdi, halbuki yüksək vəzifələrdə olanlar ideologiyanın tam əksini edirdilər. Yalnız səlahiyyətli və rəhbər şəxslərin dəbdəbəli əşyalara əli çatırdı (bahalı zinət əşyaları, xəz-dəri geyimlər və s). Bəzi adamların pulu olsa da, defisitə görə dəbdəbəli əşyaları əldə edə bilmirdilər. Sonra sovet sistemindən kapitalizmə keçid baş verdi, sərhədlər açıldı və bahalı mallar daha əlçatan oldu. Artıq onları əldə etmək üçün pul lazımdı. Ona görə əlinə pul keçən şəxslər özlərini elitar və güclü hesab etmək üçün dəbdəbəyə meyil göstərdilər.

Sosial psixologiyaya görə, insanlar daha güclü olanlara, daha yüksək sosial pillədə olan adamlara bənzəmək istəyirlər. Buna görə də bahalı əşyaların saxta surətlərinə da maraq çoxdur. Halbuki ABŞ-də vəziyyət fərqlidir. Artıq varlı insanlar dəbdəbəyə əvvəlki kimi meyil göstərmirlər. Onlar pullarını daha bahalı olan ekoloji təmiz məhsullara, qidaya, ev alarkən daha bahalı və keyfiyyətli inşaat materiallarına xərcləməyə üstünlük verirlər".


BiG.Az Telegramda izləyin instagramda izləyin
  Baxılıb: 1064   Tarix: 04 may 2023  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Pulsuz bonuslara sahib ən yaxşı oyunlar

Bildiyiniz kimi Azərbaycanda fəaliyyət göstərən onlarla oyun saytı, bukmeker kontoru var. Ümumiyyətlə real oyun ilə onlayn oyunnu bir-birindən ayıran əsas xüsusiyyətlərdən biri də bonuslardır. Onlayn oyunların real oyunlardan fərqli olaraq bonuslar təklif etməsi müştərilər üçün bir üstünlükdür. Telefonda

01.06.2021 886
.

Ağır qəza törədən reperin qanında NARKOTİK AŞKARLANDI

Xəbər verdiyimiz kimi, Rusiyada "Elley" ləqəbi ilə tanınan məşhur azərbaycanlı repçi Elmin Quliyev ağır qəza törədib. -a istinadən bildirir ki, hadisə ötən gün Moskvanın Ostojenko küçəsində baş verib. O, idarə etdiyi "Infiniti" markalı avtomobillə "Mercedes"lə toqquşub v

23.09.2020 1997
.

Ebru hər kəsi heyran edən LİBASI haqqında danışdı - "Son xatirəsidir" - FOTO

Sevilən ifaçı Ebru Gündeş aprel ayında vəfat edən stilist Nur Yerlitaşın imzası olan əlbisəni konsertində geyinib. türk mediasına istinadən xəbər verir ki, təkcə səsi ilə deyil, həm də görüntüsü ilə izləyiciləri heyran edən sənətçi konsertdə yaxın dostu olan Nurun onun üçün hazırladığı əlbisəni geyinərə

27.08.2020 9020
.

Bakıda ekspres avtobus xətlərinin iş qrafiki dəyişdirildi

Bakıda sərnişinlərin rahatlığını təmin etmək məqsədilə ekspres xətlərin iş qrafiki dəyişdirilib. Bakı Nəqliyyat Ağentliyindən (BNA) -a verilən məlumata götə, gündəlik sərnişin axını, daha çox sərnişin tələbatı olan istiqamətlər, tələbatın günün saatlarına uyğun dəyişməsi ilə bağlı vəziyyət təhlil olunur

08.07.2020 1386
.

Çimərliklərə giriş qadağandır? - RƏSMİ AÇIQLAMA

Sosial şəbəkələrdə həftənin şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyət göstərmədiyi səbəb gətirilərək çimərliklərə girişin qadağan olunduğu ilə bağlı məlumat yayılıb. xəbər verir ki, məsələ ilə bağlı Unikal.org-a açıqlama verən Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədo

07.08.2020 2799
.

Bakıda AİLƏ FACİƏSİ - Bacısı uşağının ölümünə səbəb oldu

Bakıda 1 yaşlı uşağın ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib. -a istinadən xəbər verir ki, Xətai rayonu Əhmədli kəndində yaşayan şəxs BMW markalı avtomobilini arxaya doğru hərəkət etdirərkən bacısının 1 yaşlı övladının üzərindən keçib. 2019-cu ildə anadan olmuş və yenicə ayaq açıb yeriyən körp

10.09.2020 3185
.

DİN sürücülərə müraciət etdi

Daxili İşlər Nazirliyi (DİN) yol hərəkəti iştirakçılarına müraciət edib. DİN-dən BİG.AZ-a verilən məlumatda bildirilir: . "Sentyabrın 28-i saat 00:00-dan Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyət elan olunub və Bakı şəhəri daxil olmaqla ölkənin 22 inzibati ərazisində saat 21:00-da

03.10.2020 2079
.

Bərbərxana və gözəllik salonları yenidən bağlanır

Xəbər verdiyimiz kimi, iyunun 21-dən iyulun 5-dək Bakı, Sumqayıt, Abşeron, Gəncə, Yevlax, Cəlilabad, Lənkəran və Masallıda xüsusi məhdudiyyətlər tətbiq olunacaq. "Qafqazinfo"nun məlumatına görə, məhdudiyyətləri tətbiq olunduğu müddət ərzində bərbərxana və gözəllik salonları bağlanacaq. Bun

18.06.2020 2779
.

Gəncədə yaşayan Abbas Bağırov xalqa ÇAĞIRIŞ ETDİ - FOTOLAR

Müğənni Abbas Bağırovdan xəbər var. xəbər verir ki, hazırda Gəncədə yaşayan əməkdar artist "İnstagram" səhifəsində erməni vandllarının oktyabrın 10-da törətdiyi Gəncə hadisələri ilə bağlı paylaşım edib. Müğənni paylaşımına belə şərh yazıb:. "Azərbaycanın döyüş nöqtələrində və dinc əhalini

12.10.2020 3727