Ronaldu Messinin komanda yoldaşı ola bilər

Ronaldu Messinin komanda yoldaşı ola bilərFransanın "Pari Sen-Jermen" (PSJ) klubu "Mançester Yunayted"inin futbolçusu Kriştianu Ronaldu ilə maraqlanır.

"Report" xəbər verir ki, bu barədə jurnalist Pedro Almeyda öz tviter səhifəsində yazıb.

Qeyd olunub ki, "Pari Sen-Jermen"in futbol müşaviri Luis Kampos mümkün transferlə bağlı futbolçunun agenti Jorj Mendeş ilə əlaqə saxlayıb.

"Mançester Yunayted" ötən mövsüm Premyer Liqanı 6-cı pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqə qazana bilməyib. Bu fakt onun İngiltərə yığmasında qalmaq istəyinə təsir edir. PSJ də öz növbəsində Fransa çempionatının qalibi kimi turnirə qatılacaq.

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu İngiltərənin "Mançester Yunayted" klubunun ardıcıl üçüncü məşqində iştirak etməyib. 37 yaşlı hücumçunun mövsümöncəsi Avstraliya və Taylandakı hazırlıq prosesinə qoşulub-qoşulmayacağı bəlli deyil.

Təcrübəli oyunçu formada qalmaq üçün hazırda ölkəsində məşq bazasındadır. Portuqaliyalı forvard bu yaxınlarda "qırmızı şeytanlar"dan ayrılmaq istədiyini bildirib və agentindən yeni komanda tapmasını xahiş edib.

Qeyd edək ki, "Mançester Yunayted" ötən mövsüm Premyer Liqanı 58 xalla 6-cı sırada başa vurub. Ronaldu ümumilikdə "qırmızı şeytanlar"da 38 matça çıxıb və 24 qola imza atıb. Təcrübəli forvardın klubla müqaviləsi 2023-cü ilin yayında başa çatmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 757   Tarix: 10 iyul 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycan cüdoçuları Avropa Kubokunun ilk günündə yeddi medal qazanıblar

Almaniyanın paytaxtı Berlin şəhərində cüdo üzrə yeniyetmələr arasında Avropa Kuboku turnirinin ilk yarış günü arxada qalıb. Bu barədə Azərbaycan Cüdo Federasiyasının Mətbuat Xidməti məlumat yayıb. Bildirilib ki, Azərbaycan idmançıları yarışın ilk günündə üç qızıl, iki gümüş və iki bürünc medal qazanıblar

14.04.2024 258
.

"Qurban Qurbanov instaqram nədir, onu da bilmir"

"Qurban Qurbanovun göstərdiyi nəticələr elə nəticələrdir ki, onu qarşımıza hədəf kimi qoymuruq. İstər Türkiyə, istər Rusiya, Niderland, istərsə də, Belçika məşqçiləri olsun, onlar bu uğuru təkrarlaya bilməzlər". "Qafqazinfo" xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşa

04.04.2024 613
.

"Araz Naxçıvan"ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

"Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb. Bu barədə "Report"a 39 yaşlı mütəxəssis bildirib. "Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliy

06.04.2024 302
.

Stadnikdən başqa hamısı uduzdu

Bakıda güləş üzrə Avropa Olimpiya Təsnifat turniri davam edir. "Qafqazinfo" xəbər verir ki, Azərbaycanın qadın güləşçisi Mariya Stadnik turnirə uğurla başlayıb. 50 kq çəki dərəcəsində mübarizə aparan onqat Avropa və ikiqat dünya çempionu 1/4 finalda litvalı Qabija Dilite üzərində 10:0 hesabl

06.04.2024 343
.

"Bavariya"nın baş məşqçisi postuna əsas namizədin adı açıqlanıb

Almaniya yığmasının baş məşqçisi Yulian Nagelsman "Bavariya"dan Tomas Tuxelin gedişindən sonra komandaya rəhbərlik etmək üçün idman direktoru Maks Eberlin əsas favoritidir. Eberl 2024-cü ilin martında "Bavariya"ya gəlib. O, Almaniya Futbol Assosiasiyasında Rudi Föllerin roluna bənzə

13.04.2024 295
.

Neymar üç milyon dollar məbləğində cərimələndi

Braziliya millisinin ulduz futbolçusu Neymar üç milyon dollarlıq cərimə ödəyəcək. Məlumata görə, ulduz futbolçu Braziliyadakı evinin həyətindəki göl üçün dövlətə üç milyon dollar cərimə ödəməli olacaq. Neymar bu cərimənin məntiqsiz olduğunu və tələb olunan məbləği ödəməyəcəyini bildirib. Qeyd edək ki

12.04.2024 454
.

Rövşən Nəcəf: "Neftçi" - "Qarabağ" oyununda heç bir komandaya azarkeşlik etməyəcəyəm"

AFFA-nın yeni prezidenti Rövşən Nəcəf "Neftçi" və "Qarabağ" komandaları arasında bu gün keçiriləcək Azərbaycan Kubokunun yarımfinal mərhələsinin ilk oyununda heç bir komandaya azarkeşlik etməyəcəyini söyləyib. "Report" xəbər verir ki, funksioner bu barədə mətbuat konfransınd

02.04.2024 384
.

Paris Yay Olimpiya Oyunlarının məşəli alovlandırıldı - VİDEO

Fransanın paytaxtı Paris şəhərində 2024-cü ildə təşkil olunacaq Yay Olimpiya Oyunlarının məşəli alovlandırılıb. Ənənəvi tədbir Yunanıstanın qədim şəhəri Olimpiada gerçəkləşib. İlk məşəl daşıyan fransalı, 2004-cü ildə üzgüçülük üzrə Olimpiya çempionu Laure Manadu olub. Qeyd edək ki, Fransada təşkil ediləcə

16.04.2024 304
.

"Çelsi"nin keçmiş baş məşqçisi "Portu"nun prezidenti olub

Portuqaliyalı futbol məşqçisi Andre Villaş-Boaş "Portu"nun prezidenti olub. "Report" xəbər verir ki, bu barədə Portuqaliya klubunun mətbuat xidməti məlumat yayıb. "Andre Villaş-Boaş "Portu"nun yeni prezidentidir. 26 876 üzv qurumun 32-ci rəhbərini seçib", – məlumatd

28.04.2024 173