Əgər Mübariz Mənsimov kirli oyunlarına davam edərsə...

Əgər Mübariz Mənsimov kirli oyunlarına davam edərsə...Palmali Şirkətlər Qrupunun sahibi, iş adamı Mübariz Mənsimov maliyyələşdirdiyi saytlar vasitəsi ilə özünü "qəhrəman" kimi qələmə verməyə çalışır. Hətta Azpolitika.info Mübariz Mənsimovun Bakıdakı adamının pul verdiyi sayt rəhbərləri ilə görüşdüyü məkanı belə araşdırıb. Araşdırma zamanı onlar müəyyən ediblər ki, Mübariz Mənsimovun yaxın adamı hesab olunan və hazırda QHT sektorunda olan, bir neçə il öncə ad-soyadını dəyişən o şəxs satın aldığı sayt rəhbərləri ilə "20 yanvar" metrosu yaxınlığında yerləşən "Ləvəngi" restoranında görüşür.

Sonxeber.az xəbər verir ki, Mübariz Mənsimov bu dəfə satın aldığı mətbuat orqanları vasitəsi ilə özü üçün "xeyriyyəçi" obrazı yaratmağa çalışır. O bu yolla illərdir ki, ölkəmizə qarşı həyata keçirdiyi çirkin oyunları və qaralama kampaniyalarını ört-basdır etməyə çalışır.

Təəssüf ki, bu dəfə Mübariz Mənsimov 44 günlük Vətən müharibəsində öz canları hesabına ərazi bütövlüyümüzü bərpa edən şəhidlərin analarından istifadə edərək "vətənpərvər" xeyriyyəçi obrazı yaratmağa çalışır. Hər dəfə açıqlamalarında "Şirkətimdə üçüncü nəsil erməni olsa, dərhal onu qovaram" deyən Mübariz Mənsimov vaxtilə ABŞ xəzinəsini bir milyard dollarlıq aldadan və 130 il həbs cəzası istənilən amerikalı iş adamı Levon Termencyanla şərik olub. Onlar birlikdə 2016-cı ildə "Palmali USA LLC" gəmi şirkətini yaradıblar. Bu əməkdaşlıq bir daha Mübariz Mənsimovun söylədiyi sözlərin "boğazdan yuxarı" səsləndirilən fikirlər olduğunu sübuta yetirir. Görünür, Mübariz Mənsimov pafoslu fikirlərlə özünü "xalq qəhrəmanı" kimi qələmə verməyə çalışır. Lakin sonuncu müsahibəsi ilə bu maskanı elə özü cırmış oldu.

Mübariz Mənsimov unutmamalıdır ki, o, azərbaycanlı olaraq, yaşadığı ölkədə ölkəmizi yüksək səviyyədə təmsil etməldir. Əsası olmayan, şər-böhtan xarakterli fikirlərlə soydaşlarımızın nifrətini qazanmamalıdır. Necə deyərlər, sonrakı peşmançılıq fayda verməz. Əgər Mübariz Mənsimov kirli oyunlarına davam edərsə, satın aldığı saytlar və jurnalistlər belə, pafoslu saxta yazılarla onun itirdiyi sevgini, hörməti qazandıra bilməyəcəklər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2909   Tarix: 12 may 2022  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Şairdən Üzeyir Hacıbəyliyə qəribə təbrik: "Bunu sənə bağışlamaq olmur..."

"Xöşbəxt adamsan ki, Azərbaycan musiqisinin bu gününü görmədin". Qaynarinfo xəbər verir ki, bunu nəğməkar şair, Əməkdar İncəsənət Xadimi Baba Vəziroğlu dahi bəstəkar Üzeyir Hacıbəylini ad günü ilə əlaqədar təbrikdə yazıb. Şair bildirib ki, Üzeyir bəyin vaxtsız ölümü ilə Azərbaycan musiqis

18.09.2021 3544
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693