İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısındaFövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Pravda.az xəbər verir ki, Ali Məhkəmənin hakimi Nazim Mövsümovun sədrliyi ilə keçiriləcək prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası mayın 1-nə təyin edilib.

Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 3 il 6 ay azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın apellyasiya şikayəti veriblər. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil. O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib.

Z.Mirzəyev ötən ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Z.Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonunadək iş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 583   Tarix: 29 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum oldu: İş yoldaşı saxlanıldı

Müsavat Partiyasının itkin düşmüş fəalının qətlə yetirildiyi məlum olub. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, Natiq Məhəmməd oğlu Mehdinin itkin düşməsi barədə polisə daxil olmuş müraciət üzrə araşdırma aparılıb. 1964-cü il təvəllüdlü Natiq Məhəmmə

14.05.2024 314
.

"Kızılcık şerbeti"nin aktrisası narkotikə görə saxlanılıb

"Kızılcık şerbeti" serialında "Nilay" obrazını canlandıran aktrisa Feyza Civelek polis tərəfindən saxlanılıb. Axşam.az xəbər verir ki, 29 yaşlı aktrisanın narkotik sifariş etdiyi ortaya çıxıb. Hadisə 29 oktyabr 2023-cü ildə baş verib. Beşiktaş İctimai Asayiş Bürosuna bağlı qrupla

14.05.2024 481
.

"Müğənnilər efirlərə nə gəldi geyinir, amma gücləri meyxanaçılara çatır"

"Bəzi müğənnilər heç efir geyimlərini bilmirlər. Qadın, kişi müğənniləri efirlərə nə gəldi geyinir. Bir kəlmə də irad bildirən yoxdur. Onların gücü ancaq meyxanaya, meyxanaçılara çatır". Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov sosial şəbəkə izləyicilərinin səsləndirdiy

14.05.2024 233
.

Hindistanda toz fırtınası oldu: 8 ölü, 59 yaralı

Hindistanın Mumbay şəhərində toz fırtınası olub. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində 8 nəfər ölüb, 59 nəfər xəsarət alıb. Onların yıxılmış reklam lövhəsi altında qalaraq öldüyü məlum olub. Bu barədə Hindistanın NDTV kanalı məlumat yayıb. Milli Fəlakətlərə Cavab Qüvvələri (NDRF) bildirib ki, dağıntıla

14.05.2024 130
.

Azərbaycanda dəhşətli qəzada həlak olan qazinin GÖRÜNTÜSÜ

Bu gün Zaqatalada baş verən dəhşətli qəzada ölənlərdən biri qazi olub. -ın məlumatına görə, qəzada həlak olan Samir Həsənov həm də Zaqatala rayonu, Bəhmətli kənd orta məktəbində hərbi hazırlıq müəllimi vəzifəsində çalışırmış. Qeyd edək ki, VAZ-21013 markalı avtomobilin "Chevrolet" markalı avtomobil

13.05.2024 1134
.

"Trendyol Azərbaycan" daşıma qiymətlərini qaldırdı - Açıqlama

Türkiyənin onlayn alış-veriş platforması olan "Trendyol"un Azərbaycana məhsul çatdırılma xidmətində qiymət dəyişikliyi ilə bağlı məlumatlar yayılıb. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə istifadəçilər daşıma qiymətlərinin təxminən 2 dəfəyə qədər artdığını qeyd edirlər. İddi

14.05.2024 692
.

Azərbaycanda yüksəkvəzifəli şəxs işdən azad edildi

Milli Hematologiya və Transfuziologiya Mərkəzinin icraçı direktoru Valeh Hüseynov vəzifəsindən azad edilib. "Qafqazinfo"nun sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib ki, o, öz ərizəsi ilə işdən ayrılıb. Məlumata görə, hələlik onun yerinə təyinat olmayıb. Qeyd edək ki, V.Hüseyno

14.05.2024 233
.

Dövlət Baxçalıdan "Avroviziya"ya tənqid: "Utancvericidir"

Türkiyənin Milliyətçi Hərəkat Partiyasının sədri Dövlət Baxçalı "Avroviziya 2024" beynəlxalq mahnı müsabiqəsinin qalibi İsveçrə təmsilçisi Nemonu tənqid edib. Axşam.az xəbər verir ki, MHP başqanı kişi sənətçinin üzündə makiyaj, əynində ətəklə səhnəyə çıxmasını utancverici adlandırıb. "İsveçi

14.05.2024 484
.

Sabah yenə yağış yağacaq

Mayın 15-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə BİG.AZ-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Laki

14.05.2024 361