Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏROktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq.

Xəzərxəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib.

N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

"Təhsil-tələbə kreditləri təhsil üçün yeni bir mexanizmdir. Fondun 80 milyon manatlıq büdcəsi var. Bu il ərzindən təxminən 40 minə yaxın tələbəyə təhsil kreditlərinin verilməsini həyata keçirəcəyik. Burada həm bakalavr, həm də magistr pilləsində kreditlərin verilməsindən söhbət gedir. Təhsil-tələbə kreditinin iki forması nəzərdə tutulub. Biri sosial kreditlərdir, digəri isə standart təhsil-tələbə kreditidir. Sosial kreditlər əsasən sosial qruplardan olan tələbələrə təhsil haqlarını ödəməyə imkan verəcək.

Həmin kateqoriya müəyyənləşdirilib. Burada xüsusi güzəştlər də var. Məsələn, siz 4 il ərzində kredit almısızsa, 4 ildən sonra sizə müəyyən güzəşt dövrü verilir. Oğlanlar hərbi xidmət dövründə kreditin qaydarılmasından azaddır. Qızlar isə ailə qurublarsa, onların analıq məzuniyyəti dövrü və ondan əvvəlki dövr güzəşt dövrü hesab edilir. Həmçinin əgər tələbə iki il işləmirsə, həmin müddətdə krediti qaytarmaqdan azaddır. Kreditin qaytarılması dövrü də kifayət qədər uzunmüddətli bir dövrdür".

Şöbə müdiri kreditin qaytarılmasında digər güzəştlərin də nəzərdə tutulduğunu qeyd edib:

"Sosial kredit alanların smestr imtahanlarında balı 71 baldan yuxarıdırsa, həmin smestr üçün faiz hesablanmır. Əgər bütün təhsil müddəti dövründə 91 baldan yüksəkdirsə, bu zaman ümumiyyətlə aldığınız kreditin 50 faizini qaytarmaqdan azad olunursunuz və digər hissənin faizləri də kifayət qədər aşağı olur. Standart krediti üçünsə orta müvəffəqiyyət göstəricisi yüksək olanlar və qəbul imtahanlarında yüksək bal toplayanlar müraciət edə bilər. Bu, Azərbaycan təhsil sistemində inqilabi dəyişiklikdir".

N.Məmmədlinin sözlərinə görə, tələbənin orta müvəffəqiyyət göstəricisinin hesablanması üçün yeni sistem də yaradılıb:

"Söhbət 170-180 min tələbədən gedir. Əlbəttə ki, birinci semestrdən müraciət edənlərə də kreditlərin verilməsi nəzərdə tutulub. Bunun üçün keçid balı tələb olunur. Bu da şura tərəfindən müəyyənləşdirilib. Bütün bunların hamısının vahid elektron bazada toplanması, sığorta, bank sisteminin qurulması uzun vaxt aparır. Lakin oktyabrın əvvəllərindən etibarən kreditlərin verilməsinə başlamağı hədəfləmişik. Proses qaydasına düşəndən sonra öz axarınca davam edəcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 2497   Tarix: 18 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Qardaşım efirə çıxmağa icazə vermirdi"

"Bilirdiniz ki, uzun müddət səhnəyə çıxmırdım. Atamın aşıq olmasına baxmayaraq sinəsindəki sazı ilə övladlarının hər birini oxudurdu. Biz Dostəliyevlər ailəsi sayılırdıq. Bacım rəhmətlik Zeynəb də oxuyurdu. Dörd qardaşımın hər biri musiqi alətlərinin sənətkarlarıdır". Axşam.az xəbər verir ki

26.04.2024 331
.

Qubada müxtəlif təyinatlı kəsici-deşici alətlər satan şəxslər saxlanılıblar

Müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışı və gəzdirilməsinin ictimai təhlükəsizliyə aşkar təhdid yaratması nəzərə alınaraq, onların satışının qarşısının alınması istiqamətində Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən tədbir keçirilib. Bu barədə -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbua

15:30 0
.

Braziliyada fəlakət: Evsizlərin qaldığı oteldə baş verən yanğında 10 nəfər ölüb

Braziliyanın cənubundakı Porto Aleqri şəhərində evsizlərin qaldığı oteldə yanğın olub. BİG.AZ xəbər verir ki hadisə nəticəsində 10 nəfər ölüb, 10 nəfər yaralanıb. Ölənlərin sayının artacağı gözlənilir. Porto Aleqre Bələdiyyə Başçısı Sabastiao Melo sosial media hesabından verdiyi açıqlamada, ilkin məlumatlar

10:00 72
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

26.04.2024 467
.

İsrailin hücumları nəticəsində 10 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsi və İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhərinə təşkil etdiyi hücumlarda 10 fələstinli həyatını itirib. xəbər verir ki, İsrail ordusunun Qəzzanın mərkəzi hissəsindəki Ən-Nüseyrat Qaçqınlar Düşərgəsinə təşkil etdiy

10:52 128
.

Azərbaycan hərbçiləri İtaliyada - FOTO

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin bir qrup hərbi qulluqçusu İtaliya Respublikasının Livorno şəhərində keçiriləcək beynəlxalq dənizçilik yarışlarında iştirak etmək məqsədilə bu ölkədə səfərdədir. Bu barədə BİG.AZ-a Azərbaycan Müdafiə Nazirliyindən bildirilib. Qeyd olunub ki, səfər çərçivəsində hərb

12:41 133
.

Azərbaycanda hakim intihar etdi

Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib. -ın əldə etdiyi məlumata görə, 62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub. O, ağır xəstəlikdən - şəkərli diabet əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən haki

15:06 0
.

Rihannadan növbəti fotosessiya - FOTO

Dünyaca məşhur müğənni Rihanna yeni fotosessiya elətdirib. BİG.AZ xəbər verir ki, o popular brendlərin birinin modeli kimi yer alıb. O həmin çəkilişdə ağac olub. Onun görünüşü izləyiciləri təəccübləndirib

26.04.2024 477
.

"Pulumun bitəcəyinə heç inanmazdım" - Serdar Ortaç

Müğənni Serdar Ortaç pulunun bitdiyini deyib. xəbər verir ki, o, türk mətbuatına açıqlama verib. "Pulumun bitəcəyinə heç inanmazdım. Deməli, olurmuş" ,- deyə o qeyd edib

26.04.2024 596