Hikmət Babaoğlu: " ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz"

Hikmət Babaoğlu: " ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz"Milli Məclisin deputatı, "Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu BiG.AZ saytının suallarını cavablandırıb.

- Prezident İlham Əliyev 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edib. Bu qərarın tarixi əhəmiyyəti nədən ibarətdir?

- Azərbaycan Xalq Cümhuriyyəti dövlətçilik tariximizin ən mühüm həlqələrindən birini təşkil edir. Xalq Cümhuriyyəti XX əsrin əvvəllərində yaranan Azərbaycan milli dövlətçilik təfəkkürünün institusional-funksional qurumu olaraq meydana çıxıb. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və fəaliyyəti ilə müstəqil dövlətçiliyimizin hüquqi, siyasi, ideoloji, mədəni və tarixi əsasları müəyyənləşdirildi. Bu, sonrakı mərhələdə Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması üçün mühüm əhəmiyyətə malik oldu. Bir sözlə, Azərbaycan Xalq Cümhuriyyəti tariximizin çox mühüm səhifələrindən birini təşkil edir. Məhz Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası zamanı Prezident İlham Əliyev qeyd etdi ki, yüz il bundan əvvəl müsəlman aləmində ilk dəfə olaraq demokratik respublika yaradılıb: "Biz fəxr edirik ki, bu respublikanı Azərbaycan xalqı yaradıb və bir daha bütün dünyaya nümayiş etdirib ki, Azərbaycan xalqı böyük xalqdır, istedadlı xalqdır, azad xalqdır. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması və iki il ərzində fəaliyyəti tarixi hadisə idi".

Azərbaycan Xalq Cümhuriyyətinin qurulduğu tarix çox mürəkkəb dövrü əhatə edir. XX əsrin əvvəllərində tarix xalqların iradəsini, dövlətçilik şüurunu yenidən imtahana çəkirdi. 1828-ci ildə baş tutan işğal faktından sonra Azərbaycan xalqı öz müstəqilliyini itirmişdi. Təqribən 90 il sonra yeni əsrin çağırışlarına uyğun olaraq yeni bir dövlət qurmaq zərurəti meydana çıxmışdı. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması çox mühüm tarixi, siyasi əhəmiyyətə malik olmaqla Azərbaycan dövlətçilik tarixinin xüsusi bir səhifəsini təşkil edir. Bu, həm də təqribən 100 illik müddət keçməsinə baxmayaraq, Azərbaycan cəmiyyətinin və onu təşkil edən ayrı-ayrı fərdlərin dövlətçilik şüurunun daşıyıcıları olmasını göstərir. 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsindən sonra azərbaycanlıların bir hissəsi Çar Rusiyanın tərkibində müsəlman icması kimi yaşayırdı. Azərbaycan Xalq Cümhuriyyətinin yaranma ideayası o dövrdə Çar Rusiyasında baş verən tarixi proseslərlə əlaqəli idi. Bu mərhələdə Azərbaycan xalqı sübut etdi ki, dövlət qurmaq istedadına malikdir.

1920-ci ilin aprelin 28-də XI Qızıl Ordu Azərbaycanı işğal etdi və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqilliyinə son qoyuldu. Əgər 1918-ci ildə Xalq Cümhuriyyəti qurulmasaydı, sonrakı mərhələdə SSRİ təşkil olunarkən Azərbaycan, bəlkə də bu İttifaqın tərkibinə müttəfiq respublikalardan biri kimi yox, muxtar vilayət kimi daxil olardı. Eyni zamanda, tarixdə Azərbaycan Xalq Cümhuriyyəti olmasaydı, SSRİ-nin dağılmasından sonra ölkəmiz yalnız Rusiya Federasiyasının subyekti kimi hüquqi status qazana bilərdi. Prezident İlham Əliyev qeyd etdi ki, bugünkü Azərbaycan, müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin bütün demokratik ənənələrinə sadiqik və bu ənənələri yaşadırıq".

Həqiqətən, XX əsrin əvvəllərində bəzi Avropa ölkələrində mütərəqqi dəyərlər olmadığı halda Azərbaycan Xalq Cümhuriyyəti qadınlara səsvermə hüququ verdi, demokratik inistitutlar formalaşdırıldı, sərbəst özünüifadə imkanları yaradıldı. Həmin dövrdə demokratik sistemə sahib olduğu iddia edilən Avropanın bəzi ölkələrində hüququ 1930-cu illərdən sonra verildi. Hətta bəzi dövlətlərdə qadınlara səsvermə hüququ II Dünya müharibəsindən sonra verilmişdi.

Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edərkən diqqətə çatdırdı ki, il ərzində həm ölkəmizdə, həm xaricdə bununla əlaqədar bir çox tədbirlər keçiriləcək. Əlbəttə, biz daxili auditoriyada 100 ilik tariximizi yenidən təkrarlayacağıq. Hər bir azərbaycanlının fəxr etdiyi tarixi xatırlamaqla xalqımızda milli dövlətçilik şüurunun yenilənməsini təbliğ etmiş olacağıq, öz tariximizi yenidən öyrənəcəyik. Xaricdə keçiriləcək tədbirlər vasitəsilə bütün dünyaya Azərbaycanın 100 il bundan əvvəl demokratik cümhuriyyət yaratdığını nümayiş etdirəcəyik.

AXC-nin Azərbaycanın dövlətçilik tarixindəki rolu daim xatırlanır, bu tarixə böyük diqqət və ehtiram göstərilir. Böyük dövlət xadimi, xalqımızın Ümummilli lideri Heydər Əliyev və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev hər zaman Azərbaycan Xalq Cümhuriyyətinin ölkəmizin dövlətçilik tarixində mühüm yerə malik olduğunu bildirir. Ulu öndər Heydər Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinin keçirilməsi haqqında, Azərbaycan Xalq Cümhuriyyətinə abidə ucaldılması haqqında sərəncamları, eləcə də Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 90 illik yubileyi, həmçinin Cümhuriyyətin 100 illik yubileyinin keçirilməsi haqqında sərəncamları xüsusi olaraq qeyd edilməlidir. Məhz Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi dövlətimizin başçısının milli dövlətçilik tariximizə diqqət və qayğısının göstəricisidir. "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə keçiriləcək çoxsaylı tədbirlər dövlətçilik tariximizin, ənənələrimizin öyrənilməsi və təbliğ olunmasına, xüsusilə gənc nəslin dövlətçilik şüurunun möhkəmlənməsinə xidmət edəcək.

Hikmət Babaoğlu: " ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz"- "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə keçiriləcək tədbirlərdə müxalifətin iştirakı gözlənilirmi?

- "Azərbaycan Xalq Cümhuriyyəti İli"ndə ölkəmizdə keçiriləcək tədbirlər ümumxalq tədbirləri səviyyəsində olacaq. Ona görə də tədbirlərdə kimin iştirak edib-etməməsi kiçik detaldır. Əlbəttə, istəyən şəxslər tədbirlərdə iştirak edəcək. Prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan etməsi bu tarixin bizim üçün nə qədər əhəmiyyətli olduğunu bir daha göstərir. Xalqımızın milli yaddaşında beş minillik dövlətçilik şüuru hakimdir. Bu ənənələrin qorunması və gələcək nəsillərə ötürülməsi də tarixi mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan keçir. Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsi də məhz bu məqsədə xidmət edir.

- Yeni Azərbaycan Partiyası (YAP) ötən il 25 yaşını qeyd etdi. 25 illik ömrü necə qiymətləndirirsiniz?

- Əslində, Yeni Azərbaycan Partiyasının ömrü müstəqil Azərbaycanın ömrü ilə eyniləşdirilə bilər. Azərbaycan 1991-ci ildə müstəqilliyini əldə edib. 1992-ci ildə isə Yeni Azərbaycan Partiyası yaradılıb. YAP-ın əldə etdiyi nailiyyətlər bütövlükdə Azərbaycanın əldə etdiyi uğurlar kimi səciyyələndirilir. Çünki Ulu öndər Heydər Əliyev həm YAP-ın Sədri, həm də Azərbaycanın Prezidenti kimi fəaliyyət göstərib, Onun rəhbərliyi altında həm daxili, həm də xarici siyasətdə çox mühüm nailiyyətlər əldə olunub, Azərbaycan güclü, qüdrətli və müasir dövlətə çevrilib. Bu gün Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev dövlətimizin başçısıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin qanunauyğun nəticəsi kimi, Azərbaycan dayanıqlı inkişafa, mökhəm ictimai-siyasi sabitliyə və pozitiv beynəlxalq imicə sahib olan ölkə kimi tanınır. Bu mənada, Azərbaycanın müstəqillik dövründə əldə etdiyi bütün nailiyyətlər məhz Ümummilli lider Heydər Əliyevin yaratdığı və bu gün Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının adı ilə bağlıdır.

Yeni Azərbaycan Partiyası ilk növbədə ölkəyə yeni siyasi dəyərlər və siyasi mədəniyyət gətirdi, yeni siyasi sistemin əsası qoyuldu. Həmçinin Yeni Azərbaycan Partiyası cəmiyyətə birləşdirici və milli həmrəyliyə xidmət edən yeni ideologiya təqdim etdi. Bu, universal ideoloji formula olan azərbaycançılıq ideologiyası idi. İlk milli Konstitusiyamız qəbul olunana qədər Ulu öndər Heydər Əliyevin müəllifi olduğu partiya nizamnaməsi həm Azərbaycanın ideoloji, siyasi, mədəni əsaslarını, həm də hüquqi paradiqmaları müəyyənləşdirdi. Təsadüfi deyil ki, 1995-ci ildə ilk milli Konstitusiya qəbul edilərkən məhz YAP-ın Nizamnaməsində əksini tapan müddəalara da istinad edildi. Sonrakı mərhələdə isə YAP-ın həyatında ən mühüm hadisələrdən biri 1999-cu ildə birinci qurultayda cənab İlham Əliyevin partiya Sədrinin müavini seçilməsi oldu. Daha sonra YAP siyasi varislik prinsipinə sadiq qalaraq ölkəmizin inkişafını təmin etməyi bacardı. Təsadüfi deyil ki, ötən ilin noyabrın 14-də Yeni Azərbaycan Partiyasının yaradılmasının 25 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdə çıxışı zamanı partiyamızın Sədri, ölkə Prezidenti İlham Əliyev bildirdi ki, Azərbaycan Ulu öndər Heydər Əliyevin siyasətinə sadiq qalaraq uğurla, inamla inkişaf edib. Bu gün də YAP qələbələr və ümumxalq partiyası olmaqla səciyyəvidir. Yeni Azərbaycan Partiyası bundan sonrakı mərhələdə də Azərbaycanın inkişafında öz sözünü deyəcək. Partiyamız ölkəmizin inkişafına, beynəlxalq nüfuzunun artmasına, xalqın rifah halının daha da yaxşılaşmasına layiqli töhfələrini verəcək.

- Bu il Ermənistanda prezident seçkiləri keçiriləcək. Sarkisyan xalqın etibarını çoxdan itirib. Bu etibarı yenidən qaytarmaq üçün növbəti təxribatlara əl ata bilərmi? Yəni ikinci aprel döyüşləri olma ehtimalı varmı?

- Ermənistanda seçkilər keçirilmir. Faktiki olaraq bir qrup hərbi xunta hakimiyyəti ələ keçirib, bir-birinə ötürməklə məşğuldur. Bu proses isə müstəqil şəkildə həyata keçirilmir, yəni xaricdən diqqtə olunur. Ermənistanın müstəqil sənayəsi, iqtisadiyyatı yoxdur. Bu ölkənin özünəməxsus siyasi kursu belə formalaşmayıb, siyasi partiyalar formal olaraq mövcuddur, onlar siyasi dəyərlərin daşıyıcısı kimi çıxış etmirlər, diqtə olunan istiqamət üzrə hərəkət edirlər. Ona görə Ermənistanda seçkilərdən söhbət belə gedə bilməz. Ermənistanı idarə edən güc mərkəzləri kimi istəyirlərsə, onu təyin edəcəklər. Seçki dediyimiz proses isə siyasi şou şəklində baş tutacaq.

Ermənistanda parlament seçkiləri keçirilən ərəfədə konstitusiya dəyişiklikləri edildi. Prezidentin səlahiyyətlərinin bir hissəsi baş nazirə, bir qismi isə parlamentə verildi. Məqsəd gələcəkdə hakimiyyətin hər bir qolunun xaricdən asılığını yaratmaqla yanaşı, müstəqil qərar verməsinin qarşısını almaq idi. Dövlət institutu elə formada parçalandı ki, hər hansı bir erməni siyasətçi istəsə də, öz xalqının xeyrinə qərar qəbul edə bilməyəcək. Ona görə də Ermənistanda kimin prezident seçilməsi önəmli deyil. Düşünürəm ki, ölkədə mövcud olan ictimai-siyasi narazılıqlar da bununla bağlıdır. Ermənistanda düşünürlər ki, bu iqtisadi və siyasi potensialla Azərbaycan kimi qüdrətli ölkənin torpaqlarını işğal altında saxlamaq olmaz. Bu, heç onlara lazım deyil. Nə qədər ki bu hərbi xunta rejimi xaricdəki güc mərkəzlərindən asılıdır, bir o qədər də mövcud vəziyyət davam edəcək. Formal olaraq görüntü yaradılacaq ki, guya Ermənistanda prezident seçkiləri keçirilir.

- Tramp Dağlıq Qarabağı Ermənistanın ərazisi kimi tanıya bilərmi?

- Azərbaycan müasir beynəlxalq münasibətlər sisteminin müstəqil və nüfuzlu aktorlarından biridir. Ölkəmiz öz milli maraqlarını qorumağı bacarır. Əlbəttə, müstəqil siyasət həyata keçirən bir ölkənin öz milli maraqlarını qorumağı bacarması asan məsələ deyil, olduqca mürəkkəb və çətin xarakterə malikdir. Çünki Azərbaycan müasir geosiyasi şəraitdə müxtəlif təzyiqlərlə üzləşir, ölkəmizə qarşı ayrı-ayrı transmilli media orqanları tərəfindən "qara piar" kampaniyası aparılır. Məqsəd Azərbaycanı müstəqil siyasətindən çəkindirməkdir. Çünki həmin qüvvələr Azərbaycanın güclü olmasını istəmirlər, ölkəmizin müəyyən məsələlərlə bağlı güzəştə getməsinin tərəfdarıdırlar. Xüsusilə də, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi Qərb imperalizmi tərəfindən "sivilizasiyaların toqquşması" kontekstində qiymətləndirilir və bu, daha çox müsəlman-xristian qarşıdurması kimi təqdim olunur. Qərb mediasına diqqət salsaq, görərik ki, münaqişənin ilkin mərhələlərində bu problem "xristian-müsəlman məsələsi" olaraq diqqətə çatdırılırdı. Məhz bu gün də problemin həll edilməməsinin başlıca səbəblərindən biri bu məsələ ilə bağlıdır.

Postsovet məkanında bənzər problemlər var. Azərbaycanın fəal diplomatiyası, üstün beynəlxalq nüfuzu, iqtisadi, siyasi və hərbi qüdrəti Dağlıq Qarabağın müstəqil subyekt və ya Ermənistan ərazisi kimi tanınmasına izin vermir. Hətta Ermənistanın özü belə bunu edə bilmir. Məhz bütün bunlar Azərbaycanın gücü və nüfuzunun göstəricisidir. Aprel döyüşləri zamanı həm işğalçı Ermənistana, həm də bütün dünyaya aydın oldu ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı öz prinsipial mövqeyindən bir addım da geri çəkilməyəcək, ölkəmizin ərazi bütövlüyü bərpa olunacaq. Erməni lobbisinin və bəzi qüvvələrin təzyiqlərinə baxmayaraq, Azərbaycan öz mövqeyini əminliklə və qətiyyətlə müdafiə etdi. Ölkəmizin qətiyyətli mövqeyi və fəal diplomatiyası sayəsində 2017-ci ildə intensiv danışıqlar mərhələsi başlandı. 2018-ci ildə Rusiyanın Xarici İşlər Nazirliyinin bəyanatında problemin mərhələli şəkildə həll edilməsi ilə bağlı fikir ifadə olundu. Məhz Azərbaycanın mövqeyi də münaqişənin mərhələləi həll variantı əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır.

- ATƏT-in Minsk Qrupunun və beynəlxalq təşkilatların Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gördüyü işləri qənaətbəxş hesab etmək olarmı?

- ATƏT bu problemin həllində özünün Minsk Qrupu ilə iştirak edir. Bu Qrupa mandat BMT-nin Təhlükəsizlik Şurası tərəfindən verilib. ABŞ, Fransa və Rusiya Minsk Qrupunun həmsədr dövlətləridir. Təəssüf ki, hazırkı reallıqlar fonunda ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz, çünki münaqişənin həlli ilə bağlı ciddi irəliləyişlər qeydə alınmayıb.

Həmsədrlər daha çox təmas xəttində monitorinqlər aparılması ilə bağlı mexanizm yaratmağa çalışırlar. Bu, əlbəttə, Azərbaycan ictimaiyyəti tərəfindən haqlı narazılıqla qarşılanır. Görünən odur ki, ATƏT-in Minsk Qrupu problemi həll etmək əvəzinə status-kvonu qoruyub saxlamağa çalışır.

Hikmət Babaoğlu: " ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz"- Bir neçə gündən sonra Azərbaycanda 20 Yanvar faciəsinin 28-ci ildönümü qeyd ediləcək. Bu günə qədər bu faciənin səbəbkarları cəzalandırılmayıb. Bu barədə nə deyə bilərsiniz?

- 20 Yanvar faciəsi SSRİ-dən bizə miras qalıb. Hələ vətəndaşı olduğumuz dövlətin prezidenti Qorbaçovun göstərişi ilə Azərbaycana qarşı bu qəddar addım atılıb. Bu, Azərbaycan tarixinin sağalmaz yarasıdır. Ona görə də bu faciəni törədən cinayətkarların cəzalandırılması ilə bağlı Azərbaycan çox ciddi cəhdlər edib. Ulu öndər Heydər Əliyevin göstərişi ilə bu hadisəni törədənlərə qarşı cinayət işi açılıb. Bu məsələ Azərbaycanın hüquq-mühafizə orqanlarının diqqətindədir.

Əslində, 20 Yanvar faciəsi müstəqillik əldə etdikdən sonra Qarabağ uğrunda aparacağımız savaşa qarşı yönələn, eləcə də xalqımızın müstəqillik arzularına vurulan zərbə idi. Heç şübhəsiz, bu cinayəti törədənlər cəzalandırılacaqlar. Azərbaycan öz ərazi bütövlüyünü bərpa etməklə və müstəqilliyini əbədiləşdirməklə 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutacaq.

- Reket jurnalistlərlə mübarizə aparılsa da, yenə də bu problem qalmaqdadır. Bir neçə sayt və qəzetlərin adları qara siyahıya salınsa da, yenidən formalaşırlar. Bu problemlə mübarizə necə aparılmalıdır. Qanunda hansı dəyişikliklər edilməlidir?

- Bu problem müstəqilliyimizin ilk günlərindən qalıb. Təkcə Azərbaycanda deyil, bütün postsovet ölkələrində azadlıq əldə edildikdən sonra azadlıqla necə davranmağı bilmədilər. Bu dövrdə müxtəlif xarakterli fikirlər səsləndirildi, media "dördüncü hakimiyyət" adlandırıldı. Amma bəzi həmkarlarımız bu fikiri hərfi mənada başa düşdülər, media orqanlarından istifadə edərək reketçilik vasitəsilə müəyyən qazanclar əldə etməyə çalışdılar. Sonradan bu cür hallara qarşı ciddi mübarizə mexanizmləri formalaşdırıldı, müvafiq qanunlar qəbul edildi, hüquqi əsaslar yaradıldı.

Hazırda Azərbaycanda söz və mətbuat azadlığı var. Bu azadlıqdan sui-istifadə edərək qanunun tələblərini pozanlara qarşı hüquqi və ictimai vasitələrlə müvafiq tədbirlər görülür.

- Bu gün qəzet oxuyanların sayı azalıb. Hər kəs özünə lazım olan informasiyaları internet mediası vasitəsi ilə əldə edir. Çap mediasının sıradan çıxma ehtimalı varmı?

- Müasir texnologiyalar yeni ünsiyyət vasitələrinin yaranmasına səbəb oldu. Çox maraqlıdır ki, bu vasitələr qısa müddətdə çap və elektron medianı öz inhisarına götürə bildi. Eyni zamanda, internet resursları informasiyanı hər kəs üçün əlçatan etdiyinə görə üstünlük təşkil edir.
Bütün bu reallıqların fonunda çap mediasını da gözardı etmək olmaz. Bu gün Azərbaycanda çap mediası həm peşəkarlığına, həm də etibarlılığına görə fərqlənir. Çap mediasının arxivləşdirmə, salnaməçilik, peşəkarlıq və məsuliyyət daşıma xüsusiyyətinə görə bu gün də rəqibi yoxdur. İnternet resurslarında arxivləşdirilən informasiya bir neçə il qalır, sonra sıradan çıxır. Amma bu gün mətbuat tariximizin 100 il bundan qabaqki dövrünü asanlıqa öyrənə bilirik. Ölkəmizdə çap mediasının inkişafına böyük diqqət və qayğı göstərilir. Eyni zamanda, mətbuat nümayəndələrin sosial rifahının, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində ardıcıl, mütəmadi tədbirlər həyata keçirilir.

- Bu il ölkəmizdə prezident seçkiləri keçiriləcək. YAP-ın president seçkilərlə bağlı hazırlıqları necə gedir?

- Yeni Azərbaycan Partiyasının prezident seçkiləri ilə bağlı hazırlıqları gedir. Seçki Məcəlləsində nəzərdə tutulmuş qayda və prosedurlara müvafiq olaraq Yeni Azərbaycan Partiyası seçkidə iştirak edərək öz namizədini müdafiə edəcək.

Aysel Yusifqızı

Hikmət Babaoğlu: " ATƏT-in Minsk Qrupunun fəaliyyətini qənaətbəxş hesab etmək olmaz"


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 945   Tarix: 18 yanvar 2018  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Elçin 3 ildir bu səbəbdən efirə çıxmırmış

Müğənni Elçin Cəfərov 3 ildir yaradıcılığından uzaqlaşmasının səbəbini açıqlayıb. Axşam.az xəbər verir ki, sənətçi bu haqda "El canlı" proqramında danışıb. O bildirib ki, buna səbəb Türkiyəyə köçməsi olub:. "İstanbulda yaşayırdım, işləyirdim. Bizneslə məşğul idim. Gəldim gördüm ki, Bakıd

14:20 614
.

Mingəçevirdə qorxulu hadisə: Bıçaqla camaatın üstünə cuman şəxs kimdir? - VİDEO

Mingəçevirin Mehdi Hüseyn və Koroğlu küçələrində qəribə hadisə baş verib. Sakinlərin sözlərinə görə, bir qadın gecə saatlarında binalara daxil olur, onlara qorxulu anlar yaşadır, bıçaqla camaatın üstünə hücum çəkir. Qorxudan sakinlər uşaqlarını küçəyə buraxa bilmirlər:. "Deyilənə görə, o qadın mollalı

20:29 0
.

Sağlamlıq arayışlarının ödənişləri niyə fərqlidir?

TƏBİB sağlamlıq arayışlarının ödənişlərindəki fərqə aydınlıq gətirib. "Qafqazinfo" xəbər verir ki, bunu TƏBİB-in şöbə müdiri Səbinə Quliyeva jurnalistlərin suallarını cavablandırarkən deyib. "Bəzi tibbi arayışlar ödənişsiz, icbari tibbi sığorta çərçivəsində qarşılanır. Tariflər sağlamlı

12:12 289
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 106
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 112
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 452
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344
.

Anar Ələkbərov o videonu Prezidentlərə göstərdi - Video

Xəbər verdiyimiz kimi, 24 il əvvəl ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi, Minsk Qrupunun həmsədri Keri Kavano tərəfindən ulu öndər Heydər Əliyevə təsəlli olaraq təqdim olunan Ağdam Cümə məscidinin bir parça daşı məscidə qaytarılıb. "Qafqazinfo"nun məlumatına görə, həmin həssas anlar

25.04.2024 746