"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir""Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir və xüsusən son dövrlər artan təmaslar bu istiqamətdə ciddi siyasi iradənin mövcudluğunun göstəricisidir. Bildiyiniz kimi, ötən il möhtərəm Prezidentin Qırğızıstana, həmçinin 2022-2023-cü illərdə cənab Sadir Japarovun isə Azərbaycana səfərləri olmuşdur. Ölkəmizə cari dövlət səfərinı çıxmaq şərti ilə Qırğızıstan prezidentinin 2024-cü il ərzində ən azı daha iki səfəri nəzərdə tutulur. Möhtərəm Prezidentin də bəyan etdiyi kimi, cənab Japarovun bu yay Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşü və noyabr ayında COP29 beynəlxalq konfransında iştirakı planlaşdırılır".

Bu sözləri BiG.AZ-A deputat Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, Bakı və Bişkek artan təmasları ikitərəfli və çoxtərəfli əməkdaşlığın mühüm məsələlərinin həlli baxımından əhəmiyyətli hesab edir və nəticələrin qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ticarət dövriyyəsinin artması və bütün istiqamətlər üzrə əməkdaşlığa dair praktiki müstəvidə özünü aydın şəkildə göstərəcəyinə inanır.

"Aydındır ki, Qırğızıstan Orta Asiyqda Qazaxıstan qədər böyük ərazilərə, Özbəkistan qədər insan ehtiyatına malik deyil, amma qeyd edilən amillər heç də bu ölkənin Azərbaycan üçün strateji önəmini azaltmır. Əksinə, Orta Asiyada öz coğrafi yerləşiminə və siyasi əhəmiyyətinə görə Qırğızıstan xüsusi rol oynayan beynəlxalq hüquq subyektidir. Bişkeklə əlaqələr həm Qərbin, həm də Rusiyanın Orta Asiya siyasətində önəmli yer tutur və son bir neçə ildə bu ölkədə müşahidə olunan siyasi proseslər məhz Qırğızıstanın qlobal güc mərkəzləri üçün nə qədər vacib geosiyasi önəmə malik olduğunu göstərir. Azərbaycan da Qırğızıstanın bu rolunu dərk edir, qiymətləndirir. Eyni zamanda Bişkek Bakının hərbi-siyasi zəfərləri ilə region, Türk dövlətləri və bütövlükdə dünya üçün yeni güc mərkəzi kimi özünü təsdiq etdiyinin fərqindədir. Düzdür, Azərbaycan-Qırğızıstan münasibətləri həmişə siyasi səviyyədə yaxşı olub, lakin, sirr deyil ki, Bişkek-Bakı münasibətlərində xüsusi canlanma məhz Prezident İlham Əliyevin Orta Asiya və Türk dünyasına yönəli başlatdığı aktiv siyasi kursdan sonra müşahidə olunmağa başlamışdır. Qırğızıstan Prezidenti Sadır Japarovun dövlət səfəri də bu mənada tarixi siyasi əhəmiyyət daşıyır. Bu dəfəki təmaslar zamanı ilk növbəıdə əlaqələrin inkişafını əhəmiyyətli dərəcədə müəyyən edəcək səhiyyə və tibb elmi, energetika, dövlət xidmətləri mərkəzlərinin və gömrük idarəetməsinin təkmilləşdirilməsi, təhsil və elm, miqrasiya və hüquqi sahələrdə əməkdaşlıq sferalarını əhatələyən sənədlərin , ələxsus, 2024-2029-cu illər üzrə hökumətlərin Əməkdaşlıq Proqramının imzalanması ümumi hədəflərə doğru mühim addım oldu. Həmçinin Dövlətlərarası Şuranın ikinci iclasının keçirilməsi, Azərbaycan-Qırğızıstan İnkişaf Fondunun vəsaitlərinin artırılması, o cümlədən ticarət dövriyyəsinin dövlət başçılarını o qədər də qane etməyən hazırkı hazırkı statistikasını yüksəldilməsi və gələcəkdə nəqliyyat sahəsində də fəal əməkdaşlıq barədə vahid mövqenin nümayiş olunması Qırğızıstan Prezidentinin səfərinin önəmini daha da artırmaqdarır. Bundan başqa hər iki liderin həm ikitərəfli münasibətlərin inkişafı, həm də beynəlxalq təşkilatlarda həmrəyliyin qorunması açıq iradə ifadə etmələri ölkələr arasında münasibətlərin tamami ilə yeni mərhələyə qədəm qoyduğunu göstərir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 158   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Bakıda yanğın: 1 nəfərin meyiti tapıldı

Bakı şəhərinin Xətai rayonunda açıq ərazidə 15 m² sahədə məişət tullantıları yanıb. Bu barədə BİG.AZ-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Məlumata görə, yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib. Ətraf ərazilə

05.05.2024 228
.

Türkiyədə quş əti ixracına qadağa Azərbaycanda qiymətlərə təsir edə bilər? - VİDEO

Türkiyədə toyuq əti xeyli bahalaşıb. Ona görə də Türkiyə Ticarət Nazirliyi quş əti ixracının qadağan olunması ilə bağlı qanun layihəsi hazırlayıb. Yeri gəlmişkən, Azərbaycan da Türkiyədən quş əti idxal edən ölkələr sırasındadır. Bəs bu qərar ölkədə sözügedən məhsulların qiymətini artıra bilərmi?. -ı

05.05.2024 471
.

Cəsarət Valehova vəzifə verildi

Cəsarət Valehova yeni vəzifə verilib. "Qafqazinfo"nun məlumatına görə, o, mədəniyyət naziri Adil Kərimliyə müşavir təyin olunub. C.Valehov artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb. Qeyd edək ki, fəlsəfə doktoru, dosent Cəsarət Valehov daha əvvəl Elm və Təhsil Nazirliyinin İctimaiyyətl

13:44 221
.

Bərdədə yanğın: Üçotaqlı ev külə döndü

Bərdə rayonunda yanğın hadisəsi baş verib. BİG.AZ xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Qeyd olunub ki, Bərdə rayonunun Samux kəndində ümumi sahəsi 120 kvadratmetr olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafiz

05.05.2024 201
.

Avropa İttifaqının Qırmızı dənizdəki missiyası hərbi gəmi çatışmazlığı yaşayır

"Avropa İttifaqının Qırmızı dənizdəki missiyasının təhlükəsiz və tam işləməsi üçün kifayət qədər gəmisi yoxdur". "Report" xəbər verir ki, bu barədə Qırmızı dənizdə gəmiləri qorumaq üçün fəaliyyət göstərən Avropa İttifaqının (Aİ) fevralın 19-da yaradılan "Aspides" adlı missiyasını

05.05.2024 209
.

Avropa Komissiyasının rəsmisi: Problemləri həll etmək üçün çox iş var

Avropa Komissiyasının Qonşuluq və Genişləndirmə Danışıqları üzrə baş direktoru Qert Yan Kupman (Gert Jan Koopman) Cənubi Qafqaza səfərindən sonra Türkiyəyə gedəcək. "Report" xəbər verir ki, bu barədə diplomat "X" səhifəsində yazıb. "Qarşıda bütün regiona fayda verəcək perspektivl

05.05.2024 165
.

İsraildə "Əl-Cəzirə" rəsmən bağlandı

"İsrail hökuməti Qətərin "Əl-Cəzirə" telekanalının ölkədəki yayımını dayandırmaq qərarına gəlib". Bu barədə baş nazir Benyamin Netanyahunun "X" sosial şəbəkəsində (keçmiş "Twitter") səhifəsində dərc edilmiş bəyanatda deyilir. "Başçılıq etdiyim hökumət yekdillikl

05.05.2024 212
.

Alban-Udi dini icmasının sədri: "Pasxanı Qarabağda atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik"

"İnanıram ki, gələcəkdə Pasxa bayramını Qarabağ və ətraf rayonlarda yerləşən, atalarımızdan miras qalmış kilsələrdə qeyd edəcəyik". Bunu "Report"a Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili deyib. "Bu gün Pasxa bayramı ilə əlaqədar xeyli təbriklər almışıq. Xüsusilə

05.05.2024 206
.

Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb. "Report" xəbər verir ki, bu barədə "Agence France-Presse" məluma

05.05.2024 171