"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar""Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onun Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. Həmin təşəbbüs qrupuna adı açıqlanmayan bir sıra nüfuzlu şəxslərin, o cümlədən Nobel Sülh Mükafatı laureatının daxil olduğu bildirilirdi. 2023-cü il 19-20 sentyabr tarixlərində həyata keçirilmiş antiterror tədbirləri də məhz Vardanyanın və Vardanyan kimilərin Qarabağda apardığı fəaliyyətin məntiqli nəticəsi idi".

Bu sözləri BiG.AZ-a politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, konstruktiv danışıqlar, Azərbaycan dövlətinin təklif etdiyi inteqrasiya planını qəbul etmək, erməni mənşəli sakinlərin Azərbaycan vətəndaşlığını qəbul etməsinə şərait yaratmaq yerinə, Vardanyan Qarabağın erməni sakinlərində düşmənçilik əhval-ruhiyyəsini möhkəmləndirməyə davam edirdi.
Ruben Vardanyanın 2022-ci ilin sentyabrında Rusiya vətəndaşlığından imtina edərək qanunsuz olaraq Qarabağa gəlməsi ilə bu, daha qabarıq şəkildə özünü göstərdi. Heç bir ölkə tərəfindən tanınmayan, dünyanın Azərbaycanın ayrılmaz parçası kimi qəbul etdiyi Qarabağa qeyri-qanuni gəlib, burada qondarma "dövlət naziri" vəzifəsini tutmaq idi sülh təşəbbüsü?

"2023-cü ilin yanvarın 22-də BBC-nin "HardTalk" verilişi üçün verdiyi müsahibədə Ruben Vardanyan Qarabağın erməni sakinlərinin adından radikal açıqlamalar verərək Qərb auditoriyasını çaşdırmağa çalışmış, azərbaycanlı ekofəalların Laçın yolunda keçirdiyi aksiyanı "blokada" kimi təqdim etməyə, Qarabağda "humanitar fəlakət" yaratdığı barədə təsəvvür formalaşdırmağa cəhd etmişdi.
"Biz müstəqillik tələbinin ilk günündən demişik: başa düşürük və qəbul edirik ki, biz yan-yana yaşayacağıq, amma biz ayrı ərazi, ayrı dövlət olacağıq. Biz özümüzü Azərbaycanın bir hissəsi kimi görmürük. "Artsax" Azərbaycanın bir hissəsi olmayacaq, bu aydındır", - Vardanyan deyib.
"Biz əminik ki, "Artsax" Azərbaycanın tərkibində deyil, müstəqil olmalıdır", - bu sözləri isə o, 2023-cü il mayın 23-də Azadlıq radiosunun Ermənistan xidmətinə müsahibəsində demişdi".
2023-cü il mayın 29-da Ruben Vardanyan yeni radikal açıqlama verir. O, Azərbaycan tərəfinin Qarabağın erməni sakinlərinin Azərbaycan vətəndaşlığını qəbul etməsinin vacibliyi haqda açıqlamasına qəbuledilməz reaksiya verir. Azərbaycanla danışıqları qəbuledilməz adlandırır.
"Artsaxlıların Azərbaycanın bir hissəsi kimi hüquqlarının guya mümkün müdafiəsi ilə bağlı demaqogiyanı davam etdirmək artıq mümkün deyil. Bizi məhv etmək və ya kölə etmək istəyirlər. Sonuncu hədd keçilib: ya sən Artsaxın müdafiəsinə qalxırsan, ya da bütün erməni xalqına qarşısan", - deyə Vardanyan çağırış etmişdi.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 262   Tarix: 26 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Toydan qazandığımız heç üç gün bizə çatmır"

"Şou-biznes sözündən xoşum gəlmir. Şou ayrı, biznes ayrıdır. Bizim müğənnilərdə şou-biznesi görmürəm. Beyonsa, Cennifer Lopezə, Şakiraya baxıram, şou-biznes onlardadır. Çünki konsertdən milyonlarlar qazanırlar. Amma bizdə şou-biznes deyəndə mənə qəribə gəlir". Axşam.az xəbər verir ki, bu sözlər

06.05.2024 585
.

Ermənistan və Macarıstan əməkdaşlıq proqramı imzalayıb

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə keçirdikləri görüşdən sonra bir sıra sənədlər imzalayıblar. xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyi bildirib. İki nazir Ermənistan ilə Macarıstan arasında iqtisad

06.05.2024 214
.

Azərbaycanda məşhur cərrah işdən ÇIXARILDI

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyində olan Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yer

06.05.2024 1961
.

Bakıda 17 min manata pişik satılır - VİDEO

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir. -ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır. Satışda olan "Kanqal", "Malino", "Alman iti" kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğu

06.05.2024 390
.

"ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir" - Politoloq

ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratların lideri Hakim Ceffris Kiyevin məğlub olacağı təqdirdə, ABŞ-nin Ukraynaya qoşun yeritməli olacağını istisna etməyib. Politoloq Turan Rzayev -a bildirib ki, ABŞ heç vaxt birbaşa hər hansı ölkə ilə müharibəyə girmir. Bu, tarixən də belə olub. İstə

06.05.2024 311
.

Britaniyalı aktyor Bernard Hill öldü

"Üzüklərin Lord"unda Kral Teoden, "Titanik"də kapitan Edvard Smit kimi rolları ilə tanınan britaniyalı aktyor Bernard Hill vəfat edib. Hillin agenti Lou Koulson aktyorun bu gün səhər vəfat etdiyini bildirib. 1944-cü ildə Mançesterdə anadan olan Hill "Titanik" filmində gəmini

06.05.2024 168
.

Elçin Quliyev III Çarlzla bir arada - Fotolar

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev Böyük Britaniya kralı II Çarlzla görüşüb. "Qafqazinfo" xəbər verir ki, görüş Böyük Britaniyada keçirilən Vindzor Kral Atçılıq Şousu çərçivəsində baş tutub. E.Quliyev II Çarlzla birlikdə atların yarışını izləyib. Qeyd edək ki, Vindzo

06.05.2024 735
.

Direktor cərrahı işdən çıxardığı üçün cəzalandırıldı

Nərimanov Tibb Mərkəzinin ümumi cərrahı, tibb üzrə fəlsəfə doktoru Anar Mehdiyev işdən çıxarılıb. İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı Mərkəzin direktoru Fazil Alməmmədov əmr imzalayıb. A.Mehdiyev isə işdən haqsız yerə çıxarıldığını bildirib və buna görə də məhkəməyə müraciət edib

10:45 0
.

Bakının bu məktəbində şagirdlər yay tətilinə TEZ BURAXILACAQ

Respublika İncəsənət Gimnaziyası yaxın günlərdə əsaslı təmirə bağlanacaq. -in əldə etdiyi məlumata görə, mayın sonunda məktəb vaxtından əvvəl yay tətilinə çıxacaq. Bundan sonra burada təmirə start veriləcək. Şagirdlər isə növbəti tədris mövsümündən dərsə müvafiq olaraq 189 və 190 saylı məktəblərdə başlayacaqlar

10:04 94