SOS! "Uşaqlarımın və mənim gözümün qarşısında evə gətirdiyi qadınla sevişirdi" - REDAKSİYAYA MƏKTUB

SOS! "Uşaqlarımın və mənim gözümün qarşısında evə gətirdiyi qadınla sevişirdi" - REDAKSİYAYA MƏKTUBBiG.AZ "SOSium" adlı yeni rubrika ilə oxucuların dadına yetməyə çalışır.

Bu rubrikamızda məişət, seksual və bu kimi təcavüzə məruz qalan qadınlara və azyaşlılara kömək etməyə, mütəxəssislərin məsləhətlərini onlara çatdırmağa çalışacağıq.

Bir sözlə, "SOS" – deyib, imdad istəyən hər kəs BiG.AZ vasitəsilə problemini həll etmiş olacaq.

Öncə qeyd edək ki, bu kimi məsələlərlə bağlı [email protected] ünvanına yaza və ya (077) 712 56 66 nömrəsinə zəng vura bilərsiniz.

"Ərim evə bir qadın gətirib, dedi ki, bu gündən o da bizimlə yaşayacaq, arvadımdır"

"Bu biabırçılığa artıq dözə bilmirəm. Ürəyim az qalır ki, partlasın. Həyat yoldaşım iki ay öncə evə başqa bir qadın gətirib, dedi ki, bu gündən o da bizimlə yaşayacaq, arvadımdır. Buna etiraz etmək istədim, uşaqlarımı da götürüb, evdən getmək istədim. Lakin o, buna imkan vermədi. Saçlarımdan tutub, məni uşaqların və yeni gətirdiyi qadının yanında sürüməyə başladı. Sonra da ayaqları altına salıb, təpiklədi. Üz-gözüm partladı... O, uşaqların göz yaşlarına da məhəl qoymurdu. Mənə dedi ki, getmək istəyirsən, uşaqları qoy, evdən çıx. Mən 7 yaşlı Elzamini, 8 yaşlı Fərəhi tanımadığım bir qadının ümidinə qoyub gedə bilməzdim. Ona görə də özümü zorla sıxdım, saxladım. Hətta əvvəlcə valideynlərimə belə heç nə demədim".

"Mənim və övladlarımın gözü qarşısında evə gətirdiyi o qadınla cinsi əlaqəyə girirdi"

Bu sözləri hazırda "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağında məskunlaşan 27 yaşlı Pərvanə Zamanova (qadının təhlükəsizliyi üçün adı dəyişdirilib-red.) deyir.

"İki ay nə çəkdiyimi bir Allah, bir də iki balam bildi. Ərim hər axşam evə gəlir, spirtli içki içib, öncə evdə dava salıb, məni döyürdü, daha sonra da mənim və övladlarımın gözü qarşısında evə gətirdiyi o qadınla cinsi əlaqəyə girirdi... Kaş ki, balalarım bu dəhşəti, iyrəncliyi görməyəydi. Hər dəfə eyni vəziyyət olanda, Allahdan özümə ölüm arzulayırdım. Ərim həmin qadınla sevişir məni və övladlarımı da buna baxmağa vadar edirdi... Bu hal düz 2 ay davam etdi. Valideynlərim Sabirabad rayonunda yaşayır. Biz isə evlənəndən sonra Bakıya köçüb, burada kirayədə qalırdıq. Dəfələrlə anama zəng elədim, başıma gələnləri danışdım. Anam dedi ki, kəs səsini, otur oturduğun yerdə. Bu evə qayıtmağı da heç ağlından keçirmə. Başqa çarəm yox idi, küçələrdə dilənmək də olsa, evdən qaçmağa qərar verdim. Ərim və özünə arvad elədiyi o qadınla yuxuda olanda səhərə yaxın saat 4-də evdən qaçdım. Bir müddət, küçələrdə gecələməli oldum. Daha sonra isə Mehriban Zeynalovanın "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sığınacağı haqda öyrəndim, ora yolandım. Sağ olsun, Mehriban xanım, mənə sığınacaqda yer verdi.

Təşkilatın rəhbəri Mehriban Zeynalovanın sözlərinə görə, qadın onlara müraciət edəndə, acınacaqlı durumda olub:

"Qadının və uşaqlarının psixoloji durumu bərbad idi. İlk olaraq, onlarla reabilitasiya keçdik. Sığınacaqda yer verdik. Əri ilə danışıqlara girdik. O, bura gələndə, qarşımda Pərvanənin dediyinin əksinə, olduqca mülayim bir adam gördüm. Mehriban, gülərüz. Təbii ki, bunların hamısı bir görüntü idi... Həmin şəxs xanımına bundan sonra nə uşaqlarını nə də ki, onu incitməyəcəyinə dair söz verdi. Amma Pərvanənin üzü necə dönmüşdüsə, barışana oxşamırdı. Artıq boşanma işlərinə başlanıb. Hər iki uşaq məktəbə gedir, təhsil və digər lazımi ehtiyacları bizim təşkilat tərəfindən qarşılanır".


"Deyirdi ki, kişi çılpaq yatar..."

P.Zamanova söhbətə müdaxilə edir. Deyir ki, sığınacaqdan çıxdıqdan sonra özü işləyib övladlarını dolandıracaq:

"Elə atanın yanında övlad saxlamaq olmaz. Uşaqların yanında lüt anadangəlmə gəzirdi. Hətta qızının yanında da... Oğlum da bura sığınacağa gələndə, utanmadan, çəkinmədən dedi ki, kişi çılpaq yatar... İnanın ki, buradakıların yanında elə xəcalət çəkdim ki..."

Sığınacaqda çalışan Yaqut xanım söhbətə müdaxilə edir, deyir ki, Fərəh sığınacağa gələndə, buradakı uşaqlara qaynayıb-qarışmırdı:

"İnandırım sizi, uşaqların psixoloji durumu çox acınacaqlı idi. Onlarla çox çalışmalı olduq. Psixoloqların gərgin səyindən sonra bu körpə balalar həyata, ətrafdakılara adaptasiya ola bildilər".

"Günlərlə ac qalmağa razıyam, təki döyülməyim, söyüş eşitməyim"

P.Zamanova həyat yoldaşı ilə bir daha barışmayacağını, söyləyir:

"Günlərlə ac qalmağa razıyam, təki döyülməyim, söyüş eşitməyim. Kurs bitirmişəm, gözəllik salonlarının birində işləyə bilərəm. Yeganə istəyim ondan ayrılıb özümə, övladlarıma sakit həyat qurmaqdır".

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova isə əlavə edir ki, evdən qaçan qadınları mühakimə edirlər:

"Hərə bir söz yazır. Amma nəzərə almırlar ki, heç kim xoşbəxt ailəsindən, ona hörmət edən həyat yoldaşından ayrılmaq istəməz. Pərvanənin həyat yoldaşı deyir ki, mən onu döymürəm, döyülməyə özü səbəb verir... Evə də başqa qadını məhz buna görə gətirmişdim... Təəssüf ki, hər gün belə qadınlarla üzləşirik".

Aysel.Ş


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 5019   Tarix: 25 may 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 378
.

DİQQƏT: Azərbaycanda uşaqlar arasında yeni virus YAYILDI

Havaların qızmasına baxmayaraq, son zamanlarda uşaqlar arasında yeni virus yayılıb. Bu virus özünü yüksək hərarət, səpkilərlə biruzə verir. Bəziləri isə bu virusun rozeola xəstəliyi olduğunu iddia edir. Maraqlıdır, görəsən, uşaqlar arasında yayılan bu viruslar hansılardır?. Məsələ ilə bağlı pediatr Elşə

25.04.2024 1207
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 67
.

Fenomenlərin həbsi məktəbdə səhnələşdirildi, tənqid olundu - Video

Türkiyədə 23 aprel - Milli Suverenlik və Uşaq Bayramında məktəblərdən birində lentə alınan görüntülər müzakirələrə səbəb olub. Axşam.az xəbər verir ki, məktəbdə kiçik siniflərdə təhsil alan uşaqlarla "Enerci" mahnısı sədaları altında həbs olunan fenomenlər canlandırılıb. Belə ki, məktəblilə

10:15 418
.

Prorektoru öldürməkdə təqsirləndirilən şəxs məhkəməni daha iki həftə uzatdırdı

"Təfəkkür" Universitetinin prorektoru Tariyel Əhmədovun öldürülməsində təqsirləndirilən Müşviq Atakişiyev, Dəyanət Quliyev və Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilə

15:41 166
.

Xıdırlıda inşa edilən məktəb belə olacaq

Xəbər verdiyimiz kimi, aprelin 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Qırğız Respublikasının Prezidenti Sadır Japarov Ağdam rayonunun Xıdırlı kənd tam orta məktəbinin birgə təməlqoyma mərasimində iştirak ediblər. "Qafqazinfo"nun məlumatına görə, Xıdırlı kənd tam orta məktəbinin inşas

10:08 289
.

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü - FOTO

Fahriye və Burak Özçivit cütlüyünün yeni görüntüsü yayılıb. xəbər verir ki, şəkli Fahriye Evcen sosial şəbəkədə ağ ürək qoyaraq paylaşıb. Görüntüyə minlərlə bəyənmə və şərh gəlib

25.04.2024 90
.

Nihal Candan azadlığa buraxıldı

Beş ay öncə dələduzluq ittihamı ilə həbs olunan fenomen Nihal Candan azadlığa buraxılıb. OLAY yazır ki, onun həbsxanada səhhətində problem yarandığı, arıqlayaraq 37 kiloya çatdığı və müalicəsinin orada davam etdirilə bilməyəcəyi qeyd olunub. Lakin Nihalın bacısı Bahar hələ də həbsdədir

14:52 368
.

Qəzzada 34305 adam ölüb

İsrailin hücumlarını davam etdirdiyi Qəzzada 34305 insan ölüb. xəbər verir ki, Qəzzada Fələstin Səhiyyə Nazirliyindən verilən açıqlamada İsrailin 202 gündür Qəzza zolağında həyata keçirdiyi hücumlarla bağlı məlumat verilib. İsrail ordusunun Qəzza zolağına son 24 saatda həyata keçirdiyi hücumlarda dah

25.04.2024 230