Bakı metrosunda öpüşən qızla oğlanı təpikləyən jurnalist: "Dedim, ay bala, ay eşşək..."

Bakı metrosunda öpüşən qızla oğlanı təpikləyən jurnalist: "Dedim, ay bala, ay eşşək..."Tanınmış jurnalist Xaqani Səfəroğlunun sosial şəbəkədə metroda öpüşən gənclərlə bağlı yazdığı status ölkədə böyük bir rezonansa səbəb olub.

İctimai fəallar, xüsusilə gənclər onun öpüşən gənclərə qarşı sərt reaksiyasını, onları təpikləməsini tənqid ediblər. Hətta müzakirələr təhqir səviyyəsinə də çevrilib.

BiG.AZ xəbər verir ki, qafqazinfo.az ölkədə gündəm olan tanınmış jurnalistin məlum statusuna ondan reaksiya öyrənib. X. Səfəroğlu bildirib ki, sözügedən statusu öz formatına uyğun yazıb: "Bu rəsmi səhifə deyil. Gördüyüm hadisə xoşuma gəlmədiyi üçün mən buna səhifəmdə reaksiya verdim. Hesab edirəm ki, ictimai yerlərdə belə münasibətlər düzgün deyil. Onlar ikisi də ayaqlarını mənə tərəf uzatmışdılar. Ayağımla təpindim ki, "ay uşaq ehtiyatlı ol, gör ki qabağında uşaq oturub". Normal oturmağa nə mane olur ki? Orada xüsusi dava-dalaş da olmayıb. Təpindim, özlərinə gəldilər, üzr də istədilər, məsələ bağlandı. Mən hesab etmirəm ki, Azərbaycan gənclərinin hamısı elədir, qətiyyən elə deyil. İlk dəfə idi ki, metroda belə bir situasiya ilə rastlaşırdım. Cinsəl münasibətləri ictimai yerlərdə göstərən gənclərə rast gəlməmişəm. Azərbaycanda metroda, avtobusda öpüşmək xüsusi bir trend deyil. İstəmirəm belə olsun. Onlar bir- birini qucaqlamışdılar, öpürdülər bir-birinin boyunlarından, əllərindən. Bir iki dəfə qəzəbli baxdım ki, bəlkə nəticə çıxararlar, amma o fikirdə deyildilər. Əgər balacalar yanımda olmasaydı da, bu cür reaksiya bildirərdim. Bu ölçülüb-biçilən reaksiya deyildi".

Jurnalist onunla bağlı yazılan statuslardan da xəbərdar olduğunu vurğulayıb: "İndi mən statuslara baxıram, özümə də çox təəccüblü gəlir. Böyük bir ictimai rezonansa çevrilib. Müzakirələr mənə bir qədər qəribə də gəldi. Açıq tipli cəmiyyətlərdə belə müzakirələrin olması vacibdir. Bunu münasibərləri öyrənmək baxımından barometr kimi də göstərə bilərəm. Mənim üçün çox gözlənilməz oldu. Təəssüf etdim ki, mənə qarşı təhqirlər də oldu. O təhqirləri ümumiyyətlə anlamıram. Kimə mane olurdu ki, məsələni sivil yolla müzakirə etməyə?

Bura Azərbaycandır və bizim ölkənin öz mental dəyərləri var. Özümü 1980-90-ci illərin nəslindən hesab edirəm. O nəslin dəyərlərinin daşıyıcısıyam. Mənim bu cür məsələlər xoşuma gəlmir, hesab edirəm ki, mənim övladlarıma mənfi nümunə ola bilər. Kimsə bunu normal qəbul edirsə də qoy etsin".

Baş vermiş hadisə ilə bağlı X. Səfəroğlunun qalmaqala səbəb olan statusunu da təqdim edirik: "Metro qatarında övladlarımla gedirdik. İki nəfər gənc qarşı oturacaqda oturmuşdu. Qız və oğlan. Ayağını ayağının üstünə aşrımış 16 -17 yaşlı qız az qala oğlanın ağzına girəcəkdi. Oğlan onun başını sığallayır, qız onun üzünü sığıllayradı. Dedim bəlkə qanacaqları olar, balaca uşaqları görüb özlərini yığıdırarlar... Gördüm yox e, uje öpüşmək istəyirlər. Qışqırıb bir təpik vurdum, dedim "ay bala, ay eşşək, heç olmasa qarşındakı balacalara bax da...Utanmırsız?" Qışqırmağımdan elə bil ayıldılar: "Bağışlayn, bağşlayn..." deyə üzrxahlıq etməyə çalışdılar.... Hirsimdən bilmədim nə deyim. Qatar da "28 May"a çatdı artıq. "Çıxın qatardan" dedim.. Balacalar üzümə baxırdılar.

Açıq cəmiyyətin tərəfdarıyam, amma tərbiyəsiz cəmiyyətin YOX!".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 21705   Tarix: 30 mart 2017  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 104
.

"Aquavita" işçilərinin maaşını vermir - İDDİA

Azərbaycanda "Aquavita" suları və "Gülüstan" limonadlarının istehsalı və satışı ilə məşğul olan "Tac" MMC-nin (VÖEN – 130025841) işçilərin əməkhaqlarını vaxtında vermədiyi iddia olunur. Bu barədə -a "Aquavita"da çalışan işçilər məlumat veriblər. Qeyd edək ki, dah

17:14 194
.

"Vardanyan timsalında hamıya başa salındı ki, Azərbaycan ərazisində qanunu pozanlar cəzalarını layiqincə alacaqlar"

"Aprelin 8-də erməni biznesmen Ruben Vardanyanla bağlı qəribə informasiya yayıldı. Vardanyanın ofisindən bildirildi ki, hansısa təşəbbüs qrupu tərəfindən "Sülh təşəbbüslərinin inkişaf etdirilməsi" və Qarabağda "humanitar fəlakət"in qarşısının alınmasında xidmətlərinə görə onu

16:59 115
.

Bəstəkarın qızı: "Kim icazə almadan atamın mahnılarını oxusa, məhkəməyə üz tutacağam"

"Mən Tahir Əkbərin vərəsəsiyəm. Son günlər atamın mahnılarını icazəsiz oxuyanların sayı artıb. Kim icazə almadan atamın mahnısını oxusa, məhkəməyə üz tutacağam. Onlar özlərini məhkəmədə görəcəklər". Bunu -a açıqlamasında mərhum bəstəkar Tahir Əkbərin qızı Bəhriyyə Əkbərova deyib. O, daha sonr

16:28 343
.

"Son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb" - Elvin Abbasov

"Beynalxalq statistika göstərir ki, son 3 ildə Azərbaycanda genişzolaqlı internetin sürəti 2 dəfə artıb". Bu sözləri -a açıqlamasında informasiya texnologiyaları üzrə ekspert Elvin Abbasov deyib. O qeyd edib ki, Azərbaycanda internetin sürətinin yaxşılaşmasının əsas səbəbi RİNN-nin həyata keçirdiy

16:22 187
.

Avtobuslarda gigiyenik qaydalara əməl olunmur - VİDEO

Avtobuslarda gigiyenik qaydalara əməl olunmaması halları müşahidə edilib. Belə ki, sakinlərdən bir çoxu ictimai nəqliyyat vasitəsinin oturacaqlarında toz və kir olduğunu qeyd edir. Onlar bu kimi halların xəstəlik mənbəyi olduğunu bildirərək məsələnin tezliklə həll edilməsini istəyiblər. Məsələ ilə bağl

25.04.2024 344
.

Ramiz Mehdiyevin şirkətləri üz-üzə - MƏHKƏMƏ ÇƏKİŞMƏSİ

Azərbaycan Milli Elmlər Akademiyasının sabiq prezidenti Ramiz Mehdiyevin şirkətləri arasında məhkəmə olacaq. "Qlobal East VVest" MMC "Şərq-Qərb" ASC-ni məhkəməyə verməklə əmlak tələb edir. xəbər verir ki, iddiaya Bakı Kommersiya Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq

15:14 226
.

"Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası olan Qırğızıstanla əlaqələr də müstəsna əhəmiyyətə malikdir"

"Bu il fevralın 14də baş tutmuş andiçmə mərasimində Prezident İlham Əliyevin Türk dünyasının Azərbaycan xarici siyasətində prioritet olduğunu bəyan etmiş və bildirmişdi ki, "Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır." Azərbaycan üçün Türk birliyinin ayrılmaz parçası ola

14:19 106
.

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü

Ermənistan hərbçisi Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətində minaya düşüb. Bu barədə Ermənistan parlamentinin deputatı Qarnik Danielyan məlumat verib. Ermənistan Müdafiə Nazirliyindən bildirilib ki, hərbçi mina partlayışı nəticəsində xəsarət alıb. Onun həyatı üçün heç bir təhlükə yoxdur. Hərbçini

25.04.2024 386