Qızdırma salan 6 ən yaxşı təbii vasitə

Qızdırma salan 6 ən yaxşı təbii vasitə

Qızdırma qalxdıqda dərhal kimyəvi preparatlara üz tutmayın. Hərarət çox yüksək deyilsə (38,5 C) təbii vasitələrdən istifadə edin. Sizə ən effektli təbii qızdırma salan vasitələri təqdim edirik.

1. Moruq

Moruq mürəbbəsi, təzə, dondurulmuş və ya qurudulmuş moruq, moruğun yarpaqları və qabığı çox effektli təbii qızdırma salan vasitədir. Moruğun tərkibində çoxlu miqdarda asetilsalisil turşusu (biz bu turşunu "aspirin" kimi tanıyırıq) var. Asetilsalisil turşusu ən güclü hərarətsalan maddələrdir biridir.

Moruq mürəbbəsini çaya əlavə edin, meyvələrdən, yarpaqlardan və qabıqdan dəmləmə hazırlayın.

2. Cökə ağacının çiçəkləri

Çökə ağacı də qədim zamanlardan qızdırma salan, iltihabəleyhinə vasitə kimi istifadə olunur. 1 x.q. cökə ağacının çiçəklərini 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün, adi çay kimi için.

3. İtburnu

Bu da tanınmış qızdırma salan, iltihabəleyhinə və imuniteti möhkəmləndirən vasitədir. Axşamdan termosa 1 ovuc qurudulmuş itburnu tökün (əvvəlcədən meyvələri əzin), üzərinə yarım litr isti su tökün, səhərə qədər saxlayın, səhər yaxşı süzün və gün ərzində için. Çaya bal əlavə etmək olar.

4. Çobanyastığı

Çobanyastığı iltihabı azaldır, immuniteti möhkəmləndirir. 1 x.q. çobanyastığı 200 ml isti suda 30 dəqiqə ərzində dəmləyin, süzün və adi çay kimi için.

5. Portağal və ya qreypfrut şirəsi

Bu vasitə də soyuqdəymə və qripp zamanı çox yaxşı kömək edir - hərarəti salır, vəziyyəti yüngülləşdirir, immuniteti gücləndirir.

6. Ərik qurusu və kişmiş dəmləməsi

Ərik qurusu və kişmiş də asetilsalisil turşusu ilə zəngindir. Dəmləmə hazırlamaq üçün axşamdan termosda 5-6 ərik qurusu və 1 ovuc kişmiş yarım l isti suda dəmləyin, növbəti gün ərzində için. Meyvələri yeyə bilərsiniz. (saglamolun.az)
f Paylaş
Bölmə: Sağlam ol Oxunub: 2788 Tarix: 08.01.2017
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Uzunsacliqiz
Uzunsacliqiz 09.01.2017
En yaxsi sirkedir.Usaqlarcinda boyukler ucunde.Bir nece deqiqe gozlemeye ehtiyac yoxdur.
Sirkeni masaj etmeden yungulce cekmek lazimdir bedene.Corablari sirke ile isladib da geyinmek olar.Kimse icmeyi dusunmesin bir defelik bedeni soyuyar.
O

 
DUZLU_NIK
DUZLU_NIK 08.01.2017
Wekilin yeri var
☆ ♥♥ (¯`*•.¸♥ ⊰✿♥ღ♥ღ♥✿⊱ ( ☆⊰✿♥ღ SoN ღ♥✿⊱☆ ) ⊰✿♥ღ♥ღ♥✿⊱ ♥¸.•*´¯​) ♥♥☆


 
A_F_I_N_A
A_F_I_N_A 08.01.2017
Deyerli xeber ucun tewekkurler.