Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADI

Ömürlük dərmana məhkum olan "Miasteniya" xəstələri əməliyyatla sağala bilər? - CƏRRAH AÇIQLADIBir çoxlarının məlumatsız olduğu "Miasteniya Gravis" xəstəliyindən müalicə alan insan sayı təəssüf ki Azərbaycanda da az deyil. Lakin bu xəstəlik haqqında eşitmədikləri üçün artıq miasteniyanın ağırlaşmış formasında həkimə müraciət edirlər.

Bəs bu xəstəliyin simptomları nədir? Onun barəsin nələri bilməliyik?

BiG.AZ xəbər verir ki, mövzuyla bağlı Sonxeber.az olaraq suallarımızı ATU-nun Tədris Cərrahiyyə Klinikasının torokal cərrahı Arif Ağayev-ə yönləndirdik.

Onun sözlərinə görə, xəstəliyin əsas əlaməti yorulmaqla artan və dincəlməklə qismən düzələn əzələ gücsüzlüyüdür:

"Diaqnostika zamanı xəstədə birinci əzələ zəifliyi hiss olunur. Əlamətlər danışma, udma, çeynəmədə çətinlik, xəstəliyin ən ağır halında da tənəffüsün çətinləşməsidir. Miasteniya, formalarından asılı olaraq, lokal və ya "generalizə" simptomlarla başlaya bilər. Lokalla başlayarsa, udqunma pozulması, göz qapaqlarının düşməsi halları baş verir, xəstələrdə darıxma hissi olur, sanki nəfəs almaq istəyib, tam ala bilmirlər. Günün sonuna yaxın aşağı ətraflarda yorğunluq, tükənmə hissi olur. Ən klassik simptom borner, yəni göz qapaqlarının düşməsi halıdır. Adətən bu sağ göz qapağında olur, udqunma pisləşdiyi üçün ağızdan selik axması halı baş verir. Bu xəstələrə kəskin diaqnozlar qoyula bilər. Ən başından nevroloqlara müraciət etsələr, nevroloji halı dəyərləndirilsə, müalicə uğurlu olar. Terapevt və digər həkimlərə getsələr, düzgün olmayan uzun prosesdən keçəcəklər".

Həkim-cərrah söyləyib ki, göz qapağının düşməsi klassik simptomdur:

"Bu o deməkdir ki, ya divar aralığında bir törəmə var, ya da miasteniyadır. Divar aralığında və yaxud ağciyərdə şiş olanda düşmüş göz qapağı geri qayıtmır. Amma miasteniya xəstələrində göz açılır, sonra yavaş-yavaş bağlanır, yəni gedib-gəlici simptomlar müşahidə olunur. Xəstə yorulanda göz qapağı düşür, səhər-səhər aktiv olanda düzəlir. Daha sonra əsnək əzələlər boşaldığı üçün danışmada problemlər yaranır.

Miasteniya xəstəsinin timus vəzində törəmə varsa, müalicələr effektsiz olacaq. Xəstəliyi yüngülləşə bilər, amma effektli deyil. Bu halda birinci addım cərrahi planlama olmalıdır. Əgər şiş yoxdursa, dərmanla davam etmək olar. Tibbi ədəbiyyatda, dünya praktikasında, həmçinin bizim öz praktikamızda da sübut olunur ki, cərrahi müalicə yolu daha effektivdir. Əməliyyat zamanı timus vəzi çıxardılır. Müxtəlif klinikalardan verilən məlumatlara istinadən, Timektomiya-timus vəzinin çıxarılması hər 100 xəstədən 60-80 nəfərində xəstəliyin tamamilə sönməsinə gətirib çıxarır. Ümumi statistikaya görə, əməliyyat olunan xəstələrin 80-90 faizi miasteniyadan tamamilə yaxa qurtarmış olur. Yerdə qalanların sağalması xəstəliyin fərdi inkişafı və digər faktorlardan asılı olur".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 960   Tarix: 08 sentyabr 2021  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. BİG.AZ deyerler.org-a istinadən bildirir ki, mütəxəssislər 1761 nəfərin iştira

29.08.2021 1334
.

Yaxşı fiziki formaya aparan yolda ilk 5 ADDIM

İlin əvvəlində yaya kimi arıqlamağı özünüzə məqsəd qoymuşdunuz, amma yayın sonunda hələ də məqsədinizə çatmamısınız? O zaman məqsədlərinizə daha ciddi yanaşın və elə bu gündən başlayın. BİG.AZ xarici mətbuata istinadən oxuculara 5 sadə addımdan başlamağı məsləhət görür. Elementar görsənsələr də, bu qaydalar

24.08.2021 957
.

Soyuqdəyməyə qarşı mübarizədə balın faydaları

İngiltərənin Oksford Universitetinin alimləri, balın soyuqdəymə simptomları və tənəffüs yoluxucu xəstəliklərlə mübarizədə, antibiotiklərdən və həddindən artıq dərmanlardan daha çox və daha faydalı ola biləcəyini göstərib. Mütəxəssislər 1761 nəfərin iştirak etdiyi 14 araşdırmanı nəzərdən keçirib. Balı

15.08.2021 780
.

Koronavirus qan dövranı sistemini belə zədələyir

Amerikalı alimlər koronavirusun tənəffüs yolu xəstəliyi olmadığını söyləyib, çünki hər şeydən əvvəl insanın ağciyərləri deyil, damarlar təsirlənir. Kaliforniya Universitetinin alimlərinin sözlərinə görə, koronavirus ilk növbədə qan dövranı sisteminə təsir edir. "COVID-19 xəstələrində tənəffüs problemlərini

04.09.2021 1300
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798
.

Həddən artıq tərləmənin SƏBƏBLƏRİ

Tərləmə fizioloji prosesdir. Tərləmənin köməyi ilə bədənimiz öz normal hərarətini saxlayır. -a istinadla bildirir ki, mütəxəssislər bununla bağlı maraqlı məlumatlar verir:. - Bundan əlavə tərlə birlikdə orqanizmdən artıq və ziyanlı maddələr (toksinlər, şlaklar və s.) ifraz olunur. İnsana isti oland

18.08.2021 1367
.

Yoluxucu xəstəliklərdən qorunmaq üçün belə qidalanın

Payızda immuniteti yaxşılaşdırmaq və bədəni gücləndirmək üçün sitrus meyvələrindən istifadə etmək məsləhət görülür, çünki tərkibində olan efir yağları əhval-ruhiyyəni yüksəldir. Bundan əlavə, faydalı yağlar unudulmamalıdır, onları qoz-fındıq, zeytun yağı, avokado və yağlı balıqdan əldə etmək olar. B

12.09.2021 1388
.

Boypik - Boy inkişafı üçün məcun

Çox vaxt valideynləri narahat edən faktorlardan biri də övladlarının boy inkişafının geri qalmasıdır. Həmyaşıdlarından nə qədər ölçü uzun və ya kiçik olması ilk baxışdan cəlb ediləcək məsələlərdəndir. İstər az yaşlı, istərsə də məktəbli və yeniyetmələrin boy inkişafında vücuda lazım olacaq mineral v

30.08.2021 2311
.

Yuxusuzluğu aradan qaldıran məlhəm

Yay girəndən bir çoxları yuxusuzluq sindromundan əziyyət çəkir. Yatmaq istəsəniz də, yuxuya getməyə əziyyət çəkirsiniz. BİG.AZ Axşam.az-a istinadən xəbər verir ki, yuxu dərmanı qəbul etmək heç də çıxış yolu deyil. Həm də dərman mədəni zəhərləyir. Yuxusuzluq sindromundan xilas olmaq üçün aşağıdakı məlhəm

22.08.2021 2428