Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI

Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI"Bəzi məhsullar istixanalarda yetişdirilir. İstixanada isə zəruri temperatur yaradılır. Məsələn, istixanada xiyar yetişdirmək üçün 23-24, pomidor üçün 25-26, çiyələk üçünsə təxminən 24-25 dərəcə istilik tələb olunur.

Nəzərə alaq ki, son günlər havanın temperaturu müsbət 30 dərəcəyə yaxınlaşıb. Ona görə də istixanalar artıq yanacaqdan istifadə etmir, təbii günəş enerjisindən faydalanır. Bu da həm məhsulun maya dəyərini aşağı salır, həm də məhsul bolluğu yaradır. Ona görə də yaxın günlərdə xiyar, pomidor və çiyələyin qiyməti xeyli aşağı düşəcək".

Bunu Bizim.Media-ya açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib. O bildirib ki, açıq sahədə yetişdirilən xiyar, pomidor və çiyələk də yaxın günlərdə bar verməyə başlayacaq:

"Bu da bazarda təklifin artmasına şərait yardacaq. Amma bu mərhələyə çatmağımız üçün ən azı 15-20 gün zaman tələb olunur. Yəqin ki, mayın ikinci yarısında növbəti qiymət enişinə şahidlik edəcəyik. O zaman biz bazarlarda kiloqramı 1 manata qədər olan xiyar, 1-1,5 manata olan pomidor və çiyələk görəcəyik".

Akif Nəsirli bazara faraş kartofun da çıxdığını qeyd edib:

"Yaxın günlərdə Cəlilabad və digər rayonların fermerləri cari ilin kartofunu kütləvi şəkildə bazara çıxaracaqlar. Bundan əlavə, yeni soğan da artıq piştaxtalara yol tapır. Təsadüfi deyil ki, bəzi bazarlarda soğanın kiloqramı 30 qəpiyədək ucuzlaşıb. Kartof da yaxın günlərdə daha ucuz qiymətə təklif olunacaq.

Bundan əlavə göyərtinin qiymətində eniş olacaq. Dəsti 20-25 qəpiyə satılan göyərti ən azı 2 dəfə ucuzlaşacaq. Bu ucuzlaşma əsasən yay aylarına qədər davam edəcək. Çünki isti havalarda göyərti becərmək kifayət qədər çətin olur".

Həmsöhbətimiz bu ilin fevral-mart aylarında havaların əlverişli keçməsini meyvə bolluğuna gözəl zəmin kimi dəyərləndirib:

"Ona görə də bu il biz daha ucuz qiymətə meyvə görəcəyik. Ola bilsin ki, ərik bir qədər baha olsun. Ancaq digər mövsümi meyvələr bol və ötən illə müqayisədə xeyli ucuz olacaq".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1305   Tarix: 01 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

BMT-nin iclasında Rəisinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib - FOTO

BMT Təhlükəsizlik Şurasının iclası təyyarə qəzası nəticəsində həlak olan İran Prezidenti İbrahim Rəisinin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. xəbər verir ki, bu barədə BMT-nin xəbər xidməti "X" sosial şəbəkəsində məlumat yayıb. "BMT Təhlükəsizlik Şurasının üzvlər

20.05.2024 266
.

Bu bağban meyvələrini HƏRBÇİLƏR İLƏ BÖLÜŞÜR - VİDEO

Yəqinki alça görüb ağzı sulanmayan az adam olar. Ömründə heç olmasa bircə dəfə göycənin dadına baxanlar isə bu meyvəni görmədən dayana bilmirlər. Dadı və ləzzəti ilə yanaşı, həm də adı ilə məşhurdur Naxçıvan göycəsi. Muxtar Respublikanın bütün bölgələrində yerləşən göycə ilin məhz bu fəslində ən ço

11:15 209
.

"Rəisinin ölümü xüsusi xidmət orqanlarının fəaliyyətində ciddi qüsurların olmasından irəli gəlir" - Politoloq

İran prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian və digər dövlət nümayəndələri helikopter qəzasında həlak olublar. Politoloq Elşən Manafov -a bildirib ki, helikopterin İsrail və ya ABŞ tərəfindən vurulması ehtimal edilə bilər. Ortalıqda isə hələlik ciddi dəlil və sübutlar yoxdur:

20.05.2024 852
.

18 yaşadək nikah istisnaları ləğv edilə bilər

18 yaşadək nikaha daxil olma ilə bağlı tətbiq edilən istisnanın ləğv edilməsi təklif edilir. "Qafqazinfo" xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2023-cü il üzrə məlumatında qeyd edilib. Bundan əlavə, erkən nikah hallarının qarşısının alınması üçü

20.05.2024 330
.

Rəcəb Tayyib Ərdoğan İlham Əliyevə zəng edib

Mayın 20-də Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Bu barədə məlumat yayıb. Bildirilib ki, telefon söhbəti zamanı Türkiyə-Azərbaycan əlaqələri, regional və qlobal proseslər müzakirə olunub. Prezident Rəcəb Tayyib Ərdoğa

20.05.2024 378
.

ABŞ qoşunlarını sentyabrın ortalarına qədər Nigerdən çıxaracaq

ABŞ qoşunlarını sentyabrın ortalarına qədər Nigerdən çıxaracaq. xəbər verir ki, ABŞ və Niger tərəflərinin imzaladığı bəyannamədə Vaşinqton və Niamey rəhbərliyinin çəkilmə ilə bağlı əldə etdiyi ortaq qərara uyğun olaraq, Nigerdə ​​yerləşən Amerika əsgərlərinin ən geci sentyabrın 15-dək ölkəni tamamil

20.05.2024 250
.

Evlənəcəkdilər, ayrıldılar

Türkiyənin məşhur aktrisası Ayça Ayşin Turan şəxsi həyatı ilə gündəmə gəlib. "Qafqazinfo" xəbər verir ki, bu barədə Türkiyə mətbuatında məlumat yayılıb. Bildirilib ki, aktrisa evlənməyə hazırlaşdığı deyilən keçmiş həmkarı, siyasətçi Mehmet Aslandan ayrılıb. Cütlüyün 2 ay öncə ayrıldıqları qey

11:05 271
.

"İnternet övladdan da şirin olub"

"Səyahəti xoşlayıram. Bəzən elə dağlıq yerlərə gedirəm ki, internet yoxdur. Çox gözəl, rahat və sakit yaşayırsan. Bizim nəsli heç panikaya sala bilməz. Əksinə bir lətifə var: internet sönmüşdü, evdəki insanlarla tanış olduq. Nə gözəl insanlar var imiş bizim ailədə". Axşam.az xəbər verir ki

14:08 30
.

Sabiq Baş nazirin kürəkəni özünə təmtəraqlı ad günü KEÇİRDİ - VİDEO

Xanəndə Pərviz Qasımov özünə ad günü keçirib. olay-a istinadən bildirir ki, onun məclisində şou-biznes nümayəndələri, dostları, yaxınları yer alıb. Muğam ifaçısı ilə xanımının və oğlunun görüntüləri sosial şəbəkələrdə paylaşılıb. Qeyd edək ki, Pərvizin həyat yoldaşı sabiq baş nazir Novruz Məmmədovu

12:49 405