Adnan Oktarın Bakıdakı adamı danışdı - MÜSAHİBƏ

Adnan Oktarın Bakıdakı adamı danışdı - MÜSAHİBƏ"Türkiyəli ilahiyyatçı, "A9" kanalının rəhbəri Adnan Oktar (Harun Yahya) təriqətinə qoşulmuş qızlara qarşı əxlaqsız hərəkətlər edir".

Adını anonim saxlayan xanım vaxtı ilə Adnan Oktarın təriqətində olduğunu demişdi.

Azərbaycan mediasında yayılan məlumatlarda dəfələrlə qeyd olunub ki, "Canan" ləqəbli xanım sosial şəbəkələrdə fəallığı ilə tanınan Aysel Vəlizadədir. Bu qalmaqallı məsələyə isə A.Vəlizadənin həyat yoldaşı, Adnan Oktarın Bakıdakı nümayəndəsi Ramiq Vəliyev müsahibəsində aydınlıq gətirdi.

- Mediada həyat yoldaşınız Aysel Vəlizadənin Adnan Oktarla hallanmasını yəqin eşitmisiniz? Bu barədə nə deyə bilərsiz?

- Bu, sadəcə bir yalandır. Bunu deyə bilərəm.

- Biz bu mövzuyla bağlı Aysel xanımla əlaqə saxladıq. Xanımınız susmağa üstünlük verdi. O, bu mövzuya aydınlıq gətirə bilməzdimi?

- Bilirsiniz, bu suala cavab verməyəcəm. Nəsə lazım olsa, onun vəkili açıqlama verəcək. Özü yox.

- Adnan Oktarın açıqlamaları mətbuatda müzakirə olunmaqdadır. Bu barədə nə deyərdiniz?

- Adnan Oktar din alimidir. Onun dünyada milyonlarla tamaşaçısı var. Mən şəxsən Adnan bəyin fikirləri ilə razıyam.

- Siz Azərbaycanda "A9" televiziyası açmışdınız. Amma sonradan fəaliyyəti dayandır. Bağlanmasına səbəb nə idi?

- Düzgün qeyd etdiniz, televiziya bağlandı. Səbəb isə texnikanın çatışmaması üzündən oldu. Fəaliyyətimiz bir neçə gün çəkdi.

- Bəs bu texniki problemlər öncədən nəzərə alınmamışdı?

- Yox. Nəzərə alınmamışdı. Sonradan çıxan problemlərdə olur.

- Həyat yoldaşınız "Facebook" səhifəsində adının önündəki "Canan" adını silib.

- Ona o ləqəbi mən vermişdim. Mən də götürdüm. Bir də ki sosial şəbəkədir. Burda fərqi nədir? kim necə istəsə, elə də ad qoya bilər.

- Adnan bəyin mediada yayılan mesajlarında qarşı tərəfin adı "Canan" qeyd edilib. Bəlkə səbəb budur?

- Yox. Səbəb deyil.

- Həyat yoldaşınızla sizin barənizdə yayılanlar haqda nə deyərdiniz?

- Bu, həyatdır. Biz hər zaman hökumətimizin yanında oluruq. Azərbaycan -Türkiyə münasibətlərinin möhkəmlənməsini istəyirik. Müasir gəncliyimizi istəyirik. Bu istəyimizi dəstəkləməyənlər də ola bilər. Biz Adnan Oktarın fikirlərini dəstəkləyirik. Bu isə kimlərinsə xoşuna gəlmir. Əleyhimizə iftira kampaniyası da, bax, buna görə başlayır. Tarix boyu müsəlmanlarla bu cür mübahisələr aparılıb. Yəni Həzrəti- Mövlanaya "cinayətkar qadın" deyilib, Həzrəti Yusifə isə "Cinayətkar kişi" deyilib. Quranı-Kərimə baxsaq, bu cür iftiraların şahidi olarıq.

-Ümumiyyətlə, sizə Harun Yahya və Adnnan Oktardan maliyyə dəstəyi olur?

-Yox. Qətiyyən.

-Bəs, niyə yeni açdığınız telekanala "A9" adını verişdiniz?

-İstənilən ad seçə bilərdik. Əsas maddi cəhətdən bağlılıq deyil. Sadəcə, fikirlərimiz üst-üstə düşür.

-Bəs, Adnan Oktarla telefon əlaqəsi yaradırsınızmı?

-Təbii ki, yox. Adnan Oktar sadəcə, fikrinə hörmət etdiyim şəxsdir. Vəssalam. Bu qədər. Sadəcə, onun fikirlərini paylaşıram.

-Həyat yoldaşınız barədə bu qədər söz-söhbətlər səngimək bilmir. Olmazdımı ki, mövzuya aydınlıq gətirsin?

-Mən onun həyat yoldaşı olaraq, onu bu söz-söhbətlərdən qorumaq üçün vəkil tutmuşam ki, əziyyət çəkməsin. Aysel xanım da bu söz-söhbətlərdən narahatdır.

- Vəkilin əlaqə nömrələrini verə bilərsiz?

-Yox. Gərək mən vəkilin özü ilə danışım.

- Azərbaycanda yetərincə ilahiyyatçı var. Amma onların heç birinə belə iftiralar atılmayıb. Niyə məhz siz?

-Mən sizə bir söz deyim Həzrəti -Yusifə atılan iftira başqasına atılmayıb. Ona görə bu iftiralar normaldır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 2032   Tarix: 22 aprel 2014  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

İtalyanlardan "Can Yaman" dondurması - Fotolar

Geniş tamaşaçı kütləsi və sevənləri olan aktyor Can Yamanın pərəstişkarları yenə də hər kəsi təəccübləndirməyi bacarıblar. Bu dəfə isə İtaliyanın Alessandriya şəhərində yerləşən restoranların birində aktyorun adını daşıyan ballı və fıstıqlı dondurma satışa çıxarılıb. Dondurmanı hazırlayan Barbara Buratto

13.09.2020 3628
.

Dilarə Əliyeva anasından danışıb ağladı - Video

Əməkdar artist Dilarə Əliyeva "Söhbət var" proqramında anasından danışıb ağlayıb. xəbər verir ki, aktrisa proqrama qonaq olan Xalq artisti Eyyub Yaqubovun "Ana" mahnısının onu hər zaman duyğulandırdığını söyləyib:. "Ötən il maşınla gedirdim, üç xanım idik. Sizin "Ana"

06.07.2020 5362
.

Günelin azərbaycanlı kişi müğənni ilə SƏMİMİ FOTOSU YAYILDI

Tanınmış müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, müğənninin həmkarı Pərvin Lətifovla səmimi fotosu yayılıb. Fotonu Pərvin Lətifov instaqram hesabında paylaşıb. O fotoya belə şərh verib:. "Həqiqətən dəyərli insandır, oxumağı da heç də

05.03.2020 14411
.

"Dağda ən təhlükəli heyvan dağ keçisidir" - Azərbaycanlı alpinistlə MÜSAHİBƏ

Çoxları qarlı zirvələri fəth etməyə səy göstərir. Bunu arzulayır. Lakin sərt küləkdə, 30 dərəcə şaxtada dağların hər saniyə uça bilən buz bağlamış çıxıntılarından, yumşaq qarla örtülü təhlükəli yamaclarından keçə bilmək hər kəsin bacara biləcəyi bir iş deyil. Bəs kimlər alpinist ola bilər?. Alpinizimi

20.02.2020 6876
.

"Mənim ehtiyacım yox idi, aparmadım" - Xatun "Maşın Şou"da danışdı

Yeni mövsümü başlayan "Maşın Şou"nun iştirakçılarından biri olan Xatun maraqlı açıqlama verib. ölkə.az-a istinadən bildirir ki, ifaçı "Maşın Şou"nun daha öncəki mövsümü barədə bunları deyib:. "İstərdim ki, maşını layiq olan və ehtiyacı olan aparsın. Mənim ehtiyacım yox idi, aparmadım

02.10.2019 2215
.

Dəqiqənin 59 saniyəyə salınması təklif olunub

Alimlər planetimizin hazırda son 50 ilin ən sürətli tempi ilə dövr etdiyini bildiriblər. Bununla əlaqədar olaraq dəqiqəni bir saniyə qısaltmaq və dəqiq zaman axınını Yerin fırlanmasına uyğunlaşdırmağın məntiqli olub-olmadığı barədə xronometristlər müzakirələrə başlayıblar. -a istinadən bildirir ki, b

11.01.2021 2922
.

Aysun haqqında yayılan BİABIRÇI İDDİALARA cavab verdi

İnstaqramda "Giveaway" təşkil edən şirkət müğənnini Aysun İsmayılovanın başını bəlaya salıb. Shownews xəbər verir ki, qonorar qarşılığında "Giveaway" reklam edən Aysuna izləyiciləri inanıb və ödəniş edərək həmin yarışmaya sponsor olublar. Bunun qarşılığında isə sponsor olan səhifələr

22.06.2020 11748
.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur. 2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qəra

17.07.2020 6757
.

Ayan və qızından yeni - FOTO

Son günlər karantin rejimi ilə əlaqədar məşhurlar evlərindən, ailələrindən tez-tez paylaşımlar edirlər. xəbər verir ki, müğənni Ayan Babakişiyeva da mütəmadi olaraq qızı Selena ilə görüntülərini paylaşır. Ayanın son paylaşımı da Selena ilə fotosu olub. Onların fotosu diqqət çəkib. Samirə Qasımova

23.04.2020 5360