"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏ

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏBiG.AZ saytının "Seçilənlər" rubrikasının növbəti qonağı "Popstar" yarışması ilə məşhurlaşan Türkiyəli sevilən müğənni Barış Kömürcüoğludur.

2003-cü ildə "Kanal D"də yayımlanan "Popstar" yarışmasındakı iştirakınız ilə çox sevildiniz. Bu yarışmaya qatılmağa necə qərar verdiniz və bu qədər sevilməyi necə bacardınız?

- Ailəmin dəstəyi və məsləhəti ilə "Popstar" yarışmasına qatıldım. Əgər sevilə bildimsə nə xoş mənə. Sevilmək üçün xüsusi bir metod istifadə etmədim sadəcə təbii olmağa çalışdım.

"Popstar" yarışmasında ifa etdiyiniz "Sessiz Gemi" və "Bu Gece Son" mahnılarınız həmin zamana damğa vurdu və hər yerdə səsləndi. Bu sizdə necə alındı?

- "Sessiz Gemi"ni ifa etdiyim həftə ilk dəfə həftəni birinciliklə bitirdim və bir çox insanın yaddaşında qalmağı bacardım. "Bu Gece Son" mahnısını isə hər həftə yarışmada mübarizəni dayandıran iştirakçının ardından mən oxuyurdum və mahnıda mənlə daha çox sevildi.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏAnkara Universitetində siyasət təhsili almağınıza rəğmən necə oldu ki, müğənni olmağa qərar verdiniz?

- Mahnının mənim üçün bir ehtiras olduğunu fərq ettim və həyatımı buna həsr etmək istədim. Yaxşı ki, bu seçimi etdim. Bir daha seçmə şansım olsaydı yenə də müğənni olmağı seçərdim.

Işın Karaca, Bengü kimi məşhur müğənnilərin vokalistliyini etdiniz. Bəs karyeranızın əvvəlində hansısa məşhur sizə dəstək olub?

- Açıqcası heç kimdən dəstək görmədim. Bunu kimisə pisləmək üçün demirəm. Mən yıxıla dura tapdım öz yolumu.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏBir müsahibənizdə ulduzların gənclərin önünü kəsdiyini demişdiniz. Tam olaraq nəyi nəzərdə tutmuşdunuz və hələ də belə düşünürsünüz?

- Bəli, bu sözümün arxasındayam. Təəssüf ki, istedadsızlar istedadlılardan daha irəli getmək üçün onların önünü kəsirlər ki, özlərinə daha çox pay düşsün. Xüsusilə istedad yarışmalarında həqiqətən bacarıqlı olanları və ulduz işığı olanları qəbul etmirlər və ya ilk turda mübarizədən kənarlaşdırırlar.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏAzərbaycanda sizin "Zalim" mahnınız çox sevildi. Böyük bəstəkarımız Eldar Mansurovun musiqisi və gözəl aktrisamız Aysel Nazimin klipdə çəkilməsi bizim diqqətimizi çəkdi və çox bəyəndik. Bu layihə necə reallaşdı?

- "Zalim" Kanun Yıldırımın layihəsi idi. Mənə solist olmağı təklif etdi və məmmuniyətlə qəbul etdim. Çünki çox sevdiyim mahnıdır. Hətta məncə ölümsüz bir mahnıdır. Mən də bəstənin Eldar bəyə aid olduğunu öyrənəndə, dəyərli dostum Aysel Nazimdən "kliptə çəkilmək istəyərsən mi?" sualını soruşdum. Sağolsun təklifi qəbul etdi. Biz klip üçün Almaniyada görüşdük və orada çəkildi. Həqiqətən də çox uğurlu bir iş ortaya çıxdı.

Azərbaycanda tanıdığınız müğənnilər var mı?

- Təbii ki, var. Azərbaycanda çox dəyərli sənətçilər var. Məsələn 2010-cu ildə Faiq Ağayev ilə Bakıda tanış olmuşduq. Elnarə Xəlilova ilə 2014-cü ildə "Dayan" adlı bir duetimiz olub. Böyük sənətkar Polad Bülbüloğluna da çox böyük hörmətim var.

Karyera hədəfləriniz nələrdir?

- Bəlkə də heç bir zaman bu xəyalıma nail olmayacağam amma mən mahnılarımı və səsimi bütün dünyaya dinlətmək istəyirəm.

Sizcə Türkiyənin ən yaxşı kişi və qadın müğənniləri kimlərdir?

- Ən yaxşısın seçmək çox çətindir amma mən Fatih Erkoç və Sezen Aksu heyranıyam.

Yaxın keçmişdə sizin "Eurovision"da Azərbaycanı təmsil edəcəyiniz gündəmə gəlmişdi. Gələcəkdə belə bir şeyin olmağını istəyərsiniz?

- Bəli belə bir mövzu olmuşdu. Əgər bir gün reallaşarsa Azərbaycanı təmsil etməkdən qürur duyaram.

"Azərbaycanı "Eurovision"da təmsil etməkdən qürur duyaram" – Türkiyəli məşhur müğənni ilə MÜSAHİBƏElmir Kərimli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 6757   Tarix: 17 iyul 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Mesut Özilin "Fənərbağça" ilə müqavilə imzalayacağı tarix açıqlandı

Türkiyənin "Fənərbağça" klubunun yeni transferi Mesut Özillə müqavilə imzalayacağı tarix bəlli olub. "Report"un məlumatına görə, bu barədə İstanbul təmsilçisinin prezidenti Ali Koç yerli mətbuata açıqlamasında bildirib. 54 yaşlı funksioner ulduz futbolçunun zədəsinin olmadığını söyləyib

23.01.2021 2452
.

Hər həftə saçlarını dəyişir - Fotolar

Xalq artisti Aygün Kazımova artıq hər həftə saçlarında dəyişiklik edir. Axşam.az xəbər verir ki, nüğənni yenidən kare saçlara qayıdıb. Kazımova eyni zamanda tün saçlarını sarıya boyatdırıb. Aygün yeni görünüşdə obyektiv qarşısına keçərək şəkillər çəkdirib. Müğənni şəkillərini "Gözəl həftə diləyirəm"

30.09.2019 3335
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Çoxları fotoaparatı alanda birbaşa məqsədləri pul qazanmaq olur" – Məşhur fotoqrafla MÜSAHİBƏ

Hər gün sosial şəbəkələrdə qarşımıza çıxan ,gözümüzü oxşayan və bizim bəzən fikir vermədən ötüb keçdiyimiz maraqlı fotoların müəllifləri bu fotolar üzərində bəzən günlərlə vaxt və əmək sərf edirlər. Baxdığı hər bir mənzərədə gözəlliyi tapıb fotoya çevirən bu adamlar işləri ilə əlaqədar olaraq bəzən təhlük

12.02.2020 5023
.

Ciddi münasibətlər üçün ƏN YAXŞI tanışlıq saytları - REYTİNQ

"Mashable" portalı ciddi münasibətlər qurmaq istəyənlər üçün nəzərdə tutulan ən yaxşı tanışlıq saytlarının reytinqini tərtib edib. BİG.AZ-ın -ya istinadən verdiyi xəbərə görə, birinci yerdə saytıdır. 1995-ci ildə istifadəyə verilən sayt altı ay ərzində qeydiyyatdan keçən hər kəsin özünə həya

21.02.2020 23053
.

Aytən Səfərova Yasamal İcra Hakimiyyətini tənqid etdi - Video

Aparıcı Aytən Səfərova Yasamal rayonu ərazisində yolun ortasına qurulan çadıra görə Yasamal Rayon İcra Hakimiyyətini tənqid edib. xəbər verir ki, o, bu çadıra görə insanların işə gecikdiyini vurğulayıb:. "Hər səhər "Space" TV-nin yanında yol bağlıdır. Yasamalın icra orqanları bu çadır

15.10.2019 2564
.

"Nəsimini bərbad hala salan Afət"

Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını ələ salıb. Axşam.az xəbər verir ki, bu haqda ifaçı "Zaurla Günaydın" verilişində danışıb. "Nəsimini bərbad hala salan Afət var. Demişdi ki, yatdım yuxuda Nəsimini gördüm. Dedi, bu şeirə mahnı oxu" deyə, Kərimova söyləyib

30.11.2019 3083
.

Kıvanç Tatlıtuğu döyən, "Çukur"a çəkilən azərbaycanlı aktyorla MÜSAHİBƏ

Türkiyədə reytinqləri alt-üst edən, eyni zamanda Azərbaycanda da sevilərək izlənən "Çukur" serialının Fərhadı, Aras Bulut İynemlinin dostu Nihat Ələskərov saytının qonağı olub. Nihatı tanımaq və film çəklişlərində kadr arxasında baş verən maraqlı məqamları öyrənmək üçün gənc aktyorla olan səmim

13.01.2020 7116
.

Putin ad günündə öz maaşını artırdı

Rusiya prezidenti Vladimir Putin ad günündə öz maaşını 4.3 faiz artıran sərəncam imzalayıb. rus KİV-inə istinadən xəbər verir ki, sərəncama əsasən, Rusiyada prezident və baş nazirlərin aldığı maaş 4.3 faiz artırılıb. Bundan əlavə, sərəncamla Müdafiə, Fövqəladə Hallar, Daxili İşlər nazirləri ilə yanaşı

07.10.2019 2816