Görkəmli aktyor Həsənağa Turabovun 75 illik yubileyi

Görkəmli aktyor Həsənağa Turabovun 75 illik yubileyiGörkəmli aktyor Həsənağa Turabovun 75 illik yubileyi qeyd olunub.

Anım tədbirində sənətkara həsr olunan «Səsin sehri» adlı audiodiskin təqdimatı da keçirilib

Milli kino tariximizə yaratdığı obrazlarla əbədi həkk olan görkəmli aktyor Həsənağa Turabovun 75 illik yubileyi qeyd olunub. Teatr xadimləri ittifaqında keçirilən anım tədbirində sənətkara həsr olunan «Səsin sehri» adlı audiodiskin təqdimatı da keçirilib.

Həsənağa Turabov milli teatr və kino salnaməmizdə klassik və müasir aktyor sənəti ənənələrindən bəhrələnərək öz yolunu, öz məktəbini yaratmış görkəmli sənətkarlardan idi.Hamlet, Xəyyam, İsgəndər kimi yaddaqalan rolların ifaçısı istər teatr istərsə də kino sənətində yenilməz idi. Bu fikirləri sənətkarın 75 illik yubiley tədbirində səsləndirildi. Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən Həsənağa Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı aktyorlarından birinə çevrilib. Milli aktyorluq məktəbinin ənənələrini davam etdirməklə yanaşı Həsənağa Turabov yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib.

Aydın Talıbzadə - teatrşünas:

Milli kinematoqrafiyamızın inkişafında da Həsənağa Turabovun xidmətləri böyükdür. Aktyorun bir sıra bədii filmlərdə, o cümlədən, televiziya filmlərində yaratdığı maraqlı və yaddaqalan surətlər onun aktyor həyatının böyük bir hissəsini təşkil edib. Həsənağa Turabov müsbət rolları sevdiyi qədər mənfi obrazları da məharətlə ifa edirdi. Çıxış edənlər Həsənağa Turabovun bədii qiraət sahəsindəki fəaliyyətinə də diqqət çəkdilər.Bildirildi ki, ədəbiyyata bağlı olan görkəmli sənətkar zaman-zaman klassik sənət nümunələrimizin ən gözəl incilərini lentə yazdırıb. Tədbirində Həsənağa turabovun ifasında səsləndirilən "Səsin sehri" adlı audiodiskin təqdimatı da keçirilib.

Ramiz Novruzov -xalq artisti:

Həyat onu bizdən ayırsa da Həsənağa Turabov onu sevənlərin yaddaşında kimisi üçün Afşin, Gəray bəy, kimisi üçün İskəndər, Hamlet, Kəbirlinski kimisi üçünsə sadəcə Həsənağa Turabov olaraq daim yaşayacaq.

mənbə: itv.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1148   Tarix: 16 iyun 2013  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Sinemi o əvəz edəcək - FOTO

Türkiyəli aktrisa Sinem Kobal "Mahkum" serialına çəkilməkdən imtina edib. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb isə aktrisanın qızına vaxt ayırmaq istəməsi olub. Ekran işində Onur Tunanın tərəf müqabili isə Seray Kaya olub. Qeyd edək ki, serialda İsmayıl Hacıoğlu da yer alacaq

17.09.2021 3477
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycanda BƏDBƏXT HADİSƏ: Uşaq əlini yuyarkən su kanalında batıb

Şəmkir rayonunda əlini yuyarkən su kanalına düşüb. -ın məlumatına görə, hadisə rayonun Qılıncbəyli kəndində qeydə alınıb. 2012-ci il təvəllüdlü Nihat Tağıyev kənd ərazisində yerləşən kanalda əlini yuyarkən ayağı sürüşüb və batıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağl

18.09.2021 914
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Vəfat edən atasından yazdı: "Yarım qaldı hər şey"

Bir neçə gün öncə atası vəfat edən müğənni Koray Avcı sosial şəbəkə paylaşımı ilə gündəmə gəlib. Axşam.az-a istinadən xəbər verir ki, atasının fotosunu paylaşan sənətçi hisslərini belə ifadə edib:. "Mənə belə baxdığının heç fərqində olmamışam. Heç oturub içki də içmədik səninlə. Aşiq olduğumu d

17.09.2021 1693