Şou-Biznesdən ən Son Xəbərlər

Azərbaycanlı iş adamı Rza Zərrab hazırda Ebru Gündəşlə birlikdədir

Şou-Biznesdən ən Son XəbərlərAzəri qızı Günellə Ebru Gündəşin əldə etmək üçün mübarizə apardıqları azərbaycanlı iş adamı Rza Zərrabın fotosu ilk dəfə ortaya çıxıb.

25 yaşlı iş adamının Bakıda iri neft biznesinin olduğu bildirilir.

Qeyd edək ki, Rza Zərrab Azəri qızı Günellə 8 il eşq yaşayıb, onlar ötən ilin oktyabrında ayrılıblar. Daha sonra Zərrabın Ebru Gündeşlə sevgili olduğu ortaya çıxıb. Bundan sonra Günellə Gündəş arasında söz atışması başlayıb. Günel Rza Zərrabın hələ də ona sevgi mesajları göndərdiyini iddia edib. Ebru Gündəş isə bur iddiaların doğru olmadığını bildirib. Ən sonda mübahisələrə Rza Zərrab da qatılıb və o, Günelin yalan danışdığını deyib, Azəri qızının onunla barışmaq üçün hətta ibrahim Tatlısəsi elçi saldığını söyləyib.

Türkiyənin tanınmış aktrisa-müğənnisi Hülya Avşarın sevgilisi, iş adamı Sadəddin Sarandan ayrıldığı barədə xəbərlər yayılıb.

Şou-Biznesdən ən Son XəbərlərŞou-Biznesdən ən Son XəbərlərMəlumata görə, aktrisa iki ildir, sevgilisinin villasında yaşayır. Bu yaxınlarda isə Avşar qızı həmin evdən ayrılıb və özünün İstanbulun Sarıyer rayonunda yerləşən villasına köçüb.

"Habertürk Magazin" Hülya Avşar evinə gələrkən, onun şəkillərini çəkib. Aktrisanın maşınından çamadanlar boşaldılarkən obyektivə yaxalanıb. İddiaya görə, yaxınlarda anası Emral Avşarı itirən aktrisa-müğənni depressiyaya düşüb və əsəb sistemində problem yaranıb. Bu səbəbdən cütlüyün arasında bəzi narazılıqlar başlayıb. Onlar sevgilərini qorumaq üçün bir müddət ayrı yaşamağa qərar veriblər.

Sevgililər isə yayılan xəbərlərlə bağlı heç bir açıqlama vermirlər.
Qeyd edək ki, Hülya Avşar əvvəllər iş adamı Qaya Çilingəroğlu ilə evli olub, bu izdivacdan Zəhra adlı qızları var.

Müğənni Röyanın mahnılarına qoyulan qadağa ortadan götürülüb

Şou-Biznesdən ən Son XəbərlərRöya Ayxanın mahnıları yenidən "Çudo Peçka" mağazalar şəbəkəsində səsləndirilməyə başlanıb. Xəbərə görə Röyanın "Unuduldum" mahnısı "Çudo Peçka"nın "Sahil" metrosu yaxınlığındakı mağazasında səsləndirilib.

Qeyd edək ki, Röya "Çudo Peçka" mağazalar şəbəkəsinin rəhbərinin oğlu Anar ilə evləndikdən sonra mahnılarının bu mağazalarda səsləndirilməsinə qadağa qoyulmuşdu. Qadağaya Anarın qohumlarının toyun əleyhinə çıxmaları səbəb olmuşdu.

İndi isə tərəflər barışığa gəliblər. Bu barışdığın nişanələri Röyanın hələ mart ayındakı konsertində özünü büruzə verib. Belə ki, həmin konsertdə Röyanın həyat yoldaşı Anarın nənə və babası da iştirak edib.

Türkiyəli məşhur müğənninin 25 yaşli sevgilisinin Bakida neft biznesi olan atasi kimdir?

Şou-Biznesdən ən Son XəbərlərTürkiyə mətbuatı məşhur müğənni Əbru Gündəş və onun 25 yaşlı azərbaycanlı sevgilisi haqda yeni xəbərlər yayıb. Bu dəfə bildirilir ki, cütlük ötən həftə özəl təyyarə ilə İstanbuldan Antalyaya istirahətə gedib və otellərdən birini bağladaraq əyləncə mərasimi təşkil ediblər. Mərarəsimdə İstanbuldan özəl olaraq aparılmış Ziynet Şallı sevgililər üçün oxuyub. Mərasimin iki gün gecə səhərə qədər davam etdiyi bildirilir.

Xəbər verildiyi kimi, bir neçə gün əvvəl Türkiyə mətbuatı Əbru Gündəşlə onun azərbaycanlı sevgilisi Rza Zərrabın arasının dəydiyini yazmışdı. Bu xəbərlərdə deyilirdi ki, Zərrab müğənni sevgilisi üçün İstanbuldakı zərgərlik mağazalarından birindən 170 min dollarlıq təkqaşlı brilyant üzük alıb. Pulunu isə Azərbaycanda dənizçilik biznesi ilə məşğul olan atasının şirkətinin bank hesabından ödəyib. Atası isə bundan xəbər tutaraq oğluna qəzəblənib və ona zəng edərək üzüyü geri alıb mağazaya qaytarmağı tələb edib. Rza Zərrab isə üzüyü Əbru Gündəşdən alaraq geri qaytarmalı olub və nəticədə onların arası dəyib.

Ancaq "Haberturk" kanalının xəbərindən belə məlum olur ki, Rza Zərrab hələ də müğənni ilə "fırlanır". Bildirilir ki, Antalyada təşkil olunan əyləncə mərasimində Ziynət Şallı orkestri ilə birlikdə iştirak edib. Gündəş və yanındakılar əyləncə mərasimimindən görüntülərin çəkilməsini önləmək üçün orkestr üzvlərinin cib telefonlarını toplatdırıb. Məlumata görə, Rza Zərrab sözlərini özü yazdığı "Sadəcə sevdim" adlı mahnını da Əbru Gündəşə verib. Bildirilir ki, sevgililər münasibətlərinin yaxşı olduğunu göstərmək üçün bir-birlərinə sarılıblar. Əbru Gündəş Rza Zərrabdan 10 yaş böyükdür. "Haberturk" qeyd edir ki, Gündəşin sevgilisinin atasının Bakıda iri neft biznesi də var. Bundan əvvəl Rza Zərrab Türkiyədə yaşayan azərbaycanlı müğənni Günellə münasibətlərdə olub. Hazırda Günel Əbru Gündəşi onun sevgilisini əlindən almaqda ittiham edir və deyir ki, Rza Zərrab hələ də onu sevir.

Əbru Gündəşlə onun azərbaycanlı sevgilisi arasında münasibətlər Azərbaycan oxucusu üçün təkcə şou-biznes xəbəri hesab edilə bilməz. Bu münasibətlər həm də ona görə diqqəti cəlb edir ki, Azərbaycanın sərvətləri hesabına varlanan bir çox məmurların övladları da türkiyəli məşhur müğənnilərin "sevgisini qazanmaq" üçün son vaxtlar bir-biri ilə yarışırmış kimi onlara bahalı hədiyyələr verirlər. Bu hədiyyələr sırasına 20 min avroluq qadın çantası, Bakıda 500 min dollarlıq villa, brilyant qaşlarla bəzədilmiş 30 min dollarlıq mikrafon və s. daxildir. Rza Zərraba və onun atasına gəldikdə isə onların barəsində hələlik geniş məlumatlar yoxdur. Ancaq ehtimal olunur ki, o, əslən Cənubi Azərbaycandandır və atası Bakıda iri bizneslə məşğul olur. Rza Zərrabın atasının biznesinə, xəbərdə deyildiyi kimi, iri neft yatırımları da daxildir və bu baxımdan məsələ növbəti dəfə Azərbaycanın sərvətləri hesabına əldə edilən dollarların məşhur müğənnilərlə kef məclislərinə necə sovrulduğuna yönəlir.

Ermənistanı "Eurovison-2009"-da təmsil edəcək İnqa və Anuş Arşakyan bacılarını yarışmaya Rusiyanın "Fresh Art" kompaniyası hazırlayacaq. Bu şirkəti rəhbərlərindən biri - Aslan Əhmədov isə azərbaycanlıdır.

Şou-Biznesdən ən Son XəbərlərAslan Əhmədovun şirkətdəki digər ortaqları - David Qevorkov və Aleksander Siradekian isə Gürcüstanda doğulublar. Güman olunur ki, Aslan Əhmədov da Gürcüstan azərbaycanlısıdır.
kultaz.com-un verdiyi xəbərə görə, "Nor par" ("Yeni rəqs") kompozisiyanı ifa edəcək bacılar üçün Rusiya şirkəti səhnə tərtibatı, kostyumlar və xereoqrafiya hazırlayacaq. Şirkət rəhbərləri bəyan ediblər ki, "qədim və böyük Ermənistan təmsilçilərini" yarışa hazırlamaq onlara etibar edildiyi üçün qürur duyurlar.
"Fresh Art" artıq erməni bacıların "Eurovision" üçün ilk fotosessiyasını hazırlayıb. "Bizim bu istedadlı ustalarla ilk işimiz "Eurovison" üçün fotosessiya hazırlamaq oldu. Fotosessiya yaxınlarda - 16 martda hazır oldu. Bundan sonra isə biz onların işinə, üslubuna, insana yanaşma tərzinə heyran olduq"- deyə bacılar niyə "Fresh Art"ı seçdiklərinə aydınlıq gətiriblər.
"Fresh Art" şirkəti Rusiyada bir çox iri tədbirlərin, o cümlədən "Best Model of World", "Rus balı" və s.-in təşkilatçıları kimi məşhurdur. Üçlük həmçinin "Polislər dəbdə" populyar verilişinin aparıcıları və bir çox art-moda sərgilərinin müəllifləridir.

Mayda Moskvada "Eurovision-2009" mahnı müsabiqəsində Türkiyəni təmsil edəcək Hadisənin sevişdiyi futbolçu bəlli olub. Apasport.az saytının məlumatına görə, gənc müğənninin "Trabzonspor"da çıxışı ilə tanınan, hazırda İspaniyanı "Rekreativo" klubunda oynayan Ersen Martinlə görüşdüyü bildirilir.

Şou-Biznesdən ən Son XəbərlərÖtən ildən bir-birini sevən cütlüyün artıq evlənməsi gündəmə gəlib. Almaniyada anadan olan Martinin Hamburqda müğənni ilə əl-ələ gəzməsi diqqətdən yayınmayıb. Türk mətbuatının yazdığına görə, onlar fürsət tapıb İbiza adasına da baş çəkiblər. Ersen Hadisə haqda "o, bəyəndiyim sənətçidir, ikimiz də qürbətçiyik, hamısı bu" deməklə kifayətlənib. Müğənni isə futbolçu ilə aralarında sevgi münasibətini təkzib edib: "Evrovizion-2009" üçün çalışıram. Hələlik sevgiyə vaxtım yoxdur. Hətta anamı bir aydır belə görmürəm".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 15515   Tarix: 28 mart 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Afət Fərmanqızı qısa "şortik"də DİQQƏT ÇƏKDİ - FOTOLAR

Müğənni Afət Fərmanqızı istirahətə yollanıb. xəbər verir ki, müğənni istirahətindən sosial media hesabında paylaşımlar edib. Paylaşdığı fotolarda Afətin qısa şortikdə olması diqqətdən yayınmayıb. Həmin fotoları təqdim edirik:

16.09.2021 7310
.

Rumıniyanın ən gözəl qadını seçilən azərbaycanlı... - "Miss Playboy"

Andrea Mantea - Bir gün Buxarestdə ofisiant işlədiyi restoranda tanımadığı müştəri ona modellik təklif edir, fikirləşmədən bununla razılaşır. Beləliklə, şöhrətin qapıları bu yeniyetmə qız üçün aralanır. "Libertatea" qəzetində "Ən seksual qız" seçildikdə mətbuatın diqqətini çəkir

17.09.2021 1704
.

Emre Kaya pərəstişkarını məhkəməyə verdi

Türkiyəli müğənni Emre Kaya pərəstişkarından şikayətçi olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb isə Cihangir adlı şəxsin intihara təşəbbüs etdiyi anın videosunu sənətçiyə göndərərək, "gözünün qabağında özümü öldürəcəyəm" ismarışını yazması olub. Həmin şəxsdən izaha

17.09.2021 637
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Hacı Nuranla bu fotosunu paylaşdı, gündəm oldu

Tanınmış klarnet ifaçısı Hüseyn Məhəmmədoğlunun Hacı Nuran ilə paylaşdığı foto böyük maraqla qarşılanıb. -a istinadən xəbər verir ki, o Hacı Nuranla foto çəkdirərkən üzünü bağlayıb. Klarnet ifaçısı fotonu bu başlıqla paylaşıb: "Diqqət! Diqqət!. Əziz Dostlarım, Hacı Nuranın 4-cu dalğasi başlayıb

17.09.2021 7467
.

Orxan Gəncəbayın oğlu evləndi - VİDEO

Bu gün türkiyəli müğənni Orxan Gəncəbayın oğlu Gökhan Gəncəbay ailə həyatı qurub. Axşam.az-a istinadən xəbər verir ki, Gökhan uzun müddətdir eşq yaşadığı Seda Hanla Çırağan Sarayında nikah masasına əyləşib. Cütlüyün xoş günündən görüntülər sosial şəbəkədə yayılıb

16.09.2021 3352
.

"Vüqarın ölüm səbəbiylə bağlı ekspertiza tələb edəcəyəm"

Mərhum meyxanaçı Vüqar Biləcərinin sevgilisi Samirə Nail Kəmərlinin "Youtube" layihəsinin qonağı olub. Axşam.az-a istinadən xəbər verir ki, Samirə sənətçi ilə bağlı bəzi məqamları açıb. O bildirib ki, Vüqar ömrünün son illərində anası üçün pis olub:. "Vüqarın yanında "ana" söz

17.09.2021 5564
.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

İkinci əl geyimlər aldığını etiraf etdi

Türkiyəli aktrisa Şəbnəm Bozoklu həyat yoldaşı Kanat Atkaya ilə İstanbulun Bebek ərazisində görüntülənib. Axşam.az-a istinadən xəbər verir ki, aktrisa müxbirlərlə söhbət edərkən ikinci əl geyimlər aldığını etiraf edib:. "Təzə paltarlar da alıram. Amma bu təbiətə zərər verir. Ona görə az istifad

18.09.2021 6939