18 yaşlı azərbaycanlı qız dəhşətli ağrılar içində can verib

18 yaşlı azərbaycanlı qız dəhşətli ağrılar içində can verib18 yaşlı azərbaycanlı qız dəhşətli ağrılar içində can veribRusiyanın Sankt-Peterburq şəhərində Həkimlərin kömək göstərməkdən imtina etdikləri 18 yaşlı azərbaycanlı qız dəhşətli ağrılar içində vəfat edib. Lent.az-ın "5 tv"yə istinadən verdiyi məlumata görə, dəhşətli hadisə fevralın 12-də baş verib.

Hadisədən bir gün əvvəl Elvira Cəfərovanın vəziyyəti qəflətən pisləşib. Valideynləri "təcili yardım"a zəng ediblər. Həkim əvvəlcə ciddi bir şey olmadığını deyərək gəlmək istəməyib. Lakin təkidlərdən sonra gələn həkim Elviranı nəzərdən keçirərək ona səhv diaqnoz qoyub. Həkim əminliklə bildirib ki, 18 yaşlı qızda adi ostrexandrozdur və hər şey öz-özünə keçəcək.

Elvira Cəfərovanın atası Eldar Cəfərov: "O gedəndən sonra uşaq yenə özünü pis hiss etməyə başladı. Həyat yoldaşım əsəbiləşərək yenidən "təcili yardım"a zəng etdi. Onlar dedilər ki, həkim artıq bizdə olub və ostrexandroz kimi boş şeyə görə "təcili yardım"a zəng etməyək».

Elvira bütün gecəni dəhşətli ağrılar içində qovurulub. Səhər tezdən də halında heç bir dəyişiklik olmayıb.

Elvira Cəfərovanın anası Arifə Cəfərova: "Gecəni birtəhər keçirtdik. Səhər tezdən isə gördük ki, uşaq artıq göyərməyə başlayıb. Mən zəng edirdim, onlar isə mənimlə danışmaq belə istəmirdilər. Sonra mən hönkürməyə, yalvarmağa başladım".

Tez-tez zəng edilməsi "təcili yardım"ın növbətçisinin "zəhləsini töküb". Atasi bildirir ki, artıq telefon xəttinin o biri başında onu ciddiyə almırlarmış.

Elvira Cəfərovanın atası Eldar Cəfərov: "Mən yenidən dəfələrlə onlara zəng etdim. Amma "Jukov küçəsi" deyən kimi axıra qədər qulaq asmadan dəstəyi atırdılar".

Nəhayət, Cəfərovların evinə başqa – daha savadlı həkim gəlib. O, daha dəqiq diaqnoz qoyaraq uşağın xəstəxanaya aparılmasının vacib olduğunu bildirib və reanimobil çağırıb. Elviranı xəstəxanaya aparsalar da, artıq gec olub. Onu hələ 24 saat əvvəl xilas etməyə başlamaq lazımmış. Artıq xəstəxanaya çatdırılandan 1 saat sonra Elvira keçinib. Valideynlərinə isə bildiriblər ki, Elvirada çox kəskin formada ikitərəfli pnevmoniya olub.

Cəfərovlar ailəsinin qonşusu Raisa İsmatova: "Qız artıq ağrılardan qışqırırdı! Mən "təcili yardım" gələnə qədər onun əlini öz əlimin arasına alanda, barmaqlarının soyuduğunu hiss etdim".

Elviranın valideynlərinin uzun müddət və nəticəsiz şəkildə zəng etməyə çalışdıqları "təcili yardım" bölməsində baş verəni şərh etməkdən imtina edirlər. Deyirlər ki, bütün sualları baş həkimə ünvanlamaq lazımdır. Amma o da susmağa üstünlük verir.

Elviranın qohumları və tanışları onunla Santk-Peterburqun 26 saylı şəhər xəstəxanasında vidalaşıblar. Elvira Cəfərova Azərbaycanda dəfn eiləcək. Bundan sonra onun valideynləri etinasız və savadsız həkimləri məhkəməyə verməyə hazırlaşırlar.

Mənbə: Lent Az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 17226   Tarix: 18 fevral 2009  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Blinken Çinə gedib

ABŞ-nin dövlət katibi Antoni Blinken Çinə gedib. BİG.AZ xəbər verir ki,o, Pekində çinli həmkarı Van İ ilə görüşüb. 2 dövlət arasındakı müzakirələrdə tərəflər Ukrayna məsələsində Çinin Rusiyaya dəstəyi, eləcə də gərgin beynəlxalq siyasi gündəmə baxmayaraq, münasibətlərdəki irəliləyişi müzakirə edilib

16:00 0
.

Barış Arduç yeni filmə çəkiləcək

Aktyor Barış Arduç yeni filmə çəkiləcək. xəbər verir ki, bu barədə aktyor özü bildirib. Film onlayn platformada yayımlanacaq

25.04.2024 413
.

Gecələr insanlara qorxu yaşadan qadın kameraya düşdü - Video

Mingəçevirdə naməlum şəxsin gecələr qapıları döyüb insanları narahat etməsi, həyəcan yaratması barədə polisə müraciətlər daxil olub. "Qafqazinfo" xəbər verir ki, şəhərin M.Hüseyn küçəsində yaşayan sakinlər gecə yarısı həmin şəxsin qapıları döydüyünü, sonra qaranlıq yerlərdə gizləndiyini, qeyri-adekva

17:43 95
.

Qəzzada yaralanan İsrail əsgərlərinin sayı 1584-ə çatıb

İsrail ordusu 27 oktyabrdan bəri Qəzza zolağına hücumlar davam edir. BİG.AZ xəbər verir ki, yaralanan əsgərlərin sayının 1584-ə çatdığını açıqlayıb. İsrail hərbçiləri açıqlamasında bildiriblər ki, Hizbullah gecə saatlarında İsrailin Har-Dov bölgəsinə tank əleyhinə istiqamətlənmiş raket hücumu həyat

17:05 2
.

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir"

"COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir". "Qafqazinfo" xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində "15-ci Petersberq İqlim Dialoqu"nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib. Bu qlobal tədbi

12:47 176
.

Dünyada DXOMARK-dan 5 qızıl medal əldə edən ilk smartfon HONOR Magic6 Pro

Yeni HONOR Magic6 Pro flaqman smartfonu fevral ayında MWC 2024 sərgisində qlobal bazara təqdim edilmiş və həmin tədbirdə bir çox mükafatlar qazanmışdır. Bundan əlavə, bu smartfon bu günə qədər DXOmark reytinqindən 5 qızıl mükafat alan 2024-cü ilin ilk smartfonudur. Görünüş - eleqant. HONOR Magic6 Pr

10:00 218
.

Ebru Gündəşin istəyi gündəm oldu - "Üzük başım boyda olsun"

İş adamı Murad Özdəmirlə Dubayda ailə quran 49 yaşlı müğənni Ebru Gündəş ötən günlərdə Zərgərlik İxracatçıları Birliyinin mükafatlandırma mərasimində səhnəyə çıxıb. Axşam.az xəbər verir ki, ifaçı zaldakı zərgərlərdən birindən üzüyünü daha böyüyü ilə dəyişdirməyi təklif edib. O, əlindəki üzüyü göstərərə

12:23 450
.

Şənbə gününə 32° isti gözlənilir

Aprelin 27-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq, cənub-şərq küləyi əsəcək. Havanın temperaturunun gec

12:57 180
.

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub

ABŞ-da daha 2 universitet Qəzza etirazlarına qoşulub. BİG.AZ xəbər verir ki, ölkənin hər yerində universitet kampuslarına yayılan "İsrailin Qəzzaya hücumlarına reaksiya" aksiyasında paytaxt Vaşinqtondakı Corctaun və Corc Vaşinqton universitetlərinin tələbələri də iştirak edib. ABŞ-ın aparıc

11:48 69