"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir"

"Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir""Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının ölkəmizin ərazisindən vaxtından əvvəl çıxarılması Prezident İlham Əliyevdən növbəti ustad dərsidir. Azərbaycan Respublikasının ərazisində müvəqqəti olaraq yerləşdirilmiş Rusiya Federasiyası sülhməramlılarının Azərbaycan ərazisindən hətta 10 noyabr Bəyanatında nəzərdə tutulan vaxtdan əvvəl çıxarılması ilə cənab İlham Əliyev bir daha sübut etdi ki, bu ölkə üçün nəyi, necə, nə vaxt etmək lazımdır, yalnız O özü bilir".

Bu sözləri BiG.AZ-A politoloq Zaur Məmmədov deyib.

O bildirib ki, Rusiya sülhməramlılarının Azərbaycan ərazisindən çıxarılması, mühüm tarixi hadisədir, lakin bu reallığın özü qədər əhəmiyyətli olan digər amil prosesin Azərbaycan-Rusiya münasibətlərini zədələmədən baş verməsidir: "Məlumdur ki, Rusiya və Azərbaycanı çoxəsrlik dostluq və mehriban qonşuluq münasibətləri, tarixi ənənələr, dərin mədəni və humanitar əlaqələr bağlayır. AXC-Müsavat hakimiyyəti illərində bu münasibətlərin zədələnməsinin Azərbaycan üçün hansı fəsadlara yol açdığını yaxşı xatırlayırıq. Habelə bir sıra keçmiş İttifaq dövlətlərinin Rusiyaya yönəlik yanlış davranışlarının hazırda həmin ölkə xalqları üçün hansı faciələrə gətirib çıxardığına şahidlik etməkdəyik. Bu mənada, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında 22 fevral 2022-ci il tarixli Bəyannaməyə müvafiq olaraq ikitərəfli münasibətlərin maraqlarımıza uyğun, təhlükəsizliyin və sabitliyin möhkəmləndirilməsinə töhfə verən keyfiyyətcə yeni səviyyəsinə xələl gətirmək mənafelərimizə cavab vermir.

"Əlaqələrimizə xələl gətirmədən formalaşdırılan bu konfiqurasiya isə bir daha göstərdi ki, cənab İlham Əliyev zəfərləri ilə regionda yeni reallıq yaratmış böyük hərbi-siyasi strateq olmaqla yanaşı, həm də diplomatiyanı incəliklərinə qədər bilən, yumşaq gücü geosiyasi qüdrətə çevirməyi bacaran nəhəng dövlət xadimidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 178   Tarix: 19 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda əsgərlərə verilən maaş 345 manata QALDIRILSIN - TƏKLİF

Bu gün təklif olnan məsələlərdən biri də əsgərlərə verilən maaşın qaldırılmasıdır. Çünki hərbi xidmətdə olan əsgərlərə verilən maaş onların ehtiyaclarını tam olaraq ödəmir. Hətta bəzən müvafiq ləvazimat aldıqları üçün onlara verilən məbləğ özlərinə çatmır. Bu baxımdan hərbi xidmətdə olan əsgərlərin maaş

02.05.2024 401
.

Vətəndaşlar Şuşada fərdi yaşayış evləri tikə bilərmi? - AÇIQLAMA

8 mayda işğal olunmuş mədəniyyət paytaxtımıza məhz bu ərəfədə geri dönüş başlayır. "Böyük Qayıdış" prosesi çərçivəsində artıq Şuşa şəhərinə də köç başlayır. Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin məlumatında bildirilir ki, Şuşa şəhərinə ilkin mərhələdə köçürüləcə

02.05.2024 344
.

"Azərbaycandan Cenevrə və Vilnusa birbaşa uçuşların açılması zəruridir" - Turizm eksperti

İstirahət fəsli yay yaxınlaşır. Maddi imkanı olan insanlar yay fəslini ölkə xaricində keçirirlər. Lakin Azərbaycan bir çox Avropa ölkələrinə birbaşa uçuşlar hələ də mövcud deyil. Turizm eksperti Rəhman Quliyev -a bildirib ki, bu gün 2 ölkəyə birbaşa uçuşların olması vacibdir: İsveçrənin Cenevrə şəhər

02.05.2024 228
.

Bakının bu hissəsində su yoxdur

Bu gün Səbail rayonunun bir hissəsinə (Neftçilər prospekti, Zərifə Əliyeva küçəsi, İçərişəhərin bir hissəsi) içməli suyun verilməsində məhdudiyyətlər yaranıb. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən bildirilib. Qeyd olunub ki, bu, su kəmərində baş vermiş qəza ilə əlaqədardır

02.05.2024 328
.

Özünü restoranın həyətində asdı

Şamaxıda kişi restoranın həyətində özünü asıb. "Qafqazinfo" xəbər verir ki, hadisə ötən gecə rayonun Mədrəsə kəndində yerləşən "Çinarlı" kafesində baş verib. Belə ki, kənd sakini, 1995-ci il təvəllüdlü Ceyhun Mamedovun meyiti saat 3 radələrində restoranın həyətindəki söhbətgahda asılmı

02.05.2024 895
.

Altı körpənin yanaraq ölməsində təqsirləndirilən xanıma yenidən VƏZİFƏ VERİLİR? - FOTO

Üç aydan çoxdur yanğın baş verən Respublika Perinatal Mərkəzi tam olaraq fəaliyyətini bərpa etməyib. Yanğın zamanı ciddi ziyan dəyən binanın üçüncü və dördüncü mərtəbəsindəki şüşələr yeniləri ilə əvəzlənsə də, yanğının çıxdığı yenidoğulmuşların intensiv terapiya bölməsində təmir işləri tam yekunlaşmayıb

02.05.2024 390
.

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydə

02.05.2024 130
.

Qəzzada ölənlərin sayı 34 396 nəfərə çatıb

Qəzzada ölənlərin sayı artıb. BİG.AZ xəbər verir ki, İsrail ordusunun 209 gündür Qəzzaya hücumları davam edir. Ölənlərin sayı son 24 saat ərzində 28 nəfər artaraq 34396 nəfərə çatıb. Bu barədə Fələstin Səhiyyə Nazirliyi məlumat yayıb. İsrail ordusunun son 24 saat ərzində Qəzza zolağına hücumları nəticəsind

02.05.2024 149
.

"Avroviziya-2024"də Fələstin bayraqları qadağan edildi

"Avroviziya"nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib. Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb. Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarını

02.05.2024 208