"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı"

"Azərbaycan Rusiya üçün əhəmiyyətli tərəfdaşdı""Prezident İlham Əliyevin 22 aprel tarixində Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ilə görüşü keçirildi. Bu görüş olduqca əhəmiyyətli xarakter daşıyır. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri regionda baş verən maraqlı proseslər fonunda xüsusilə diqqət çəkdi. Hər şeydən öncə bu səfər Azərbaycan-Rusiya münasibətlərinin yüksək səviyyəsindən, iki ölkə liderinin qarşılıqlı münasibətlərindən xəbər verir".

Bu sözləri BiG.AZ-A deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Prezidentin Moskva səfəri həm də Ermənistan-Rusiya qarşıdurması fonunda diqqət çəkir. Hazırda Ermənistan hakimiyyəti Qərbin dəstəyi ilə anti-Rusiya siyasətini inkişaf etdirir və bu, Rusiyanın bölgədəki maraqlarına ciddi təhlükə yaradır. Bu kontekstdə Azərbaycanın bölgədəki əhəmiyyəti Rusiya üçün daha da artıb.

"Bildiyimiz kimi, Rusiya sülhməramlıları razılaşdırılmış müddətdən əvvəl Azərbaycanı tərk etdilər. Buna səbəb Azərbaycanın həyata keçirdiyi siyasət, bütün torpaqlarımızın azad edilməsi ilə bərabər, eyni zamanda Azərbaycan-Rusiya münasibətləridir. Bu gün Azərbaycan və Rusiya prezidentləri arasında dostluq münasibətləri var və bu münasibətlər davamlı inkişaf edir.
Prezident İlham Əliyevin rəhbərliyi ilə son illər Azərbaycan xalqının davamlı olaraq bir çox mühüm qələbələrə imza atdığının şahidiyik.
Azərbaycan öz tarixinin ən şanlı və şərəfli günlərini yaşamağa davam edir: "2020-ci ildə torpaqlarımızı azad etdik. 2023-cü ildə suverenliyimizi tam bərpa etdik. Bir neçə gün bundan öncə Rusiya sülhməramlıları Qarabağı tərk etdilər. Bütün bunların hamısı Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu, prinsipal və qətiyyətli siyasətinin nəticəsidir.
Prezidentin Rusiya səfərində daha bir əlamətdar hadisə Baykal-Amur magistralının (BAM) 50 illik yubileyinin keçirilməsi oldu. BAM dedikdə təkcə Rusiyada yox, bütün post-sovet məkanında ulu öndər Heydər Əliyev yada düşür. Bu görüşdə Rusiya prezidenti Vladimir Putinin ulu öndər Heydər Əliyevi hörmətlə yad etməsi, Prezident İlham Əliyevə xitabən, "sizin atanızın bu layihədə mühüm rol oynadığının hər kəsə yaxşı məlum olduğunu qeyd etməsi, Rusiyada ümummilli liderə yüksək hörmətin əlamətinin göstəricisidir. Bu da Rusiya-Azərbaycan münasibətlərinin qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanan hərtərəfli və bərabərhüquqlu əməkdaşlığın genişləndirilməsini deməyə əsas verir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 182   Tarix: 02 may 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568
.

Tanınmış mədəniyyət xadimləri Şuşada

Azərbaycanın tanınmış mədəniyyət xadimləri Şuşada səfərdədirlər. Unikal.org-un məlumatına görə, mədəniyyət xadimləri Şuşaya səfər çərçivəsində burada keçiriləcək Üzeyir Hacıbəyli XII Beynəlxalq Musiqi Festivalına qatılacaq, dahi bəstəkarın ölməz əsərlərini 29 ildən sonra işğaldan azad edilən Üzeyir yurdund

18.09.2021 814
.

Soğan şirəsinin unikal müalicəvi xüsusiyyətləri - Damarları təmizləyir, xərçəngdən qoruyur

Soğan şirəsi qədim zamanlardan xalq təbabətində bir çox xəstəliklərin müalicəsində istifadə olunur. Soğanı və soğan şirəsini "təbii antibiotik" adlandırırlar. Qədimdə irinli yaralar və müxtəlif bakterial infeksiyaların müalicəsində soğan şirəsi çox geniş istifadə olunurdu. Bu haqda məlumatla

17.09.2021 1447
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Ronaldo qoyunlara görə 14 milyonluq evindən köçdü - FOTO

Dünya futbolunun ulduzu Kriştiano Ronaldo 6 milyon funt-sterlinq (təxminən 14 milyon AZN) dəyərindəki malikanəsindən köçmək məcburiyyətində qalıb. xəbər verir ki, buna səbəb futbolçunun həyat yoldaşı Corcino Rodriqez və 4 övladı ilə birlikdə yaşadığı villanın ətrafında qoyun sürüsünün olmasıdır. Ronald

18.09.2021 1949
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Nazirdən məktəblərdə şagird sıxlığı ilə bağlı AÇIQLAMA - VİDEO

Təhsil naziri Emin Əmrullayev bəzi məktəblərdə sıxlığın yaranmasına aydınlıq gətirib. Nazir Baku TV-yə eksklüziv müsahibəsində bildirib ki, Azərbaycanda valideynə övladı üçün həm məktəb, həm də müəllim seçmək hüququ verilib:. "Valideyn elektron qeydiyyatdan keçdikdən sonra bütün sinifləri sistemd

18.09.2021 1643
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245