"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat

"Bu layihə ölkəmiz üçün çox faydalı olacaq" - Deputat"Son zamanlar ən çox müzakirə olunan qlobal problemlərdən biri də şirin su qaynaqlarının ciddi şəkildə azalması, içməli və suvarma üçün yararlı olan su mənbələrinin qurumasıdır. Su qıtlığı ilə əlaqədar qənaət rejiminə keçilməsi hazırda çox aktualdır. Təkcə Azərbaycan deyil, bütün dünya içməli və şirin suvarma suyunun çatışmazlığı ilə üzləşir. Çünki dünyada baş verən münaqişələr, iqlim dəyişiklikləri, qlobal ekoloji problemlər, qarın və yağışın az düşməsi, çaylarda suyun quruması, yaşıllıqların məhv edilməsi su qıtlığına səbəb olub".

Bu sözləri BiG.AZ-A deputat Ceyhun Məmmədov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin su təminatı məsələlərinin vaxtında həll edilməsi yolunda atdığı addımlar, bu problemin aradan qaldırılması üçün 16 aprel tarixində yenidən qurulacaq Şirvan suvarma kanalının təməlqoyma mərasimində şəxsən özünün iştirak etməsi, onun bu məsələyə necə ciddi nəzarət etməsindən xəbər verir.

"Cənab Prezidentin təməlqoyma mərasimində qeyd etdiyi kimi Azərbaycanda həyata keçirilən infrastruktur layihələri arasında Şirvan suvarma kanalının xüsusi əhəmiyyəti vardır. Yuxarı Şirvan kanalının inşası uzun illərə dayanır. Uzun illərdir fəaliyyət göstərməsinə baxmayaraq kanalın böyük hissəsi sıradan çıxmışdır.
Prezident İlham Əliyevin göstərişi ilə kanal yenidən inşa ediləcək. Belə olan halda əkin sahələri də genişləndiriləcək və insanlar daha çox faydalanacaq. Əvvəlki dövrlərdə bu kanal 8 rayonu əhatə edirdisə, indi 10 rayonu əhatə edəcək.
Son illər ərzində infrastruktur layihələrin icrası bir daha onu deməyə əsas verir ki, ölkəmiz sürətlə inkişaf edir, insanların rifah halı yaxşılaşdırılır. Elektrik enerjisi, avtomobil yolları, dəmir yolları və bu kimi layihələr öz bəhrəsini verməyə başlayır.
Prezident İlham Əliyevin Şirvan suvarma kanalının təməlqoyma mərasimində toxunduğu məsələlərdən biri də, Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi oldu. Xəzər dənizinin duzsuzlaşdırılması və Azərbaycan ərazilərindən bundan istifadə edilməsi əvvəlki illərdə də aktual bir mövzu olub. Çünki, buna çox böyük ehtiyac var. Hazırda Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsi üzərində işlər davam etdirilir. Bu layihə həyata keçiriləndən sonra Xəzər dənizinin suyundan həm suvarma üçün, həm də içməli su kimi istifadə ediləcək".
AYSEL ƏKBƏR


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 337   Tarix: 18 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Scooby-Doo" serial olacaq

Məşhur "Scooby-Doo" cizgi filmi serial olacaq. Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ekran işi "Netflix"də yayımlanacaq. Hər bölümü 1 saat planlaşdırılan layihə orijinal cizgi serialına yaxın olacaq. Uyğunlaşdırma işini isə "Warner Bros" şirkəti görəcək. Qey

01.05.2024 226
.

Türkiyədə avtobus aşdı, ölənlər var

Türkiyənin Qaziantep şəhərində sərnişin avtobusu aşıb. BİG.AZ xəbər verir ki, hadisə zamanı sürücü idarəetməni itirib. Qəza nəticəsində 1 nəfər ölüb, 17 nəfər yaralanıb. Qeyd edək ki, hadisə yerinə çoxlu təcili yardım maşınları cəlb olunub

01.05.2024 186
.

Sabah 23° isti olacaq - Hava proqnozu

Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperatur

01.05.2024 258
.

"Satışda gördüyümüz çiyələk bizə iki fərqli formada mənfi təsir edir" - Qida eksperti

Yaz fəslinin gəlişi ilə əlaqədar çiyələk bir çoxumuzun sevimli meyvəsidir. Lakin hazırda satışda olan çiyələklər bir o qədər də şirin deyil. Qida eksperti Fərid Səfərov -a bildirib ki, çiyələyin tez yetişməsi və uzun müddət saxlanması üçün böyümə hormonlarından və qatqılardan istifadə olunur, bu sağlamlığımız

01.05.2024 1110
.

"Poz-Qazan" oyunlarında apreldə 12 böyük uduş qazanılıb

Ölkənin qanuni lotereya təşkilatçısı və idman mərc oyunları operatoru "Azərlotereya" ASC müxtəlif məbləğli böyük uduşlarla şans oyun həvəskarlarını sevindirməyə davam edir. Çoxlarının sevimlisi "Poz-Qazan" oyunlarında aprel ayında ümumilikdə 12 böyük uduş qazanılıb. Ötən ay "Uğurl

01.05.2024 302
.

COP29-un rəsmi saytı istifadəyə verildi

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) rəsmi saytı istifadəyə verilib. xəbər verir ki, sözügedən saytda COP29-un əhəmiyyəti barədə məlumat verilib. Həmçinin COP29-un Təşkilat Komitəsinin üzvləri barədə məlumatlar yer alıb. Bundan başqa

01.05.2024 192
.

Bakı metrosunda qorxulu anlar - VİDEO

Bu gün Bakı metrosunda qorxulu anlar yaşanıb. -in xəbərinə görə, bir nəfər metronun "Gənclik" stansiyasında qatar yoluna düşüb. Sözügedən şəxs digər şəxslərin müdaxiləsindən sonra platformaya çıxarılıb. "Bakı Metropoliteni" QSC-nin Mətbuat Xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat

01.05.2024 274
.

Sabah güclü maqnit qasırğası gözlənilir - XƏBƏRDARLIQ

Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər. Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər. Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib. İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə "X"

01.05.2024 440
.

Bu ilin üç ayında Azərbaycanda 9 minə yaxın şəxsi heyvan dişləyib

Bu ilin üç ayı ərzində Azərbaycanda 8 min 712 nəfər heyvan dişləməsinə məruz qalıb. BİG.AZ xəbər verir ki, bu barədə report-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən bildirilib. Qeyd olunub ki, bu rəqəm ötən ilin müvafiq dövrü ilə müqayisədə 24

01.05.2024 226