İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləri

İmtahanda maksimum nəticə göstərən kənd məktəbliləriXəbər verdiyimiz kimi, 10 mart tarixində keçirilmiş buraxılış imtahanının nəticələri açıqlanıb. Maksimum bal toplayan 39 şagirddən 6-sı kənd məktəblərində təhsil alanlardır.

"Qafqazinfo" xəbər verir ki, onlar öz təəssüratlarını "Azərbaycan müəllimi" ilə bölüşüblər.

"Arzusu Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqdır"

Sevil Gülməliyeva,
Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin XI sinif şagirdi

Maksimal bal toplayan şagirdlərdən biri də Quba rayonu Aşağı Atuc kənd tam orta məktəbin XI sinif şagirdi Sevil Gülməliyevadır.

"Azərbaycan müəllimi"nə öz təəssüratlarını paylaşan Sevil deyir ki, imtahana ciddi hazırlaşmışdı. Adını buraxılış imtahanında 100 faiz nəticə göstərən şagirdlər siyahısında görəndə sevinc hissi keçirib. Məktəbinə başucalığı gətirən Sevil 11 illik təhsil həyatında bir sıra uğurlar qazanıb. Belə ki, o, rayon üzrə keçirilən bilik yarışlarında yüksək bilik və bacarıq göstərərək müvafiq yerlər tutub. 2022-2023-cü tədris ilində Respublika fənn olimpiadalarında Azərbaycan dili və ədəbiyyat fənni üzrə gümüş medala layiq görülüb.

Bütün fənlərdən qiymətləri "əla" olan Sevil Gülməliyevanın ən böyük arzusu ölkəmizin tanınmış ali məktəblərindən biri sayılan Bakı Dövlət Universitetinin hüquq fakültəsinə daxil olmaqdır. Sevil üzərində əməyi olan müəllimlərindən Təranə Bayramovanın, Nişanə Xeyrullayevanın, Nərgiz Ağamirzəyevanın və Anar Hüseynovun adlarını xüsusi qeyd edərək onlara öz təşəkkürünü bildirib.

"Əslində yüksək nəticə olacağını da gözləyirdim"

Leyla Səfərova,
Saatlı rayonu Ə.Şükuroğlu adına Varxankənd kənd tam orta məktəbin şagirdi

Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən şagirdlərdən biri də Saatlı rayonu Ə.Şükuroğlu adına Varxankənd kənd tam orta məktəbin şagirdi Leyla Səfərovadır. O, uğur qazanmasının sirrini çox çalışmaqda olduğunu deyir: "Müəllimlərimə minnətdarlığımı bildirirəm. Həm müəllimlərim, həm də məktəbin rəhbərliyi mənə həmişə dəstək olub. İmtahanda uğur qazanmağım üçün həmişə sistemli olaraq çalışmışam. Çalışırdım ki, vaxtımı düzgün bölüm, imtahana qədər mövzuları oxuyub bitirim. İmtahan nəticələri çıxanda çox həyəcanlı idim. Bu nəticə mənim üçün çox gözəl oldu. Əslində yüksək nəticə olacağını da gözləyirdim. Bu uğurlarımın qazanılmasında ən böyük dəstək göstərənlərdən biri də babam olub. Babam məndə uşaq yaşlarımdan öyrənməyə həvəs yaradıb. Arzum hüquqşünas olmaqdır.

Bakalavr təhsilimi ADA Universitetində, magistr təhsilimi isə xaricdə almağı planlaşdırıram. Təhsilə xüsusi diqqət yetirirəm. Düşünürəm ki, yalnız yüksək təhsil almaqla həyatda uğur qazanmaq olar. Fənn olimpiadalarında da həmişə aktiv iştirak etmişəm. 2021-2022-ci tədris ilində keçirilən fənn olimpiadalarında tarix fənni üzrə birinci yeri tutaraq qızıl medal əldə etmişəm. Eyni nəticəni 2022-2023-cü tədris ilində də təkrarlayaraq Respublika fənn olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənnindən qızıl medal əldə etmişəm".

"İmtahan suallar kifayət qədər rahat idi"

Səbinə Yusifova,
Qazax rayonunun Dəmirçi kənd orta məktəbinin şagirdi

Yüksək bal toplayan abituriyentlərdən biri də Qazax rayonunun Dəmirçi kənd orta məktəbinin şagirdi Səbinə Yusifovadır. Birinci sinifdən etibarən bütün fənləri yaxşı oxuyub. Sonralar isə öz ixtisas qrupuna aid olan fənlərə xüsusi diqqət göstərib. Deyir ki, mükəmməl hazırlaşmadan ali məktəbə qəbul olunmaq mümkün deyil. Amma, belə baxanda lazım olmayan fənn olmayıb. Demək olar ki, bütün fənlər arasında bir məntiqi əlaqə var. Və bu əlaqələrlə fənlər bir-biri ilə zəncirvari bağlanır. Odur ki, ali məktəbə hazırlaşarkən iki-üç fənni yaxşı oxumaqla kifayətlənmək olmaz. Babası da hər zaman ona dəstək olub.

III qrupu seçdiyi üçün müvafiq fənlərə üstünlük verib. İmtahanda 3 saatı tam dəyərləndirib, kitabçanı əldə etmək üçün axıra qədər qalıb. Deyir ki, imtahan suallar kifayət qədər rahat idi. Sadəcə çalışmaq lazımdır. Uğuruna isə həm ailə üzvləri, həm məktəb müəllimləri çox seviniblər. Bakı Dövlət Universitetinin ingilisdilli "Hüquqşünaslıq" ixtisasına qəbul olmaq istəyir. Təhsilini xaricdə davam etdirməyi düşünür. Səbinənin böyük bacısı Selcan da hazırda Bakı Dövlət Universitetinin III kurs tələbəsidir.

"Valideynlərimin əziyyətini itirmədiyim üçün qürur duyuram"

Ceyran Rzayeva,

Masallı rayonu Şərəfə kənd orta məktəbin XI sinif şagirdi

Buraxılış imtahanında 300 bal toplayan şagirdlərdən biri də Masallı rayonu Şərəfə kənd orta məktəbin XI sinif şagirdi Rzayeva Ceyran Anar qızıdır. 9 illik təhsilini Masallı rayon Yavər Ağayev adına Bala Təklə kənd natamam orta məktəbində alıb.

Bütün fənləri sevdiyini qeyd edən Ceyran riyaziyyat, ingilis dili, tarix, Azərbaycan dili fənlərinə xüsusi maraq göstərdiyini bildirir. Kitab oxumağı, musiqi dinləməyi çox sevir. Ceyran yüksək bal toplamağında məktəbdə aldığı yüksək keyfiyyətli tədrisin, yaradılan şəraitin, müəllimlərin həvəsləndirici söhbətlərinin böyük rol oynadığını qeyd edir.

C.Rzayeva Masallı rayonunda təşkil olunan sınaq imtahanlarında mütəmadi olaraq birincilik əldə edib. Uğurlu gəncin arzusu Bakı Dövlət Universitetində "Hüquqşünaslıq" ixtisası üzrə təhsil almaqdır. Buraxılış imtahanında maksimum bal toplamağının sevincini Ceyran belə ifadə edir:

"Çox sevindim, valideynlərimin, müəllimlərimin əziyyətini itirmədiyim üçün qürur duyuram. Valideynlərim uşaqlıqdan hər seçimimdə mənə dəstək olublar. Bu da məni daha da ruhlandırırdı. Məncə, şagirdlər uğur əldə etmək üçün əzmkar, məsuliyyətli, yenilikçi və çalışqan olmalıdırlar. Gələcəkdə də qarşıma qoyduğum bütün məqsədlərə çatmaq uğrunda əlimdən gələni edəcəyəm".

"Hədəfi növbəti mərhələdə ən yüksək bal toplamaqdır"

Lamiyə Hacılı,

Biləsuvar rayon Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta məktəb

Buraxılış imtahanlarının nəticələrinə əsasən, Biləsuvar rayon Xırmandalı kənd Ceyhun Məhərrəmov adına 1 nömrəli tam orta məktəbin şagirdi Hacılı Lamiyə Firdovsi qızı 300 bal toplayıb. Lamiyə təhsil aldığı məktəbin ən uğurlu şagirdlərindən biridir. Daim öz üzərində çalışmaqla, qazandığı nailiyyətləri ilə müəllim və valideynlərini sevindirib. Lamiyə buraxılış imtahanlarına böyük məsuliyyətlə hazırlaşıb. Bütün fənlərə maraq göstərib. Buraxılış imtahanlarında qazandığı uğur Lamiyə üçün böyük stimuldur. Lamiyənin hədəfi növbəti mərhələdə ən yüksək bal toplamaqdır.

Məsuliyyət və zəhmətin bəhrəsi

Həcər İsgəndərli,

Ağstafa rayonu, Həsənsu kənd orta məktəbin XI sinif şagirdi

Buraxılış imtahanlarında yüksək uğur qazanan şagirdlərdən biri də Ağstafa rayonu, Həsənsu kənd orta məktəbinin XI sinif şagirdi Həcər Emil qızı İsgəndərlidir.

Cari tədris ilində ölkəmizdə ümumtəhsil məktəblərinin şagirdlərinin ali məktəblərə qəbulunda yüksək göstəricilər sevindirici haldır. Bu, şagirdlərimizin ali məktəblərə hazırlıqda yüksək fəallıq göstərmələri, seçimlərini daha düzgün etməsi, məsuliyyətli olmalarının nəticəsidir. Builki uğurlu şagirdlərimizdən biri olaraq Həcər də buraxılış imtahanlarına məsuliyyətlə yanaşıb, öz üzərində daim çalışıb. Nəticə isə göz qabağındadır.

Uğur qazanan bütün şagirdlərimizi, onların valideynlərini, müəllimlərini təbrik edirik, şagirdlərimizə növbəti imtahanda uğurlar arzulayırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 985   Tarix: 16 aprel 2024  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

Təhsil Nazirliyindən tələbələrə ŞAD XƏBƏR

Oktyabrın əvvəlindən təhsil tələbə kreditlərinin verilməsinə başlayacağıq. XəzərXəbər xəbər verir ki, bunu Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Nicat Məmmədli Trend-in sualını cavablandırarkən deyib. N.Məmmədli bildirib ki, kreditin verilməsi qaydası da müyyənləşdirilib:

18.09.2021 2497
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Millət vəkili: "Həftəsonları ictimai nəqliyyatın fəaliyyəti bərpa edilməlidir" – VİDEO

Pandemiyaya qarşı hökumətin verdiyi qərarlar öz müsbət təsirini göstərməkdədir, lakin Operativ Qərargah bəzi məsələlərin həlli yönündə təcili tədbirlər görməlidir. Bunu millət vəkili Fazil Mustafa deyib. Millət vəkili hesab edir ki, həll edilməli ən vacib məsələ həftəsonları ictimai nəqliyyatın fəaliyyətini

17.09.2021 1467
.

Şimşək çaxıb, leysan yağıb

Ölkə ərazisində hökm sürən faktiki hava açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, saat 21.00-a olan məlumata əsasən Şəki, Daşkəsən, Gədəbəy, Göy-göl, Quba, Ləzə, Qusar, Oğuz, Kişçay (Şəki), Balakən, Sarıbaş(Qax), Sahdağ, Zaqatala

17.09.2021 1179
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826